“Google Hummingbird Update”in SEO-ya Təsirləri

“Google Hummingbird Update”in SEO-ya Təsirləri

“Google Hummingbird Update”, “Google” tərəfindən axtarış alqoritmində edilən əsas və hərtərəfli yeniləmədir. Bu yeniləmə “Google"un təbii dil və danışıq sorğularını daha yaxşı başa düşməsini və cavablandırmaq üçün xüsusi olaraq hazırlanmış axtarış sorğularını daha yaxşı anlamağa və emal etməyə kömək edir.

 

“Hummingbird” yeniləməsi sözə əsaslanan axtarışlarda istifadəçilərin əsl niyyətini və sorğunun mənasını anlağa təsir etməklə uzun və məişət üslubunda yazılan axtarışların braunzerin tərəfindən tanınmasına və dəqiq nəticələr verməsinə səbəb olur.

 

“Google Hummingbird Update” xüsusiyyətləri

 

“Google Hummingbird Update” axtarış sisteminin təbii dil emal imkanlarını əhəmiyyətli dərəcədə təkmilləşdirən xüsusiyyətlərə malik bir mərhələdir. Bu yeniləmə istifadəçilərin sorğularının mənasını və məqsədini daha yaxşı başa düşmək üçün nəzərdə tutulub ki, çətin cümlələri axtarış motoru anlasın və daha uyğun, dəqiq axtarış nəticələrini təqdim etsin. 

 

Qısa sözləri axtarış motorları asanlıqla anladığına görə, “Hummingbird” xüsusilə uzun, məişət üslubunda yazılan sorğular üçün böyük təkmilləşdirmə təklif edir.

 

“Hummingbird” yeniləməsinin əsas xüsusiyyətlərini belə qruplaşdıra bilərik:

 

Təbii dil emalı. Yəni kontekstual anlama. “Hummingbird” sözbəsöz deyil, sorğuları bütöv halda dəqiq başa düşmək üçün nəzərdə tutulmuşdur. Bu amil “Google”a təkcə ayrı-ayrı açar sözləri deyil, bütün sorğunun kontekstini və mənasını təhlil etməyə imkan verir.

 

Axtarış niyyətinin anlanması. Bu iki formadadır;

 

1.Niyyətə əsaslanan axtarış. Yeniləmə istifadəçilərin sorğularının əsl niyyətini başa düşməyə yönəlib. Onun sayəsində istifadəçilər axtardıqları konkret məlumatları daha qısa müddətə əldə edirlər. 

2.Suala əsaslanan sorğular. “Hummingbird”, "ən yaxşı" və ya "necə" kimi ifadələrlə başlayan sual əsaslı sorğuları daha yaxşı idarə edə və bu cür sorğulara daha dəqiq cavab verə bilər. Məsələn, “ən yaxşı xəstəxanalar”, “qripdən necə qorunmaq olar” kimi sorğular bura daxildir.

 

Semantik axtarış. Bu xüsusiyyət də iki formada özünü göstərir;

 

1.Məna üzərində fokuslanma. Yeniləmə sorğuların ümumi mənasını və istifadəçilərin əslində nə axtardığını anlamaq üçün fərdi sözlərin mənasından kənara çıxmağı əhatə edir.

2.Kontekst və assosiasiya. “Hummingbird” sözlər və sorğunun ümumi konteksti arasındakı əlaqələri qiymətləndirərək daha zəngin və daha uyğun axtarış nəticələri verir.

 

Mobil və səsli axtarış təkmilləşdirmələri. Səsli axtarış optimizasiyası “Hummingbir”in əsas xüsusiyyətlərindəndir. Hər keçən gün daha geniş istifadəçi kütləsinin istifadə etdiyi səsli axtarış yenilənmə ilə daha yaxşı başa düşülür və daha uzun cümlələr belə axtarış motorları tərəfindən olduğu kimi anlaşılır. 

 

Yenilənmənin SEO-ya təsirləri

 

“Google Hummingbird” yeniləməsi axtarış motorlarına əhəmiyyətli dərəcədə təsir etməklə onların sorğuları emal etmə üsulunu dəyişir. Bu səbəbdəndə saytı optimallaşdırmaq üçün veb-saytı yenilənmənin təsirinə uyğunlaşdırmaq önəmlidir.

 

SEO-ya “Hummingbird” yenilənməsinin aşağıda qeyd etdiyim təsirlərini nəzərə almaqla veb-saytın trafiki artırmaq və axtarış sıralamasında irəliləməsinə səbəb olmaq olar. 

 

Məzmun keyfiyyətinin önəmi artdı

 

“Hummingbird”un əsas mahiyyəti məzmunun keyfiyyətinə və istifadəçi sorğularına nə dərəcədə yaxşı cavab verdiyinə diqqət yetirməkdir. 

 

Yenilənmədən sonra SEO strategiyaları açar söz sıxlığının azaldılmasına və mövzu ilə bağlı hərtərəfli və məlumatlandırıcı məzmunun yaradılmasına yönəlib.

 

Uzun quyruqlu açar sözlərdən istifadə

 

Yeniləmə istifadəçilər tərəfindən məişət üslubunda edilən uzun və ətraflı sorğulara cavab vermək qabiliyyətini artırdı. Bu amil uzun quyruqlu açar sözlərə və suala əsaslanan sorğulara diqqət yetirən SEO strategiyasının əhəmiyyətini artırır.

 

Yerli SEO-nun önəmi

 

“Hummingbird” yerli axtarış nəticələrini daha uyğun hala gətirdiyi üçün, yerli bizneslərin saytlarının məzmunu həmin yerin dil imkanlarına uyğun hazırlanmalıdır.

 

Məna və kontekst üzərində cəmləşmə

 

Yeniləmə sözlərin fərdi mənalarına deyil, kontekstdəki yerinə və mənasına diqqət yetirməyi tələb edir. Bu, açar sözlər əvəzinə mövzu əsaslı SEO-ya keçmək deməkdir.

 

İstifadəçi təcrübəsinin önəmi

 

“Hummingbird” istifadəçi təcrübəsinə üstünlük verən veb saytları mükafatlandırır. Saytın sürəti, istifadə rahatlığı və mobil uyğunluq kimi faktorlara diqqət yetirən veb-saytlar axtarış reytinqlərdə daha yüksək xalla qiymətləndirilir.

 

Sosial siqnallar və “brend authority”

 

“Google” bu yenilənməylə məzmunun sosial mediada necə paylaşıldığını və istifadəçilər tərəfindən necə qəbul edildiyini nəzərdən keçirir. Bu amil SEO strategiyalarında marka nüfuzunun və sosial siqnalların daha çox əhəmiyyət qazanmasına səbəb olduğu üçün saytı sosial şəbəkələrin kontekstinə uyğun da təkmilləşdirmək lazımdır.

 

Qısacası, köhnə SEO yanaşması, “Hummingbird”dən əvvəl siz saytda xeyli sayda açar sözləri istifadə etməklə axtarış nəticələrində yüksək sıralarda yer tuta bilərdiniz.

 

Məsələn, təhsilə aid veb-saytda “Azərbaycanda təhsil” sözünün dəfələrlə işlətmək saytın trafiki artıra bilirdi.

 

“Hummingbird” yenilənməsindən sonra isə bu mümkün olmur. Yəni, əgər təhsilə aid veb-saytınız varsa, onun məzmunu təbii dil sorğularını nəzərə alaraq yaradırsınız. 

 

Belə ki, “Google”a "Azərbaycanda ən yaxşı təhsil müəssisəsi hansıdır?" kimi sorğulara bir başa cavab verən kontent yaratmaq lazımdır. Yəni tək açar söz önəmli deyil, həm də axtarış nəticəsi istifadəçinin verdiyi sualla əlaqəli olmalıdır.

 

Buna görə də, trafik əldə etmək və axtarış sıralamasında öndə olmaq üçün SEO strategiyanızı istifadəçilərin real ehtiyaclarına və sorğularına cavab verən dəyərli və mənalı məzmunun istehsalına yönəltməlisiniz.

Muzaffar Garakhanli

Other articles

“Google”un Panda Yenilənməsi Və Onun Veb-sayta Təsirləri

“Google”un Panda Yenilənməsi Və Onun Veb-sayta Təsirləri

"Orion" Yanaşmasının Fəaliyyəti

"Orion" Yanaşmasının Fəaliyyəti

77 SEO TECHNIQUES YOU DON'T KNOW -2020 (LIST)

77 SEO TECHNIQUES YOU DON'T KNOW -2020 (LIST)