“Contextual Hierarchy”in Strukturu və Önəmi

“Contextual Hierarchy”in Strukturu və Önəmi

“Contextual Hierarchy” müəyyən bir kontekstdə məzmunun müxtəlif komponentlərinin əhəmiyyət sırasını və ya əlaqəsini müəyyən etmək üçün istifadə olunan anlayışdır. 

 

Bu anlayış məzmunu daha sadə izah etmək üçün kontekst vektoru vasitəsilə işləyir. Kontekst vektoru mətn, şəkil və ya başqa məlumat elementi kimi kontekstin təsvirini ehtiva edən riyazi vektordur. Kontekstual iyerarxiya bu vektorun müxtəlif seqmentləri (məsələn, bloqdakı müxtəlif paraqraflar və ya müxtəlif bölmələr) daxilində əhəmiyyət sırasını müəyyən etməyə çalışır.

 

SEO-da “contextual hierarchy"dan veb-saytda və ya məzmunun yerləşdiyi digər platformalarda müxtəlif bölmələrin məzmun strategiyasının bir hissəsi kimi nə qədər vacib olduğunu müəyyən etmək üçün istifadə edirik.

 

Eyni zamanda bu anlayışın tətbiqi məzmunu strukturlaşdırmaq və optimallaşdırmaq üçün istifadə olunan vasitə kimi də SEO strategiyalarında mühüm rol oynayır. Çünki axtarış motorları müəyyən bir kontekstdə məzmunun mənasını anlamağa çalışarkən məzmunun müxtəlif hissələri arasındakı əlaqələri də nəzərə alır. 

 

Məsələn, bloq yazısı daxilində başlığın, alt başlıqların və əsas cümlələrin strukturlaşdırılması və optimallaşdırılması, onların əsas ideya və məzmunun digər hissələri ilə əlaqəsini nəzərə almaq məzmunun kontekst iyerarxiyasını yaratmağa kömək edir. Bunun da nəticəsində axtarış motorları bloqun hansı hissələrinin vacib olduğunu anlayır və həmin hissələri axtarış sıralamasında təqdim edir.

 

“Contextual Hierarchy”in strukturu

 

“Contextual hierarchy” strukturu müəyyən kontekstdə məzmunun müxtəlif komponentlərinin təşkili və əhəmiyyətliliyinə görə sıralamasıdır. 

 

Bu strukturun əsas komponentləri bunlardır:

 

Başlıq və alt başlıqlar. Məzmunun əsas ideyasını və alt mövzularını göstərən başlıqlar və alt başlıqlar kontekst iyerarxiyasının ən əsas komponentləridir. 

 

Başlıq adətən məzmunun əsas mövzusunu təsvir edir, alt başlıqlar isə bu əsas mövzunu dəstəkləyən və ya onu izah edən mətnlərin başlığı olur.

 

Məsələn, “contextual hierarchy” haqqında yazdığımız bu bloqa nəzər salsaq;

  • “Contextual Hierarchy”in Strukturu və Önəmi” əsas mövzunu əhatə etdiyi üçün başlıqdır
  • “Contextual Hierarchy”in strukturu”, “Contextual Hierarchy” tətbiqi” isə əsas mövzuya aid olan, onun bəzi əsas amillərini izah edən alt başlıqlardır.

 

Əsas cümlələr və izahatlar. Hər bir alt başlıq altındakı əsas cümlələr və izahatlar həmin mövzunun daha ətraflı anlaşılmasına imkan verir. 

 

Bu cümlələr istifadəçiyə müəyyən kontekstdə məzmunun əhəmiyyətini və əlaqələrini müəyyən etməyə kömək edir.

 

Yəni, başlıqların altında yazdığımız mətnlər və izah üçün verdiyimiz nümunələr kontentin daha rahat anlaşılması üçündür.

 

Şəkillər və media. Məzmunun vizual elementləri mətnlə birlikdə istifadə olunur, onlar məzmunun anlaşılmasını və qarşılıqlı təsirini artırır. 

 

Bloqda istifadə olunan şəkillər məzmunun vizual komponentlərini kontekst iyerarxiyasının bir hissəsi kimi təmsil edir və mətnin izahında köməkçi rol oynayır.

Digər media və məzmun komponentləri. Video, audio yazılar, infoqrafika və ya interaktiv qrafika kimi digər media növləri məzmunun kontekst iyerarxiyasını dəstəkləyən və zənginləşdirən komponentlərdir.

 

Qısacası, “contextual hierarchy” müəyyən kontekstdə məzmunun mənasını və əhəmiyyətini anlamaq üçün bu komponentlər arasındakı əlaqələri təhlil edir. Bu təhlil məzmunu daha yaxşı başa düşməyə və istifadəçilərin ehtiyaclarına daha yaxşı cavab verməyə kömək edir. 

 

O, həmçinin SEO strategiyalarının işlənib hazırlanmasında mühüm rol oynayan mövzunu və məzmunun əsas komponentlərini daha yaxşı başa düşmək üçün də axtarış motorlarına ipucu verir.

 

“Contextual Hierarchy” tətbiqi

 

Anlayışın tətbiqi müəyyən kontekstdə məzmunun əhəmiyyət sırasını və əlaqələrini müəyyən etmək üçün müxtəlif texnika və metodlardan istifadə etdiyimiz prosesdir. 

 

Məzmun strategiyasının yaradılması, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və SEO performansının artırılması kimi amillər üçün vacib olan anlayışın tətbiq prosesi belədir:

 

Məzmun planlaşdırılması və yaradılması. Məzmun strategiyası yaradılarkən, əgər məzmun müəyyən bir mövzuda hazırlanacaqsa, bu məzmunun kontekst iyerarxiyası nəzərə alınır. 

 

Başlıq, alt başlıqlar, əsas cümlələr və şəkillər kimi komponentlər məzmunu strukturlaşdırmaq və əhəmiyyətlilik sıralamasını müəyyən etmək üçün istifadə olunur.

 

Veb-saytın dizaynı və menyu strukturu. Veb-saytın menyu strukturu və məzmunun təşkili istifadəçilərin istədikləri məlumatı tez və effektiv şəkildə əldə etmələrini təmin etmək üçün kontekstli iyerarxiya prinsiplərinə uyğun hazırlanmalıdır. 

 

Saytdakı əsas kateqoriyalar və alt kateqoriyalar məzmunun iyerarxik quruluşunu təmsil edir.

 

İstifadəçi təcrübəsinin optimizasiyası. Kontekstual iyerarxiya istifadəçilərin ehtiyac duyduqları məlumatı asanlıqla əldə edə bilməsi və məzmunu başa düşməsi üçün davamlı məzmunun strukturlaşdırılması və  təqdimatı təkmilləşdirilir.

 

SEO. Axtarış motorları məzmunun kontekst iyerarxiyasını təhlil edərək məzmunun mənasını və mühüm komponentlərini müəyyən edir, onun nəticəsində də axtarış nəticələrində təqdim edir. 

 

Ona görə də başlıq, alt başlıqlar, əsas ifadələr və şəkillər kimi komponentlər məzmunun açar sözlərinə əsasən sıralanmalıdır. 

 

Tutaq ki, bir restoran veb-saytımız var, saytın menyu səhifəsinə "Səhər yeməyi", "Nahar" və "Şam yeməyi" kimi kateqoriyalar var və onlarda “contextual hierarchy” tətbiq etməyimiz lazımdır, o zaman bu addımları həyata keçirəcəyik:

 

Əsas Kateqoriyalar (Başlıq)

 

  • Səhər yeməyi
  • Nahar
  • Axşam yeməyi

 

Alt Kateqoriyalar (Alt Başlıq)

 

  • Səhər yeməyi: omletlər, pendir, çay (hər biri haqqında əhatəli mətn).
  • Nahar: şorbalar, salatlar, sendviçlər (hər biri haqqında əhatəli mətn).
  • Axşam yeməyi: əsas yeməklər, qəlyanaltılar, desertlər (hər biri haqqında əhatəli mətn).

 

Əsas ifadələr və izahatlar

 

  • Səhər yeməyi: "Günün ən vacib yeməyi üçün ləzzətli seçimlər."
  • Nahar: "Yüngül və doyurucu nahar."
  • Şam yeməyi: "Ləzzətli əsas yeməklər və desertlər."

 

Şəkillər

 

  • Səhər yeməyi: Rəngarəng və müxtəlif səhər yeməyi olan masaların şəkilləri.
  • Nahar: Təzə salatların və sendviçlərin şəkillər.
  • Şam yeməyi: Restoranda şamlarla bəzədilmiş, yeməklərin olduğu şəkillər.

 

Bu struktur istifadəçilərə restoran menyusunu asanlıqla başa düşməyə və istədikləri yeməyi tapmağa kömək edir, eyni zamanda məzmunun strukturunu daha yaxşı başa düşmək üçün axtarış motorlarına ipucu verir.

Muzaffar Garakhanli

Other articles

“Page Segmentation” Təhlilləri Və Ona Təsir Edən Alqoritmlər

“Page Segmentation” Təhlilləri Və Ona Təsir Edən Alqoritmlər

"Orion" Yanaşmasının Fəaliyyəti

"Orion" Yanaşmasının Fəaliyyəti

Step-by-step practical tried SEO lesson

Step-by-step practical tried SEO lesson