“Main Entities and Attributes” Tətbiqi Və Doğruluğunun Yoxlanılması

“Main Entities and Attributes” Tətbiqi Və Doğruluğunun Yoxlanılması

“Main Entities and Attributes” axtarış motorları tərəfindən veb məzmunun daha yaxşı başa düşülməsi və indeksləşdirilməsi üçün həyata keçirilən strategiyadır. Bu yanaşma axtarış motorlarına veb-saytın məzmununu dəqiq, aydın başa düşməyə kömək edir və səhifəni müvafiq axtarış şərtləri üçün daha uyğun hala gətirir.

 

Nəticədə isə saytımız öz hədəf kütləsinə çatır, orqanik trafiki əhəmiyyətli dərəcə artır. 

 

“Main Entities and Attributes” sayta necə tətbiq edilir?

 

Məzmunun daha yaxşı başa düşülməsini və buna görə də axtarış motorları tərəfindən daha yaxşı sıralanmasını təmin etmək üçün istifadə olunan bu strategiyanın tətbiqi aşağıdakı prosesləri əhatə edir: 

 

“Main Entities and Attributes” müəyyən edilməsi. İlk addımda məqsədimiz saytımızın məzmununa və ya biznes modelinə uyğun olan əsas subyektləri və bu subyektlərin atributlarını müəyyən etməkdir.

 

Məsələn, bizim kofelərin həm satışını etdiyimiz, həm qəhvə aparatları satışı və barista təlimi verdiyimiz mərkəz haqqında veb-saytımız var. 

 

Bu veb-saytda “main entities”, yəni əsas subyektlərimiz məzmunumuzla bir başa əlaqəli "qəhvə növləri", "qəhvə maşınları" və "barista təlimi" ola bilər. 

 

Bu əsas subyetlərdən “qəhvə növləri”nin atributu isə onunla əlaqəli detallara aid olur, yəni "qəhvənin hazırlanma üsulları", "növlərinə görə qəhvə dənələrini ayırmağın yolları", "qəhvə növlərinin mənşəyi" ola bilər.

 

Strukturlaşdırılmış datanın işarələnməsi. “Main Entities and Attributes” müəyyən etdikdən sonra Schema.org kimi strukturlaşdırılmış məlumat işarələmə təlimatlarından istifadə edərək onları işrələyirik. Bu, axtarış motorlarına məzmunumuzu daha yaxşı başa düşməyə və müvafiq sorğular üçün göstərməyə kömək edir.

 

Məsələn, kofe ilə bağlı veb-saytımızda "Espresso Coffee" məhsulunun satışı olan səhifə var və onun schema.org ilə işarələmək istəyirik ki, axtarış motoru məhsulu dəqiq indeksləşdirsin. 

 

Bunun üçün əvvəlcə məhsulun əsas məlumatlarını müəyyən etməliyik:

 

  • Məhsulun adı: Ekspresso qəhvəsi
  • Təsvir: Yüksək keyfiyyətli qəhvə karamel və kakao notlarının yüngül toxunuşlarını birləşdirərək ağızda unudulmaz dad yaradır.
  • Qiymət: 15.00 AZN
  • Vəziyyəti: Stokdadır
  • Şəkil URL: Veb-saytımızdakı məhsulun şəklini ehtiva edən keçid.

 

Daha sonra artıq Schema.org istifadə edərək işarələmə edirik. Bu zaman Schema.org-un "product" sxemindən istifadə edərək bu məlumatları strukturlaşdırılmış məlumat bloku kimi hazırlayacağıq.

 

Hazırlayan zaman məhsulun adını, təsvirini, qiymətini, vəziyyətini və şəkil linkini işarələmənizə daxil etməyimiz önəmli amildir.

 

Son etapda hazırladığımız strukturlaşdırılmış məlumat blokunu, <script type="application/ld+json"> teqi daxilində JSON formatında veb səhifəmizin HTML koduna əlavə edirik. Məsələn:

 

<script type="application/ld+json">

{

   "@context": "http://schema.org/",

   "@type": " Product",

   "name": "Expresso Coffee",

   "image": "https://www.example.com/expresso-coffee.jpg",

   " description": " Yüksək keyfiyyətli qəhvə karamel və kakao notlarının yüngül toxunuşlarını birləşdirərək ağızda unudulmaz dad yaradır.",

   "sku": "EXP123",

   "marka": {

     "@type": "Brend",

     "name": "Qəhvə Dünyası"

},

  "offers": {

    "@type": "Offer",

    "priceCurrency": "AZN",

    "price": "15.00"

 

Bu işarələməni əlavə etdiyiniz zaman axtarış motorları səhifəmizdəki məhsul haqqında məlumatları daha asan başa düşür və dəqiq indeksləşdirir. Nəticədə isə xüsusilə Google kimi axtarış motorlarına axtarış nəticələrində məhsulumuz haqqında daha zəngin məlumat göstərməyə imkan verir ki, (məsələn, qiymət, mövcudluq, məhsul rəyləri) bununla da veb-saytın performansı ümumilikdə yaxşılaşır, eyni zamanda saytımız alıcıların qarşısına çox çıxır.
 

Məzmunun yaradılması və optimallaşdırılması. “Main Entities and Attributes” ətrafında keyfiyyətli və faydalı məzmun yaradıb sayta əlavə edirik. Yaratdığımız məzmunun başlıqları, alt başlıqları və mətn məzmunu müəyyən etdiyimiz əsas subyekt və atributları əks etdirməlidir.

 

Yəni, saytın “qəhvə növləri” adlı səhifəsində qəhvə növləri haqqında müxtəlif məzmunlu bloqlar hazırlayıb dərc edə bilərik. 

 

Daxili əlaqə. Yaradıb dərc etdiyimiz məzmunlar arasında əlaqələr qurmaqla, oxşar məzmunlara keçid linki verməklə istifadəçilərin saytda naviqasiyasını asanlaşdırmalı və axtarış motorlarına saytımızın strukturunu daha yaxşı başa düşməyə kömək etməyimiz lazımdır.

 

Məsələn, "qəhvə növləri" ilə əlaqəli bloq yazımıza qeyd etdiyimiz qəhvə növünün hazırlanması haqqında ətraflı məlumat verən saytımızdakı başqa bir bloq yazısına keçid verək bilərik. 

 

İstifadəçi təcrübəsinin optimallaşdırılması. Əsas subyektlər və atributlar ətrafında yaratdığımız məzmunun istifadəçilər üçün əlçatan və başa düşülən olmasına əmin olmalıyıq. Mobil uyğunluq, səhifə yükləmə sürəti və aydın naviqasiya strukturu istifadəçi təcrübəsini yaxşılaşdıran vacib amillərdir.

 

Necə bilə bilərik ki “Main Entities and Attributes” strategiyamızı yaxşı qurmuşuq?

 

Yaxşı qurulmuş strategiya veb saytımızın axtarış motorlarında görünməsini artırır, istifadəçi təcrübəsini yaxşılaşdırır və nəticədə dönüşüm nisbətlərinizi artırdığı üçün onun düzgün qurulduğundən əmin olmağımız önəmlidir. Strategiyamızı düzgün qurub-qurmadığımızı anlamaq üçün SEO alətləri vasitəsilə əldə etdiyimiz məlumatlarla strategiyanın performansını düzgün qiymətləndirməyimiz lazımdır.

 

 “Main Entities and Attributes” strategiyamızın doğruluğunu yoxlama üsulları:

 

SEO alətləri ilə sıralama analizi. İki üsulla bunu edə bilərik:

 

  • “Google Search Console”. Bu alət xüsusi açar sözlər üçün saytımızın reytinqini göstərir. Onun bizə təqdim etdiyi qrafikdə əsas subyekt və atributlarla əlaqəli açar sözlərdə təkmilləşmə görürüksə, deməli strategiyamız düzgün qurmuşuq.
  • Ahrefs, SEMrush kimi alətlər. SEO alətləri bizə əsas subyektlər və atributlarla bağlı açar sözlərin ümumi sıralamasını və bu sözlər vasitəsilə gələn trafiki təhlil etməyə imkan verir. Burada da qrafikdə şkala artandırsa, “Main Entities and Attributes” strategiyamız düzgündür.

 

Trafik və istifadəçi davranışlarının təhlili. “Google Analytics” və bu növ alətlərlə veb saytımıza gələn trafikin miqdarını, istifadəçilərin saytdakı davranışını (məsələn, sessiya müddəti, səhifə baxışları) və dönüşüm nisbətlərini davamlı təhlil etməliyik. Əsas subyektlərə yönəlmiş səhifələrin performansını araşdıraraq, istifadəçilərin bu məzmunla nə dərəcədə əlaqədə olduğunu analiz edib strategiyanın uğurluluğunu dəyərləndirə bilərik.  

 

Strukturlaşdırılmış məzmunun təhlili. Səhifələrinizdəki strukturlaşdırılmış məlumatların “Google's Structured Data Testing Tool" ilə düzgün qeyd edilib-edilmədiyini yoxlamaqla strategiyamızın axtarış motorları tərəfindən anlaşıldığını başa düşə bilərik.

 

Dönüşüm dərəcəsinin optimallaşdırılması (CRO). Dönüşüm məqsədlərimiz (məsələn, alış, qeydiyyat, forma doldurma) və bu məqsədlərə çatan istifadəçilərin sayını təhlil edib, əgər KPI-a çatmışıqsa, deməli strategiyamız uğurludur. 

 

Strategiyanızın yaxşı qurulduğunu başa düşmək üçün yuxarıda qeyd olunan təhlil metodlarından müntəzəm istifadə etmək və əldə etdiyimiz məlumatlar əsasında davamlı təkmilləşdirmələr aparmağımız lazımdır. 

 

Nəzərə almaq lazımdır ki, SEO və məzmun strategiyaları zamanla inkişaf edir və bu inkişafa uymaq üçün davamlı təkmilləşdirmələr aparmaq lazımdır. Eyni zamanda orqanik trafiki artırmaq üçün bu prosesdə səbrli olmaqla da mütləqdir, çünki strategiyanın nəticəsini aydın görmək üçün onu bir müddət tətbiq etmək lazımdır.  

Muzaffar Garakhanli

Другие статьи

"Core Section of Topical Map" Nədir? Ən Çox Edilən Səhvlər

"Core Section of Topical Map" Nədir? Ən Çox Edilən Səhvlər

Анализ социальных сетей Bakcell и Nar (2021)

Анализ социальных сетей Bakcell и Nar (2021)

“PageRank”: Axtarış Nəticələrinin Etibarlılıq Qiymətləndirilməsi

“PageRank”: Axtarış Nəticələrinin Etibarlılıq Qiymətləndirilməsi