SEO-оптимизация электронной коммерции

SEO-оптимизация электронной коммерции

Bu məqaləmdə sizinlə Ecommerce üçün SEO-dan danışacayıq.

 

Axtarış motorundan ardıcıl olaraq effektli trafik axını olmasa, e-ticarət mağazanız növbəti 12-18 ay ərzində fəaliyyətini dayandıra bilər.

 

Ödənişli reklam, sosial media və digər onlayn platformalar veb saytlara trafik yarada bilsə də, onlayn trafikin əksəriyyəti axtarış sistemləri tərəfindən idarə olunur. Orqanik axtarış nəticələri daha çox rəqəmsal daşınmaz əmlakı əhatə edir. Ödənişli reklamlar barədə bir az anlayışı olan insanlar isə xüsusilə orqanik nəticələrə klikləyirlər. Məsələn, Azərbaycanda internet üzərində axtarış edənlərin ortalama 5-6%-i pullu reklamlara klik edir (şəxsi təcrübə). Bir sözlə, SEO həm mobil, həm də masaüstündəki PPC-dən 20 dəfə daha çox trafik gətirmə imkanına malikdir. SEO eyni zamanda düzgün qurulduqda zamanla sizə daha çox qazanc verəcək yeganə onlayn marketinq  strategiyalarından biridir.

Doğru açar sözlərlə yazılmış, keyfiyyətli məzmunla dolu olan bir saytı qartopu kimi düşünə bilərsiniz. Bu qartopu irəlilədikcə böyüyərək "Google" və digər axtarış sıralarında daha nəzərəçarpan yer tutacaqdır.

 

Niyə?

Çünki e-ticarət uğuruna nail olmağın ən yaxşı məhsula, brendinqə, xidmətə və ya vebsayta sahib olmaqla heç bir əlaqəsi yoxdur.

Vebsaytınız yalnız bir bacarıq əsasında faəliyyət göstərəcək və müəyyən zaman sonra bu fəaliyyəti də durduracaq. Hansı bacarıq? 

Potensial müştəriləri veb saytınıza cəlb etmək bacarığınız.

 

Əgər bunu edə bilməsəniz rəqiblərinizin arasında sıxışıb qalacaqsınız. 

 

Satışlarınıza təsir edəcək bir çox faktor var. Amma e-ticarət üçün SEO öyrənmək vebsaytınızın trafikini və gəlirləri artırmağın ən güclü yoludur. Ən güclü olması ilə barəbər, həm də kifayət qədər istifadə olunmayan bir yoldur. 

Bir gerçək var ki, axtarış motoru optimizasiyası asan proses deyil. Vebsaytınızın Google axtarışlarında önə çıxması və üst səhifələrdə görünməsi üçün çox çalışmaq lazımdır. 

Bu bloqda yazılan texnikaları, seo ipucularını istifadə etsəniz həm seo addımlarınız uğurlu olacaq, həm də gəlir əldə etmiş olacaqsınız. 

Önəmli qeyd. Bu bloq yazısında teoriyalardan yox, e-ticarətdə seo çalışmalarından danışacam və mövzu ilə əlaqəsi olmayan heç bir məlumat bu bloqda yer almayıb. Burada siz tətbiq edilən və 100% effektini gördüyümüz texnikalarla tanış olacaqsınız. 

 

 

E-ticarətdə uğurlu olmaq üçün SEO niyə önəmlidir?

 

Bəziləri düşünür ki, SEO e-ticarət üçün hansısa önəm kəsb etmir. Amma bu tamamilə yanlış yanaşmadır. Rəqibiniz öz vebsaytını SEO edirsə, siz niyə etməyəsiniz? Onlar bu yolla bütün trafik və müştərilərinizi əlinizdən alır, biznesinizin inkişafına mane olurlar. Yəni e-ticarətdə SEO-nu ciddiyə almırsınızsa, deməli, pul itirirsiniz. 

Lakin diqqət etməli olduğunuz yalnız saytınıza gələn trafik deyil. Çünki trafik təklikdə satışın həyata keçməsi üçün bir rol oynamır.  

Yüksək axtarış sıralamasını bu qədər önəmli edən insanların sizin vebsaytınızda xərclədiyi puldur. 

Bu barədə bir az düşünək. 

Fərz edək ki, “iphone 13” açarsözü ilə axtarışlarda birinci sırada olmaq istəyirsiniz. Ahresf analizinə görə bu açarsöz Azərbaycanda bir ay ərzində 15-21 min arası axtarılır. 

 

 

Birinci sıralamada potensial 2800 trafikin də olduğunu görürük. Bu trafikin 5 %-I satışa çevrilsə, ayda 140 satış olub deməkdir. Hər satış sizin üçün 1500 $ dəyərindədirsə, 210000 $  qazana bilirsiniz.

Bu, təkcə bir açarsöz və tək bir məhsul üçün ildə 2520000 $ dəyərində satış deməkdir.

Həmçinin qeyd etmək lazımdır ki, "iphone 13" açarsözü short-tail, yəni qısaldılmış açarsözdür. Bir çox növdə iphone 13 satırsınızsa, bu açarsözdən istifadə edə bilərsiniz. 

 

Əgər konkret müəyyən növdə olan məhsulu satırsınızsa, aşağıda qeyd edilən long-tail, yəni hərfi mənada uzun quyruqlu açarsözlərdən istifadə edə bilərsiniz: 

“iphone 13 pro max”

“Qara iphone 13 pro 256”

“iphone 13 qiyməti”

Bununla da gəlirinizlə birlikdə, həm də orqanik axtarış trafikini 2, hətta 3 qat artıra  bilərsiniz.

Unutmayın, bir açarsöz hər şeyi dəyişə bilir. 

Bir e-ticarət saytı üçün SEO-nun önəmi budur. 

SEO-nu saytınıza ən uyğun trafiki çəkən bir maşın kimi düşünün. Bu maşın həm də sizə pul qazandırır. 

Əsas məqsədiniz e-ticarət saytınızın nüfuzunu artırmaq olmalıdır. Belə olan halda vebsaytınızın bütyün səhifələrinin axtarış sırlaması müsbətə doğru dəyişəcək. 

Bunun üçün öncəliklə saytınızdakı “kateqoriyalar” bölməsinə diqqət ayırın. Ona görə ki, müştərilər alacaqları məhsulu daha rahat seçmək və onun haqqında ətraflı məlumatları asanlıqla əldə etmək istəyirlər. Öz istəklərinə uyğun seçimlər edərkən müxtəlif qiymətlərdə olan bir neçə məhsula eyni anda baxmaq istəyirlər. Bu, vebsaytınızda AOV (average order value), yəni orta sifariş dəyərinin artmasına kömək edə bilər. 

Bu səbəblə yüksək sıralamalı bir açarsözlə kateqoriya səhifələri yaratmaq, mağazanızın optimizasiya və nüfuzu üçün yaxşı nəticə verəcək bir üsuldur. 

 

 

 

 

2 fərqli sahədə e-ticarət mağazası nümunəsindən misal gətirəcəm

 

Gəlin etiraf edək ki, hamımız e-ticarət saytlarının istifadəçi üçün görünməyən tərəflərinə nəzər salırıq, elə deyilmi?

İstər onların məlumatları, istərsə bloq yazılarını yaratma yollarına nəzər salmaq olsun, eyni sahədə fəaliyyət göstərən insanların təcrübələrini və iş prosesini görmək çox dəyərli ola bilər.

Buna görə də 2 müxtəlif e-ticarət saytı ilə bağlı nümunələrə nəzər yetirək. 

Bu münunələrdə iki əsas məlumatı görəcəyik:

  • orqanik trafik tarixi
  • satış tarixi

 

Nümunə 1: Onlayn kosmetik vasitələr satışı edən e-ticarət mağazası

Müştərimiz bu sahədə artıq fəaliyyətə başlamışdı, lakin bizimlə əməkdaşlıq etməmişdən öncə 1 il idi ki, trafik və reytinq itirirdi. Əsas problem illər əvvəl saytın düzgün strukturda qurulmaması, link-building prosesinin yanlış aparılması idi. 

Tam audit apardıqdan sonra məlum oldu ki, bir çox optimimzasiya işləri görülməlidir. Beləliklə biz:

  1. səhifənin başlığını və meta təsvirlərini dəyişdirdik;
  2. bütün şəkillərə alt teqlər əlavə etdik;
  3. saytdakı məzmunun miqdarını artırdıq;
  4. sayt xəritəsini yenilədik.
  5. rəqibləri analiz etdik.
  6. semantic Network yaratdıq.
  7. köhnə kontentləri sildik.
  8. trafik almayan məzmunları yenilədik.
  9. indekslənməyən məzmunları indekslətdik.
  10. on-page SEO üçün optimizasiya etdik
  11. google”un ilk səhifəsini analiz etdik
  12. açar sözlər siyahısı yaratdıq

Sonrakı ilk 5-6 ayda isə kosmetik məhsulları ilə bağlı yüksək trafikli saytlardan 50-dən çox keyfiyyətli link yaratdıq.

Əldə etdiyimiz nəticə möhtəşəmdir:

 

 

Sayta gələn orqanik trafik 6 ay ərzində təxminən 3 dəfə artdı!

Bunun satışlar üzərindəki təsirinidə gördük.

Ümumilikdə isə o periodda SEO-dan 75000 aznə yaxın satış həyata keçirdik. 

 

Nümunə 2: Uşaq paltarları, əl işləri və ikinci əl geyimlər satışı edən e-ticarət mağazası

Müştərilərimizdən biri “Facebook”dan istifadə edir, lakin SEO işləri ilə məşğul olmurdu.

Biz tapdıq ki, onlar dublikat məzmunda minlərlə səhifədən ibarət 400-ə yaxın bənzər kateqoriya səhifəsi yaratmışdılar. Belə ki, sözügedən köhnə kateqoriyaları təmizlədik və “Google” botları üçün köhnə kolleksiyaların linklərini indeksdən sildik. 

Baş verənlər aşağıdakı kimidir:

 

 

“Google” botları vebsaytı təkrar “crawl” etdikcə sözügedən e-ticarət sayt axtarış sıralamasında hər ay daha da yüksəldi. 

Sadə bir auditlə gördük ki, çoxsaylı açarsözlə axtarış sıralamasında üst sıralarda yer ala bilərik.

Bəs maliyyə tərəfində nələr baş verdi?

Şirkətin gəliri SEO-dan aylıq 10 min  manat üzərinə çıxdı. 

 

2021 Noyabr ayı onların ən yaxşı gəlir ayı olub və bunu nəzərə alsaq, mən bu satışların uzun müddət yaxşı templə artmağa davam edəcəyinə inanırdım elə gözlədiyimiz kimidə davam edir. 

 

E-ticarətdə SEO-nu düzgün şəkildə necə etmək olar?

 

Məsələyə SEO tərəfdən baxdığımızda e-ticarət saytınızı düzgün optimallaşdırmaq üçün əvvəlcə onun bütün əsaslarını öyrənməli və mümkün qədər çox şeyi öz xeyrinizə çevirdiyinizə əmin olmalısınız.

Ən yaxşı e-ticarət SEO strategiyasına aşağıdakılar daxildir:

  • Müştərilərinizin istifadə etdiyi bütün açarsözləri tapmaq üçün açarsöz araşdırması;
  • Açarsöz araşdırmanıza əsaslanan sayt arxitekturası və strukturu;
  • Başlıq, meta teqlər və məzmunun optimallaşdırılması kimi səhifədəki SEO elementləri;
  • Kontentlər arası Semantic Network;
  • “Google” botlarının saytınızı “crawl” edəcəyinə əmin olmaq üçün texniki SEO araşdırması;
  • “Google” ilə inam yaratmaq və saytın görünürlüyünü artırmaq üçün “local SEO”dan istifadə;
  • Orqanik trafik əldə etməyə kömək edən məzmun marketinqi;
  • Vebsaytın nüfuzunu artırmaq üçün “link building” texnikası;
  • Axtarış trafikini, müştəri və gəlirdəki artımı uğur kimi dəyərləndirib ölmək.
  • LSI açar sözlərdən istifadə edilməsi;

 

E-ticarət mağazanız üçün addım-addım SEO audit

 

Demək olar ki, çalışdığımız hər yeni müştəri eyni səhvə yol verib. Müştərilər saytın daxilinə diqqət etmədən birbaşa “link building” prosesinə keçid almaq istəyirlər. 

Bu, planı olmayan bir evi tikməyə bənzəyir. Eləmək mümkündür, amma böyük bir ehtimalla işə yaramayacaq. Yeni bir addım atmamışdan öncə sayt daxili hansısa problemin olmadığına əmin olmaq lazımdır. 

Sıx qarşılaşdığımız aşağıdakı problemlərə sahib saytlardır: 

  • “Google”da indekslənmə problemi yaşaması;
  • Demək olar ki, məzmunla bağlı heç bir səhifəsi yoxdur və ya çoxsaylı dublikat məzmun;
  • Saytın strukturu kimi texniki problemlər.

Mağazanızda bu problemlərdən hər hansısa birinin olmadığına əmin olmaq üçün ən yaxşı audit vasitələrindən birini istifadə etməklə zəif optimallaşdırılmış vebsaytdan qaça bilərsiniz. 

Bu vasitələrə misal olaraq “Screaming Frog”, “SEMRush”, “Ahrefs” kimi audit alətlərini qeyd edə bilərəm. 

Gəlin, vebsaytınızı necə audit edəcəyinizə nəzər salaq. 

“Screaming Frog” ilə e-ticarətdə SEO auditi

Sayt auditinə başlamaq üçün “Screaming Frog” vebsaytına daxil olun və onların proqram təminatını endirin. “Screaming Frog” “Googlebot” kimi bütün saytınızı “crawl” etməsi üçün istifadə edə biləcəyiniz bir vasitədir.

Ən yaxşı tərəfi odur ki, alət 500 URL-ə qədər pulsuzdur. Əgər daha çox ehtiyacınız varsa, illik lisenziya üçün 149 £ ödəməlisiniz.

Ancaq əmin olun, zamanla “Screaming Frog”un saytınızın orqanik trafiki üçün olan effektini görəcəksiniz. 

Fərz edək ki, müştərilərinizdən biri ehtiyat hissələri mağazası olan “Otobaza”dı.

Onların saytını təhlil etməyə başlamaq üçün əvvəlcə onların əsas URL-lərini götürüb “Screaming Frog”a əlavə edib “Start” butonuna klik etmək lazımdır. 

 

 

“Crawl” prosesi bitdikdən sonra əldə edilən məlumatları yükləyin. Daha sonra mən bu məlumatlar olan faylda rahat işləmək üçün öncəliklə HTML əsaslı filtrləyirəm.

 

 

Daha sonra saytdaxili SEO problemlərini həll etmək üçün bir idarəetmə panelini görəcəksiniz. Lakin indi bu faylı olduğu kimi yaddasaxlamaq və saytdakı ümumi problemləri həll etmək zamanıdır. 

 

Dublikat məzmunları saytınızdan silin

Heç vaxt çoxlu sayda dublikat məzmundan əziyyət çəkməyən bir e-ticarət saytı olan müştərim olmayıb. Bu, 2 və ya daha çox səhifənin eyni və ya çox oxşar məzmuna malik olmasıdır və “Google” üçün ən böyük mənfi siqnallardan biridir. Buna görə də mən ilk olaraq dublikat məzmuna diqqət yetirməyi xoşlayıram (adətən kateqoriya və məhsul səhifələrində olan məzmunlarda buna rastlamaq olur).

“Screaming Frog” dublikat məzmun tapmaqda əla olsa da, mən dərinə gedib hər şeyi dəqiq audit etdiyimdən əmin olmaq üçün “Screaming Frog” ilə yanaşı ikinci alətdən istifadə edirəm.

Əvvəlcə sizə “Screaming Frog” ilə dublikat məzmunu necə tapacağınızı göstərəcəm. 

 

“Screaming Frog”la dublikat məzmun tapmaq

Potensial dublikat məzmun problemləri olan səhifələri tapmaq üçün ikinci menyuda URL nişanına keçin və filtrdə “Duplicate” düyməsini klikləyin.

Bu hesabat sizə dublikat məzmunu olan bütün səhifələri göstərir.

 

Dublikat məzmun probleminin əsas səbəbinin parametrlərin istifadəsi olduğunu görə bilərik:

Bunu daha ətraflı araşdıraraq görürəm ki, məzmuna düzgün kanonikləşdirmə etiketləri tətbiq etsələr, problemin həlli uzun zaman tələb edəcək. Lakin qeyd etmək də lazımdır ki, bu, onların yeganə dublikat məzmun problemi deyil.

“Siteliner” ilə daha çox dublikat məzmunun tapılması.

Dediyim kimi, dəqiq audit etdiyimdən əmin olmaq üçün “Screaming Frog” ilə yanaşı ikinci alətdən istifadə edirəm və bu ikinci alət “Siteliner”dir. 

“Siteliner”ə daxil olub müvafiq yerə saytın linkini əlavə etmək lazımdır. 

“Siteliner” aləti ilə bütün saytınızı təhlil etmək və bir sıra nəticələrlə qarşılaşmaq üçün cəmi bir neçə dəqiqə gözləmək lazımdır. 

Alət pulsuz olaraq 250-yə qədər URL-ni təhlil etsə də, nəticəni daha başadüşülən dizaynda təqdim edir. 

“Your Top Issues” başlığı altında ən aktual problemləri görə bilərsiniz.

Bunu etdikdən sonra sizə uyğun gələn sözlərin sayı, faiz və məzmunun uyğun gəldiyi səhifələr üzrə təşkil edilmiş URL-lərin tam siyahısı göstəriləcək.

 

 

Hər bir URL-nin hansı səhifələrlə uyğunlaşdığını görmək üçün hər bir nəticəyə klikləyin.

Görünür ki, “Black Friday” kampaniyası zamanı onlar çox kiçik dəyişikliklərlə çoxlu açılış səhifələri (landing page) yaradıblar və bu, çoxlu sayda dublikat məzmunla nəticələnib.

Belə halın yaşanmaması üçün bu dublikat səhifələrə “no index” teqi tətbiq edilməli idi.

Əgər burada etdiyimiz kimi çoxlu sayda dublikat məzmun tapsanız, geri qayıdın və sol sütunda “Download Site Report”a klikləyərək sayt hesabatını yükləyin. 

Sonra hər bir dublikat məzmun problemi həll olunana qədər məlumatların üzərində işləyin.

Əgər dublikat məzmununuzu silməklə saytınızı optimallaşdırsanız, bilin ki, “Google”un bəyənmədiyi əsas amillərdən birini artıq aradan qaldırırsınız və bu məhsullarınızın axtarış reytinqində daha yaxşı şansı olacaq deməkdir. 

 

Çatışmayan kanonik teqləri tapın.

Bir səhifənin ona işarə edən çoxsaylı URL-lərin olması asandır, amma bu da dublikat məzmuna səbəb olur.

Yuxarıdakı nümunədə olduğu kimi, eyni URL-nin müxtəlif versiyaları varsa, bunlar dublikat sayılır:

  1.  https://www.otobaza.com/products/mercedes
  2. https://www.otobaza.com/products/mercedes?=d-all-models
  3. https://www.otobaza.com/products/mercedes?filter=models=position19

 

 

Bu kimi məzmunu dublikat etmək üçün asan bir həll hər səhifə üçün kanonik URL müəyyən etməkdir. Səhifələrinizdə kanonik teqlərin olub-olmadığını öyrənmək üçün URL nişanına keçin.

Səhifələrinizdə kanonik teqlərin olub-olmadığını öyrənmək üçün URL bölməsinə keçin:

Sağa sürüşdürün və “Canonical Link Element 1” sütununa baxın:

Bu sütunda siz səhifənin HTML-də rel=”canonical” teqinin göstərdiyi kanonik URL-ni görə bilərsiniz. Boş yerləri olan səhifələrin mənası onunla əlaqəli heç bir kanonik URL etiketinin olmadığı deməkdir və bu da onların dublikat məzmuna malik olma ehtimalını artırır.

Nəticələri kompüterə yükləyin və göstərilən hər səhifə ilə bir URL-ni əlaqələndirdiyinizə əmin olun.

 

 

Çatışmayan və ya dublikat başlıq teqləri

Başlıq etiketləri, şübhəsiz ki, veb saytınızın ən vacib elementidir. Başlıq teqlərinizin heç birinin əskik və ya təkrarlanmadığından əmin olmalısınız.

Bu problemi axtarmaq üçün “Page Title” bölməsində “Missing” kateqoriyasını seçmək lazımdır. Daha sonra məlumatları “Export” edin, yəni kompüterinizə yükləyin.  

Yenə öncəki prosesi edin, lakin bu dəfə “Missing” əvəzinə, “Dublicate” seçmək lazımdır:

Nəticələri “export” edin və dublikat başlıq teqləri olan səhifələrlə onları unikal edin.

Onu da qeyd etmək lazımdır ki, “Google” hazırda meta təsvirlərində təxminən 65 simvol göstərir. Axtarış nəticələrində meta təsvirlərin tam oxunmasını istəyirsinizsə, fikrinizi 65 simvolla məhdudlaşdırın.

Həmçinin səhifənin başlığına da açar söz əlavə etdiyinizdən əmin olun. Çünki bu əvəzolunmazdır!

Səhifəniz ehtiyat hissələri haqqındadırsa, o zaman səhifənizin başlığı belə ola bilər:

"Sizə ən yaxın ehtiyat hissələri ünvanları - Otobaza"

Bu, həqiqətən “Google”a və müştərilərinizə bu səhifənin nə haqqında olduğunu anlamağa kömək edir.

Başlığa uyğun olmayan terminlər əlavə etsəniz, insanlar səhifənizdə tapdıqlarından məmnun olmaya bilər və siz orqanik trafik itirəcəksiniz.

 

Çatışmayan və ya dublikat meta təsvirlər

Meta təsvirlər reytinqlərdə çox böyük əhəmiyyət kəsb etməsə də, onlar veb saytınızın klik nisbətini artırmağa kömək edə bilər.

Həm çatışmayan, yəni əskik olan, həm də dublikat meta təsvirlərini tapmaq prosesi başlıq etiketlərindəki kimidir.

Əvvəlcə “Meta Description” bölməsinə daxil olub nəticəni “Missing” seçimini edərək filtrləyirik.

Daha sonra “Dublicate” filtrini seçməklə prosesi təkrarlayın:

Meta təsvirlərin əskik olduğ səhifələrə müvafiq meta təsvirləri əlavə edin və dublikat olanlar üçün unikal meta təsvirlər yaradın.

Tövsiyə olunan 150-160 simvol uzunluğuna çatmaqdır.

 

Çatışmayan alt teqlər

Şəkillər təkcə məzmununuza rəng qatmır, həm də “Google”a səhifənin mənasını anlamağa imkan verir. “Google” hələ ki, şəkilləri tam oxuya bilmir, ona görə də media fayllarında alt teqdən istifadə mütləqdir. Bu “Google” botlarına məzmununuz haqqında daha çox məlumat əldə etmək üçün kömək edir. 

Alt teqsiz şəkillər olan səhifələri bu şəkildə tapa bilərsiniz:

Əvvəlcə üst paneldə “Images” bölməsinə keçid edin. Daha sonra nəticələri “Missing Alt Text” seçərək filtrləyin. 

Artıq alt teqləri olmayan bütün səhifələri görə bilirsiniz və bu səhifələrin hansı açarsözlə sıralanmasını istəyirsinizsə, ona görə də alt teq əlavə edə bilərsiniz. 

Alt teqləri yazarkkən heç bir əlavə mübaliğə olmamasına fikir verin. Görmə qabiliyyəti zəif olan insanlar ekran oxuyucularından istifadə edirlər və təbii yazılan təsvirlər onlara şəkilləri də anlamağa kömək edir. 

 

 

 

“Error 404” səhifələrini tapın

Əgər siz istifadəçi olaraq hansısa vebsaytın “404” səhifəsi ilə qarşılaşmısınızsa, bunun istifadəçini necə narahat etdiyindən xəbərdarsınız və artıq bilirsiniz ki, “broken pages”, yəni hərfi mənada qırıq səhifələr heç də yaxşı deyil. Belə səhifələr yalnız istifadəçini deyil, elə “Google”u da qıcıqlandırır. “Google” da belə səhifələri sevmir. 

Buna görə də onları tez bir zamanda düzəltmək lazımdır. “404” səhifələrinizi tapmaq üçün “Response Codes” bölməsinə keçin və “Client Error (4xx)” seçərək filtrləyin.

Bu səhifələr üçün iki seçiminiz var:

  1. Səhifə, məhsul və ya məzmun artıq mövcud deyilsə, həmin pozulmuş URL-ləri yenidən yönləndirin.
  2. Bu səhifələrin niyə pozulduğunu yoxlayın və onları düzəldin.

Lakin bəzən başqa hadisələr də baş verə bilər. Misal üçün, əgər məhsul anbarda bitibsə və onlayn mağazanızda sözügedən məhsulun səhifəsi də itərsə, o zaman “Google” “recrawl” etmir və bu itmiş səhifələr uzun müddət indeksdə qalır. Bu isə istifadəçilərin axtarış zamanı saytınızda əslində olmayan səhifəni “Google”da tapması və daxil olarkən “error”la qarşılaşması deməkdir. 

 

İndekslənməyən səhifələri tapın

Mağazanızda bəzi səhifələr istəmədən indeksdən çıxarıla bilər ki, bu da orqanik axtarış trafikinin kəskin azalmasına səbəb ola bilər. Hələ satışların da azalmasını demirik. 

Belə halları korporativ mühitdə neçə dəfə yaşadığımı deyə bilməyəcəm, amma bu baş verir. Bəzən müəssisələrin “development” komandası vebsaytda təkmilləşdirmə işləri apararkən “noindex” teqini daima unudurlar. 

Bu, diqqət etməli olduğunuz məsələdir və həftələrlə həm trafikdə, həm də satışlarda böyük itkilərə səbəb olmuşdu. 

Səhifələrin indeksləndiyini və ya indekslənmədiyini öyrənmək üçün bəyəndiyim və tətbiq etdiyim 2 üsul var.

Birincisi “Screaming Frog”un ən sağında “Directives” adlanan bölməsidir. Bu bölməni açıb aşağıya doğru düşün “NoIndex”ə klikləyin.

 

 Bununla “noindex” teqi istifadə edilən URL-lər sıralanacaq və bu səhifələrin sözügedən teqə ehtiyac duyub-duymaması iki dəfə yoxlanılacaq.

 

Səhifələrin indekslənmə prosesini analiz etməyin digər bəyəndiyim üsul isə “Google Search Console”dur. 

“Google Search Console”da sol tərəfdə öncə “Coverage” bölməsini keçib orada error və exclude olan hissədəki linkləri incələməlisiniz

 

Google Axtarış Konsolu sayt xəritənizi təhlil edir və sizə onun neçə səhifənin “crawl” edildiyini və neçəsinin indekslədiyini bildirir

 

Gördüyünüz kimi, bu nümunədə indeksləşdirilməyən 15900 səhifə var. 

Göstərilən yerə daxil olun və bu fərqin nədən yaranmasına baxın. 

Aşağı sürüşdürün və “errors and warnings” bölməsinə daxil olun. 

Burada siz “Google”un mağazanızı “crawl” edərkən və indeksləşdirmə zamanı hansı problemlərlə üzləşdiyini görə bilərsiniz.

Problemli URL-ləri götürün və hər bir problemi həll etmək üçün “Google” tərəfindən göstərilən tövsiyələrə əməl edin.

Sayt xəritəniz yoxdursa, onu yaratmaq üçün “Screaming Frog” alətindən istifadə edə bilərsiniz. “Crawl” prosesi tamamlandıqdan sonra “Screaming Frog”da yer alan “Generate Sitemap” funskiyasından istifadə edin.

 

Bunu seçdikdən sonra sizdən standart parametrlərdən hər hansı birinə dəyişiklik eləməklə bağlı bir bildiriş gələcək və bu bildiriş aşağıdakı kimi görünəcək: 

“Last Modified”, “Priority”, “Change Frequency” kimi dəyişikliklər “Googlebot” tərəfindən adətən nəzərə alınmır. Yəni bu dəyişikliklər bir əhəmiyyət kəsb etmir. 

Əsas məsələ aşağıdakıları daxil etmək istəyib-istəməməyinizdir:

  • Noindex pages
  • Canonicalised Pages
  • Paginated URLs
  • PDFs

 

 

“302” yönləndirməni tapın

Məhsulun satışını dayandırmaq qərarına gəlsəniz, bu, veb saytınızda “404” olaraq görünə bilər.

Daha əvvəl qeyd edildiyi kimi, fərz edək ki, siz bu məhsul kateqoriyası səhifələrini yönləndirmək və ya onları düzəltmək istəyirsiniz. Bu halda iki növ yönləndirmə edə bilərsiniz:

  • 301 yönləndirmə (redirects)
  • 302 yönləndirmə (redirects)

Lakin bilməlisiniz ki, onlar “Google”a fərqli şeylər deyirlər:

  • 301 yönləndirmə daimi yönləndirmə kimi;
  • 302 yönləndirmə müvəqqəti yönləndirmə kimi tanınır.

Ümumi bir qayda olaraq köhnə səhifənin link dəyərlərini (link equity) yeni səhifəyə ötürdüyü üçün 301 yönləndirmədən istifadə edilir. Bu həmçinin “Google”a yeni səhifənin bir öncəki səhifənin daimi əvəzləyicisi olduğu mesajını verir. 

302 yönləndirmə isə “Google”a səhifənin geri qayıdacağını bildirir və “Google” həmin səhifənin indeksləməyə davam edir. Əgər əvvəllər 302 yönləndirmə etmisinizsə, SEO nəticələrini ala bilmək üçün bu yönləndirməni 301 olaraq dəyişdirin. 

Yönləndirmələri yoxlamaq üçün “Response Code” bölməsinə keçid edib “Redirection (3xx)” seçərək filtrləyin.

Sonra status koduna görə çeşidləyə və bütün 302 yönləndirmələrinizi tapa bilərsiniz.

 

Burada 307 yönləndirmə olduğunu da görə bilərsiniz. Yanındakı status onun HSTS yönləndirmə olduğunu bildirir.

Bu, brauzerinizdə qalan və ona bütün rabitənin HTTPS üzərindən baş verməli olduğunu bildirən keşlənmiş yönləndirmədir.

Rəqib araşdırması edin,rəqiblərinizi tanıyın.

Rəqib Araşdırması, onların istifadə etdiyi uğurlu taktikaları tapmaq

 

Çox güman ki, rəqiblərinizin dərc etdiyi məqalələri vəya onların marketinq mütəxəssislərinin postlarını oxuyur, nəyin işləyib nəyin işləmədiyini gözdən keçirirsiniz. Bunu maksimum dərəcədə tez-tez edin. Bununla yanaşı, rəqiblərinizin üzərində işlədiyi proyektlərin pərdə arxası məqamlarını da araşdırmağa çalışın.

 

Tədqiqat zamanı aşağıdakı suallara cavab tapın:

 

  • Trendlər nələrdir?
  • Nələr keçid (backlink) alır?
  • Hansı məhsullar daha çox baxılır?
  • Ən çox trafik qazanan açar sözlər hansılardır?
  • Sosial mediada kim kimi izləyir və nələr paylaşır?
  • Ən çox hansı məhsullar maraq doğurur?
  • Ən yaxşı markalar hansı tip məzmunlar yazır nəcür səhifələr dizayn edir?
  • Kateqoriya səhifələrin necə hazırlayırlar?
  • Hansı açar sözlərdən istifadə etmirlər?

 

İndi isə bu sualları necə araşdıracağımıza nəzər salaq.

 

Trendlər nələrdir?

 

Fikirinizi doğru açar sözlərə (keywords) yönəltdiyinizdən əmin olmaq üçün bu sözlərin bir neçə versiyasını “Google Trends”də yoxlayıb müqayisə edin. Rəqabəti nəzərə almaq şərti ilə daha çox axtarılan açar sözlərə önəm verin.

 

Nələr keçid (backlink) alır?

 

Rəqiblərinizin saytlarında hansı səhifələrin daha çox keçid (backlink) aldığını və bu linklərin kimlərdən gəldiyini görmək üçün “Open Site Explorer”lərdən istifadə edə bilərsiniz. Bu, hansı mövzuların tamaşaçılarınızın maraqları ilə səsləşə biləcəyinə dair informasiya verə bilər.

 

Ən çox trafik qazanan açar sözlər hansılardır?

 

Rəqiblərinizin ən çox hansı açar sözlər üzrə trafik aldığını və hansı səhifələrinin daha çox istinadlar aldığını nəzərdən keçirin. Bunun üçün “Similar Web”dən istifadə edə və ya Ahrefs vasitəsi ilə rəqiblərinizin ən çox uğur qazanan məqalələrinə baxa bilərsiniz. Məsələn, əgər tozsoran satırsınzsa və rəqibiniz üçün ən uğurlu açar söz “kreditlə tozsoran”dırsa, siz də bu mövzu ətrafında məhsul səhifələri yaradıb ora məzmunlar yaza bilərsiniz.

Aşağıdaki şəkildə Trendyol-da dediyim kimi edib:

Sosial mediada kim kimi izləyir və nələr paylaşır?

 

Rəqibinizin “Twitter”də kimi izlədiyini və kim tərəfindən izləndiyini analiz etmək üçün Followerwonk kimi proqramlardan istifadə edin.  Rəqib tvitlərini analiz edə, tamaşaçı retvitlərini və kimləri qeyd etdiklərini (mentions)  görə bilərsiniz. BuzzSumo hansı məzmunun sosial olaraq populyar olduğunu görmək üçün yaxşı bir platformdur. 

 

Rəqiblərinizin sosial media səylərini izləməyinizə kömək edə biləcək bir neçə digər vasitə RivalIQ və Chrome üçün Share Metric əlavəsidir (extension).

 

Ən yaxşı markalar hansı tip məzmunlar yazır?

 

Fresh Web Explorer və ya Google Alerts kimi bir vasitə vebdə markanız haqqında necə bəhs edildiyini (brand mentions), rəqiblərinizin diqqət çəkən məzmunlarını görməyə kömək edir. Bu, həm də keçid (backlink) imkanlarını tapmaq və insanların markanızla bağlı dediklərini öyrənmək üçün əla bir yoldur.

 

 

 

“Ahrefs” ilə e-ticarət SEO auditi

Auditinizi audit aləti ilə tamamlamaq üçün “Ahrefs”dən istifadə edə bilərsiniz.

O, “Screaming Frog” aləti qədər təkmil deyil, lakin bütün imkanlar istifadəsi sadə və naviqasiyası asan interfeysdə yığılıb.

“Ahrefs” sizə vebsaytınızda ən çox rast gəlinən problemləri göstərən “Site Audit” təqdim edir.

Daha sonra “Issues” bölməsinə keçərək müəyyən problemlərin siyahısını daha detallı görə bilərsiniz. Burada həmçinin hər bir problemi necə həll edəcəyiniz və onları həll etməyin sizin üçün nəyə görə vacib olduğu izah edilir. 

Siz həmçinin bütün problemləri URL ilə qruplaşdıra bilərsiniz.

“Crawled Pages” bölməsinə daxil olaraq problemləri tək səhifədə görə və həll etdikdən sonra bir kliklə bütün URL-ləri yenidən yoxlaya bilərsiniz. 

 

 

“Ahrefs” audit alətinə necə daxil olmaq olar?

Saytın “Site Audit” hesabatını işə salmaq üçün sol tərəfdəki menyuya keçin və “Management” bölməsində “Projects”ə klikləyin.

 

 

 

Saytınızı hələ alətə əlavə etməmisinizsə, yuxarı sağdakı “New Project” düyməsini klikləyin.

Saytınızı əlavə etdikdən sonra "Site Audit" yazan yuxarı sol düyməni vurun.

 

Orada əsas problemlərilə saytın auditini görəcəksiniz.

Tapdığınız hər problemin üzərinə klikləyin və “Ahrefs”in nə kimi həll yolu göstərdiyinə baxıb.

Məsələn, mən “Show Issues” üzərinə kliklədikdən sonra “Ahrefs” mənə dərhal müştərimin vebsaytında həll etməli olduğum problemlərin siyahısını göstərir.

Buradakı tövsiyələrə əsasən mən komandamla birlikdə artıq problemlərin həllinə başlaya bilərəm. Məsləhət edirəm ki, həmişə birinci saytdakı problemləri həll edin və sonra xəbərdarlıqlar və bildirişlərə keçid alın. 

 

Vebsayt sürəti ilə uğurunuzu sürətləndirin

Davam etməzdən əvvəl mağazanızın SEO kampaniyasının iki vacib aspektinə toxunmaq istəyirəm. Birincisi, veb saytınızın nə qədər tez yüklənməsidir.

Hamımız istifadəçi olaraq yüklənməsi çox uzun sürən e-ticarət saytlarında axtarış apararkən məhz gec yüklənmə səbəbindən saytdan ayrılırıq.

Əgər vebsaytınız daha az sürətlə açılırsa, bilməlisiniz ki:

  • “Bounce rates” yüksək olacaq;
  • Gəlirləriniz düşəcək;
  • Heç bir müsbət istifadəçi təcrübəsi rəyi almayacaq
  • Müştərilər axtardığın tez taparsa saytınıza geri dönəcək deyə returning user və direct userlər artacaq. Buda Google sıralamanıza faydalıdır

Üstəlik səhifə yükləmə sürəti SERP-lərdə (axtarış motoru nəticələri səhifələri) sıralama faktoru olaraq bilinən faktorlardandır. 

 

Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, vebsaytımın sürətini artıraraq satışları artırmaq mümkündür.

Səhifə yükləmə sürətinizi yaxşılaşdırmaqla satışlarınızda oxşar nəticələr əldə edə bilərsiniz.

Elektron ticarət saytınızın sürətini yoxlamaq üçün “GTMetrix” SEO alətindən istifadə edin.

Vebsaytınızı əlavə edin və test təhlilini aparın:

Saytın yüklənməsi təxminən 5 saniyə çəkdikdə insanların 40%-nin saytı tərk etdiyini güman edə bilərik. Sizcə, bunun dönüşümlərə və illik gəlirə təsiri necədir?

“GTMetrix” həmçinin veb saytın sürətini artırmaq və “Bounce rates” nisbətlərini azaltmaq üçün təkmilləşdirə biləcəyiniz bir sıra təkliflər verəcəkdir.

“Wordpress”də işləyirsinizsə, bir neçə kliklə şəkil ölçüləri kimi problemlərin əksəriyyətini həll etmək üçün sadəcə “WP Rocket” quraşdıra bilərsiniz. 

Mağaza arxitekturası 

İstifadəçi təcrübəsinə və “Google” axtarışlarına təsir edən digər vacib element onlayn mağazanızın arxitekturasıdır.

Bu durumda ana səhifənizi məhsul katerqoriyalarından və bu kateqoriyalarda sadalanan məhsullardan ayıran sadə, amma istifadəçidostu olan sayt iyerarxiyasına və strukturuna sahib olmaq istəyirsiniz. Bunun üçün əsas qayda istifadəçilərin üç kliklə ana səhifənizdən məhsul səhifələrinizə keçid edə biləcəyi bir struktur qurmaqdır.

Əgər onlayn mağazanızı bu şəkildə qura bilsəniz, vebsaytda hərəkət etmək istifadəçilər üçün asanlaşacaq və bu istifadəçi təcrübəsini yaxşılaşdıracaq. Bu, həm də “Google” botları üçün effektli olacaq. 

İstifadəçi təcrübəsi pis olan saytlarda “bounce rates” əhəmiyyətli dərəcədə yüksək olur. Bunu “Screaming Frog” alətində iki fərqli şəkildə görmək olar.

Birincisi, “List View”dan “Tree View”ya keçid etməkdir. İndi URL-lərin uzun siyahısını görmək əvəzinə, ümumi sayt arxitekturasına baxacaqsınız:

 

“Shopify”ın hər şeyi (pages, collections, products) necə səliqəli şəkildə yerləşdirdiyinə diqqət yetirin. Bu, “Google”un vebsayt quruluşunu başa düşməsini asanlaşdırır.

Yoxlamalı olduğunuz digər şey “List View”dur. 

Bu “crawl depth” adlanır və hansı səhifədən başladığınızdan asılı olaraq həmin məhsul səhifəsinə ən qısa yolu göstərir.

Daha ətraflı izah edim.

Əgər siz əsas səhifədən başlasanız, bu başlanıc, yəni sıfır nöqtəsi adlanır. Əsas səhifədən link verdiyiniz hər səhifəyə artıq bir “crawl depth” təyin edilir, bununla da istifadəçilərin klikləmə sayını görəcəksiniz.

Daha sonra “Screaming Frog” “crawl depth”in bir səhifənin bağlantığı bütün səfifələri analiz edər.

 

Aşağıda yer alan şəkildəki kimi sağ tərəfdə “overview”, “site structure”, “response time” və “API”yı göstərən bir pəncərə görəcəksiniz.

 

 

 

“Overview”dan “site structure”una keçid etsəniz, səhifələrinizin neçə klik aldığını sizə göstərmək üçün çox faydalı bir qrafik əldə edəcəksiniz.

 

Bu “Bedigital” vebsaytının məlumatlarıdır və diqqət edin, ana səhifədən demək olar ki, iki-üç kliklə istədikləri səhifəyə keçid edə bilirlər. Bu isə onun strukturunun yaxşı olması deməkdir. 

Əgər sizin vebsaytınızda bu qrafikdə rəqəmlər 7-10 arasındadırsa, deməli vebsaytınızı hən istifadəçilər, həm də “Google” üçün daha da yaxşı optimallaşdırmalısınız. 

 

Açarsöz araşdırması: bilməli olduğunuz hər şey

“Google”da alqoritmi idarə edən yüzlərlə sıralama faktoru olsa da, uğurlu SEO kampaniyası hələ də bir əsas faktorla bağlıdır: açarsöz optimallaşdırılması.

E-ticarət sahəsində fəaliyyət göstərən vebsayt üçün vacib olanlardan biri də “on-page SEO”dur.

Audit zamanı diqqət edəcəyiniz əsas məsələ vebsaytınıza keyfiyyətli orqanik trafikin gəlməsinə səbəb olacaq düzgün açarsözlərin tapılmasıdır.         

 

E-ticarət saytlarının açarsözlərində olması lazım olan dörd amil

Axtarış nəticələrində saytınızın  necə audit edəcəyinizi öyrəndiniz. İndi isə veb saytınızın məzmununda hansı açar sözləri hədəf alacağınızı və həm istifadəçiləri, həm də axtarış sistemlərini məmnun etmək üçün həmin məzmunu necə hazırlayacağınızı müəyyənləşdirək.

Açar söz araşdırması sizə hədəf kütlənizi, məzmununuzu, xidmətlərinizi və ya məhsullarınızı necə axtardıqlarını daha yaxşı başa düşməyinizə kömək edir. Açar sözlər tədqiqatı sizə suallara cavab verməyə kömək edəcək xüsusi axtarış məlumatları təqdim edir:

İnsanlar nə axtarır?

Neçə nəfər onu axtarır?

Bu məlumatı hansı formatda istəyirlər?

Açar sözlər axtarışında etməli olduqlarınız və s.

 

Axtarış sisteminin optimallaşdırılması ilə bir işin böyüməsinə kömək etməzdən əvvəl müştərilərin kim olduğunu və məqsədlərini başa düşməlisiniz. Açar söz araşdırması vaxt tələb edir və nə üçün sıralamaq istədiyinizi bildiyiniz zaman hər şey daha aydın olur.

 

Mövzunun davamı (2-ci hissəsi) tezliklə bu linkdə olacaq :)

 

Muzaffar Garakhanli

Другие статьи

“Contextual Hierarchy”in Strukturu və Önəmi

“Contextual Hierarchy”in Strukturu və Önəmi

7 различий между SEO и SEM

7 различий между SEO и SEM

Юнибанк Анализ социальных сетей (декабрь 2020 г.)

Юнибанк Анализ социальных сетей (декабрь 2020 г.)