Анализ социальных сетей Azercell (2020)

Анализ социальных сетей Azercell (2020)

Azercell Sosial Media Analizi 2020

Hörmətli istifadəçilər, bu dəfəki analizimiz "Azercell"in sosial media hesablarını əhatə edir. Analizə ənənəvi Facebook və Instagram hesablarından əlavə, şirkətin Youtube və Twitter səhifələrinin statistikaları da əlavə olunmuşdur. Məqalədə istifadə olunan məlumatlar Bedigital.az komandasının analitik və tədqiqat qrupu tərəfindən toplanmış, təhlil edilmiş və proqnozlaşdırılmışdır.

 

1. Verilən təsvirdə son 1 ayda "Azercell"in Facebook sosial şəbəkəsində etdiyi paylaşımlara gələn reaksiya sayını görürsünüz. Belə ki, qeyd edilən dövrdə 3 paylaşım 10.000-dən çox reaksiya almışdır.

azercell-sosial-media-analizi

 

 

2. Növbəti qrafikdə "Azercell"in son 1 ay ərzində 1 günə düşən paylaşımlarının sayı göstərilib. Göründüyü kimi, 1 gün ərzində şirkət öz Facebook səhifəsində 0-2 arası paylaşım edir.

azercell-sosial-media-analizi

 

3. Aşağıdakı qrafikdə istifadəçilərin şirkətin Facebook səhifəsində ən aktiv olduqları saatları görə bilərsiniz. Cümə axşamı istifadəçilərin aktivliyi baxımından son 1 ayda həftənin ən diqqətçəkən günüdür.

azercell-sosial-media-analizi

 

 

4. "Facebook"a dair növbəti analizimiz "Azercell"in etdiyi paylaşımlara gələn reaksiyaların bölgüsünü ifadə edir. Gözlənildiyi kimi, bəyənmələr açıq üstünlüklə irəlidədir (87.87%).

azercell-sosial-media-analizi

 

 

5. “Azercell öz Facebook səhifəsində daha çox hansı tip paylaşımlar edir?” sualının cavabını bu qrafikdə tapa bilərsiniz.

azercell-sosial-media-analizi

 

 

6. "Facebook"da şirkətin istifadəçilərinin aktivliyini 1000 nəfərə düşən ortalama reaksiya sayından müəyyənləşdirmək mümkündür. Belə ki, paylaşım başına düşən maksimum ortalama reaksiya sayı 28-ə bərabərdir.

azercell-sosial-media-analizi

 

 

7. Aşağıdakı təsvirdə hər paylaşım üçün gələn orta reaksiya sayı verilib. Həmçinin reaksiyaların maksimum göstəricisi 30 noyabrda qeydə alınıb.

azercell-sosial-media-analizi

 

 

8. Aşağıdakı qrafikdə isə "Azercell"in Instagram səhifəsinin ümumi statistikaları verilmişdir.

azercell-sosial-media-analizi

 

 

9."Instagram"da son 6 ayda şirkətin etdiyi paylaşımların sayının həmin paylaşımlara gələn ortalama bəyənmə sayına nisbətini növbəti təsvirdə görə bilərsiniz. Paylaşımların maksimum sayı oktyabrda, bəyənmələrin ən yüksək göstəricisi isə iyulda qeydə alınıb.

azercell-sosial-media-analizi

 

 

10. Bu təsvirimizdə "Azercell"in Instagram səhifəsinin paylaşımları və onlara gələn rəy sayı göstərilib. Rəylərin ən yüksək göstəricisi iyulda qeydə alınıb (təxminən 3500).

azercell-sosial-media-analizi

 

 

11. "Instagram"da ən çox təkrarlanan paylaşım növləri və ən çox reaksiya alan paylaşımları növbəti 2 təsvirimizdə görə bilərsiniz. Edilən paylaşımların əksəriyyətini şəkillər, gələn reaksiyaların əksəriyyətini isə karusel tipli paylaşımlar təşkil edir.

azercell-sosial-media-analizi

 

 

12. "Azercell"in Instagram sosial şəbəkəsində həftənin günlərinə görə paylaşımlarının aldığı reaksiya sayını aşağıdakı təsvirdə görə bilərsiniz. Qeyd edək ki, cümə və bazar günləri bu cəhətdən seçilir.

azercell sosial media analizi

 

 

13. Instagram həştaq (hashtag) sayının gələn reaksiyalarla qarşılıqlı əlaqəsini göstərən təsvirdən aydın olur ki, həştaqların optimal sayı Azercell üçün 3-5 arasında dəyişir.

azercell-sosial-media-analizi

 

 

14. Ən çox reaksiya alan həştaqların cədvəlindən aydın olur ki, #rəqəmsalgünlər həştaqı açıq fərqlə daha çox reaksiya almışdır (5114).

azercell-sosial-media-analizi

 

 

15. Verilən 3 təsvir "Azercell"in Instagram sosial şəbəkəsində ən populyar 3 postunun statistikalarını ifadə edir. Paylaşımların 2-si avqustda, biri dekabrda edilmişdir.

 

 

azercell-sosial-media-analizi

 

azercell-sosial-media-analizi

 

 

16. "Instagram"da "Azercell"in istifadəçi sayının dəyişimini növbəti təsvirimizdə görürsünüz. Təsvirdən aydın olur ki, son aylarda istifadəçi sayı artan tendensiya ilə dəyişmişdir.

 

 

17. "Azercell"in "Instagram"da son 1 ayda ən çox üstünlük verdiyi postların növləri növbəti təsvirimizdə verilmişdir. Belə ki, noyabr-dekabr aylarında şəkil və video tipli paylaşımlara eyni sayda yer verilib (7).

 

azercell-sosial-media-analizi

 

 

18. Aşağıdakı qrafikdə istifadəçilərin şirkətin Instagram səhifəsində ən aktiv olduqları saatları görə bilərsiniz. 

azercell-sosial-media-analizi

 

 

19. Yazımıza Youtube platformasındakı analizlərlə davam edirək. "Youtube"da şirkətin son 1 ayda günlərə görə istifadəçilər tərəfindən izlənmə sayına aşağıdakı təsvirdə diqqət yetirə bilərsiniz. Əksər günlərdə kanalın videoları 750-1250 arası izlənmə almışdır.

azercell-sosial-media-analizi

 

20. "Youtube"da "Azercell"in yayımladığı videolara gələn ümumi baxış sayı aşağıdakı qrafikdən də aydın olduğu kimi, stabil şəkildə artmaqdadır.

 

 

21. Aşağıdakı təsvirdə də son 1 ayda "Youtube"da "Azercell"in videolarına gələn reaksiyaların nisbəti göstərilmişdir. Noyabrın 21-i “like”ların, həmin ayın 28-si isə “dislike”ların çoxluğu ilə yadda qalmışdır.

azercell-sosial-media-analizi

 

 

22. Verilən cədvəldə "Azercell"in Youtube kanalının ümumi statistik göstəriciləri əks olunmuşdur.

azercell-sosial-media-analizi

 

 

23. İstifadəçilərin "Youtube"dakı aktivliyini isə bu təsvirimizdə müşahidə edə bilərsiniz. Hər 1000 nəfərə düşən ortalama reaksiya sayı 21 və 27 noyabr günlərində daha çox olmuşdur.

azercell-sosial-media-analizi

 

24. "Youtube"da "Azercell"in istifadəçi sayı və həftələr üzrə onların artımını aşağıdakı qrafikdən izləyə bilərsiniz. 14 dekabr həftəsində kanal daha çox izləyici qazanmışdır.

 

 

25. Adıçəkilən platformada Azercell videolarının yükləmə tezliyi növbəti qrafikdə göstərilmişdir. Son 1 ayda kanala 6 yeni video yüklənmişdir.

sosial media analizi

 

 

26. Kanalın abunəçilərinin artımının gündəlik hesabatını isə aşağıdakı təsvirdə görə bilərsiniz. Belə ki, bir gün üçün qeyd olunan ən yüksək artım 84-ə bərabərdir (17 dekabr).

azercell-sosial-media-analizi

 

 

27. Bu qrafik təsvirdə isə Twitter sosial şəbəkəsində "Azercell"in paylaşımlarına gələn reaksiyaların günlərə nisbətini görə bilərsiniz. 4 dekabr bu cəhətdən digər günlərdən açıq fərqlə seçilir.

azercell-sosial-media-analizi

 

 

28. Aşağıdakı təsvirdə "Azercell"in rəsmi Twitter səhifəsinin işarələndiyi (tag) tvitlərin həftənin günlərinə görə göstəriciləri əks olunub. Cümə günü həftənin digər günlərinə nisbətən daha yüksək göstəriciyə sahibdir.

 

 

29. Verilən cədvəldə şirkətin Twitter səhifəsinin ümumi statistikaları göstərilmişdir.

 

 

30. İstifadəçilərin adıçəkilən platformadakı aktivliyinə diqqət yetirdikdə görürük ki, 4 dekabrda izləyicilər daha aktiv şəkildə postlara reaksiya göstərmişdir.

 

 

31. "Twitter"də hər 1000 izləyiciyə düşən reaksiya saylarından aydın olur ki, bu dəfə də 4 dekabr digər günləri qabaqlayır. Bəzi günlərdə isə postlara ümumiyyətlə reaksiya gəlməmişdir.

 

 

32. Azercell-in hər tvitinin payına düşən ortalama reaksiya sayı aşağıdakı təsvirdə verilmişdir. Son 1 ayda 2 tvit 100-dən çox reaksiya almışdır.

 

 

33. "Twitter"də izləyicilərin aktivliyini həftənin günlərinə və saatlarına böldükdə aydın olur ki, şirkətin rəsmi səhifəsində son 1 ayda izləyicilər bazar günü günorta saatlarında aktiv olmuşdur.

 

 

34. "Azercell"in Twitter sosial şəbəkəsində izləyicilərinin ümumi dəyişimi aşağıdakı təsvirdə göstərilmişdir. 2 dekabr tarixində səhifə 147 izləyici itirsə də, ümumilikdə səhifə 1 ay ərzində 493 yeni izləyici qazanmışdır.

 

35. Son 1 ayda səhifədəki tvitlərin statistikaları verilən qrafikdə göstərilmişdir. Belə ki, Azercell son 1 ayda gün ərzində 0-2 arasında tvit paylaşmışdır.

azercell-sosial-media-analizi

Muzaffar Garakhanli

Другие статьи

Урок SEO на азербайджанском языке часть 3 (2020)

Урок SEO на азербайджанском языке часть 3 (2020)

“Google”un Şəkil Axtarış Sıralaması

“Google”un Şəkil Axtarış Sıralaması

Maximize SEO: Top 10 Game-Changing Google Patents

Maximize SEO: Top 10 Game-Changing Google Patents