“Cost of Retrieval”a Nələr Daxildir?

“Cost of Retrieval”a Nələr Daxildir?

“Cost of Retrieval”, SEO kontekstində, axtarış motorları tərəfindən veb səhifəni tapmaq, skanlamaq, indeksləşdirmək və sıralamaq üçün tələb olunan resursların istifadəsinə aid olan işlərin ümumi adıdır. Bu konsepsiya veb-saytın axtarış motorları üçün nə qədər "bahalı" olduğunu göstərir və mahiyyət etibarı ilə onun axtarış motorları üçün nə qədər əlçatan olmasını açıqlayır.

 

Axtarış motorları istifadəçilərə ən uyğun və keyfiyyətli nəticələri təqdim etmək üçün veb səhifələri qiymətləndirərkən “Cost of Retrieval”a aid olan bir sıra amilləri nəzərə alır. Bu yazımda həmin amillərin ən vacibləri haqqında məlumat verəcəyəm.

 

Saytın yüklənmə sürəti “Cost of Retrieval”ı

 

Axtarış motorları saytın sürətini hesablamaq üçün iki üsuldan istifadə edir;

 

1.“Automated crawlers” (botlar). Bu botlar istifadəçi veb-saytı ziyarət edərkən qarşılaşacağı hər şeyi skanlayır. Skanlama zamanı bot saytın yükləmə sürətini anlamaq üçün bir çox ölçüləri aparır, o cümlədən:

 

  • HTML faylını yükləmək üçün lazım olan vaxt 
  • Saytdakı resursların yüklənmə müddətləri (CSS, JavaScript, şəkillər və s.)
  • Saytda bütün səhifələrin tam açılmasına lazım olan vaxt və s. 

 

2.Performans metrikləri. Axtarış motorları saytın yükləmə sürətini qiymətləndirərkən bir sıra ölçülərdən istifadə edir. Onlara daxildir: 

 

  • “First Contentful Paint” (FCP). İlk məzmun parçasının ekranda görünməyə başladığı vaxtı ölçür.
  • “Largest Contentful Paint” (LCP). Ən böyük məzmun blokunun göründüyü vaxtı ölçür və səhifənin əsas məzmununun yüklənmə gedişatını əks etdirir.
  • “Interactive Time” (TTI). Səhifənin tam interaktiv olması üçün lazım olan vaxtı ölçür.

 

Bu metriklər səhifənin yüklənmə prosesinin müxtəlif mərhələlərində istifadəçi təcrübəsini obyektiv qiymətləndirir.

 

Hər iki üsulu tətbiq etdikdən sonra həm saytın axtarış sıralamasında çıxma sürəti, həm də botlar sayəsində istifadəçi sayta daxil olduqdan sonra sayt daxili səhifələrin işləmə sürətini axtarış motorları anlayır. 

 

Bunların nəticəsində əldə edilən məlumatlara əsasən saytın sürəti qiymətləndirilir. Son etabda isə “Google” kimi axtarış motorları bu xaldan istifadə edərək səhifələri müqayisə edir və onları xala əsasən sıralama alqoritminə daxil edir.

 

Mobil uyğunluq “Cost of Retrieval”ı

 

Mobil uyğunluq dedikdə veb-saytımızın mobil cihazlarda necə göründüyünü nəzərdə tuturuq. Bu görünürlülüyə aşağıdakı amillər daxildir:

 

  • “Responsive Web Design”. Saytın dizaynı müxtəlif mobil cihazların ölçüsünə uyğun olmalıdır. Bunun üçün CSS-dən istifadə edə bilərik. CSS media sorğularından istifadə edərək məzmun avtomatik olaraq ölçüsünü dəyişdirir və ekran ölçüsünə əsasən dizayn formalaşdırır. Nəticədə isə bir HTML kodu vasitəsilə müxtəlif mobil növlərinə uyğun dizayn ölçülərilə sayt açılır.
  • “Adaptive Design”. Saytın müxtəlif cihaz növlər üçün uyğunlaşdırılmasıdır. Yəni “User-Agent string” vasitəsilə saytın HTML-nə hardan daxil olduğu bilinir və daxil olunan cihaza uyğunlaşan veb səhifə açılır.  
  • Mobil üçün olan sayt. Bəzi hallarda veb-saytların mobil istifadəçilər üçün ayrıca versiyası olur (adətən “m.site.com” kimi alt domendə yerləşdirilir). Bu yanaşma mobil təcrübəyə tam nəzarət etməyə imkan versə də, SEO baxımından qiymətləndirmədə problemlər yaradır. Bu problemlər adətən 2 səbəbdən olur;

 

1.Hər iki cihaz üçün ayrı-ayrılıqda optimallaşdırma aparmaq və davamlı hər cihaz üçün yenilənmələr aparmaq lazım olduğundan vaxt itkisi olur, yaxud da birinə diqqət ayrıldıqda digəri SEO-da yeri qalır. 

2.Ən əsası “Google”un mobil ilk indeksləşdirməsi zaman mobil və masaüstü versiyalar arasında məzmun fərqləri onun saytı düzgün anlamamasına səbəb olur və sıralama edərkən saytın hansın məzmunda olduğunu bilmədiyi üçün onu düzgün yerləşdirmir.  

 

Axtarış motorları mobil uyğunluğu anlamaq üçün də iki yanaşmadan istifadə edir:

 

  • “Google”un “Mobile-First” İndekslənməsi
  • Mobil uyumluluğu ölçən alətlərlə (məsələn, vebmasterlər)

 

Saytın arxitekturası və link quruluşu “Cost of Retrieval”ı

 

Saytın arxitekturası və linki strukturu vebsaytın “Cost of Retrieval”nə əhəmiyyətli dərəcədə təsir edə bilən amillərdir. Arxitektura və linklər axtarış motoruna veb-saytın necə təşkil edildiyi, səhifələrin bir-birinə necə bağlandığı və məzmunu aydın anlamasına kömək edir. 

 

Gəlin daha detallı hər birinə baxaq.

 

Saytın arxitekturası:

 

  • Saytın arxitekturası. Saytın arxitekturası sayt məzmununun necə təşkil olunduğudur. Yəni sayta əsas səhifə və alt səhifələr, yəni kateqoriyalar və ya müəyyən məzmunla əlaqəli bölmələrin iyerarxiyası düzgün və ardıcıl olmalıdır. 
  • URL strukturu. Linklər aydın, başa düşülən, konkret məzmuna uyğun olmalıdır və saytın bölmələrində olan məzmunun URL-lərində iyerarxiya gözlənilməlidir. Qısacası URL-lər məzmunun nə haqqında olduğunu aydın şəkildə bildirməli və kateqoriya iyerarxiyasını əks etdirməlidir.

 

Məsələn, bizim saytımızın bloqlar hissəsində hər hansısa bloqun URL-ni hazırlayarkən, saytın adından bir başa bloqun başlığı qeyd olunmamalıdır. Gedişatı belə qururuq: saytımızın adı+kateqoriyanın adı+məzmunun adı.

 

Bedigital.az/blogs/semantic-relevance 

 

  • Axtarış motoru botlarının naviqasiyası. Yaxşı sayt arxitekturası axtarış motoru botlarına saytda rahat naviqasiya etməyə imkan verir. Botların saytda rahat gəzməsinə sayt xəritələri və robots.txt faylı kimi alətlər kömək edir ki, onların sayəsində botlar saytı düzgün skanlaya bilirlər.

 

Link strukturu:

 

  • Linklərin rolu. Daxili linlər veb saytdakı səhifələr arasında əlaqə yaradır. Bu bağlantılar istifadəçilərin sayta daxil olmasını asanlaşdırmaqla yanaşı, axtarış motoru botlarına saytdakı hər yeni məzmun kəşf etməyə və mövcud məzmun arasındakı əlaqələri anlamağa kömək edir.
  • Səhifə səlahiyyətinin paylanması. Daxili keçidlər veb-saytın səlahiyyətlərini (PageRank) sayt daxilində paylayır. Əsas səhifədən başlayaraq, keçidlər vasitəsilə səlahiyyətlər alt səhifələrə ötürülür. Bu proses saytın axtarış uyğun olan səhifələrinin axtarış motoru sıralamalarında görünməsinə kömək edir.  
  • Backlink” keyfiyyəti. Veb saytımıza yönəldilən "backlink"lər saytın etibarlılığını və mövzu nüfuzunu artırmaq üçün önəmlidir. Yüksək keyfiyyətli və uyğun saytlardan geri keçidlər axtarış motorları tərəfindən saytımızın faydalı olduğunun qəbul edilməsinə kömək edir.
  • “Dofollow” linkləri. Varsayılan olan bağlantılar “dofollow” hesab olunur və link şirəsi (sayt səlahiyyəti) bu keçidlər vasitəsilə ötürülür. “Dofollow” linkləri əlaqəli saytların anlaşılması üçün SEO-da vacib amildir. 
  • “Nofollow” linkləri. Linkdə rel="nofollow" etiketi istifadə edildikdə, link şirəsi bu keçidlər vasitəsilə ötürülmür. Yəni link var, ancaq linkdən sayta keçid mümkün olmur. “Nofollow” linklər sayt sahibinin səlahiyyətin ötürülməsini istəmədiyi vəziyyətlər üçün istifadə olunur, məsələn, şərhlər və ya forumlardakı bağlantılar bura daxildir. Çünki elə məzmun ola bilər ki, ordan gələn trafikə ehtiyacımız yoxdur və mənim hədəf auditoriyam deyil, eyni zamanda skanlanan məzmun da saytımla çox əlaqəli olmaya bilər. Bu zaman botlar həmin linki analiz etsələr, boş yerə vaxt sərf etmiş olacaq. Lakin “nofollow” keçidləri sayəsində həmin linklər skanlanmır və botu başqa saytlara istiqamətləndirməklə daha vacib məzmuna yönəlməsinə kömək oluruq.

 

Məsələn, bizim saytımıza “Nofollow” linki versək belə olacaq:

 

<a href="https://bedigital.az" rel="nofollow">nofollow link</a> 

 

Nümunə üzərindən "Cost of Retrieval"a nəzər salaq:

 

Tutaq ki, mən öz veb-saytımda SEO ilə əlaqəli bloqlar paylaşıram və həmin bloqlardan biri “Semantic Similarity” Hansı Mövzuları Əhatə Edir?”dir. 

 

Bu bloqda olan "Cost of Retrieval" aşağıdakı kimi olacaq. 

 

1.Səhifənin yükləmə sürəti. “Semantic Similarity” Hansı Mövzuları Əhatə Edir?” bloq yazımızın səhifə yükləmə sürəti optimallaşdırılmalıdır. Səhifəmiz tez yüklənərsə, axtarış motorları tərəfindən daha asan skanlanacaq və istifadəçilərin qarşısına çıxacaq. Sürətlənməyə bloqla işlədilən şəklin sıxılması, lazımsız JavaScript-in silinməsi və s. kimi optimallaşdırmalar etməklə nail ola bilərəm.  

 

2.Mobil uyğunluq. Bloqun daxil olmaqla saytımın bütün quruluşu mobil cihazların ölçüsünə uyğun olmalıdır ki, məzmun açılanda rahat oxunulması mümkün olsun.

 

3.Saytın arxitekturası və daxili keçid strukturu. Əgər bloqa uyğun saytımda olan başqa bloq varsa, axtarış sisteminin saytımın strukturunu və məzmununun əhəmiyyətini daha yaxşı anlaması üçün daxili link verə bilərəm. 

 

4.”Backlink” keyfiyyəti. Məqaləmin mövzusuna uyğun başqa səlahiyyətli və keyfiyyətli sayda “dofollow” linkləri verə, eyni zamanda, mövzu ilə bağlı etibarlı saytlardan öz bloquma “backlink”lər ala bilərəm.

 

5.”Nofollow” linklərdən istifadə. Saytımın məzmununa təsir etməyən linklərdən istifadə etməklə lazımlı mövzular üzrə botların saytımıza gəlməsinə kömək edə bilərəm ki, bununla da lazımlı məzmunum axtarış motorları tərəfindən daha asan anlaşılıb nəticələrdə təqdiim olunacaq.

 

“Cost of Retrieval” yuxarıda qeyd etdiyim amillərlə bitmir, axtarış sistemləri saytımızı qiymətləndirmək üçün hər detalı fərqli yollarla analiz edir. Bu analiz saytın məzmunundan tutmuş, UI/UX, texniki SEO xətalarına və təhlükəsizlik sistemlərinə qədər hər şeyi əhatə edir ki, bunların hər biri üçün fərqli strategiyalar mövcuddur.

Muzaffar Garakhanli

Другие статьи

"Inverted Index of the Web" Necə Çeşidləmə Edir?

"Inverted Index of the Web" Necə Çeşidləmə Edir?

"Core Section of Topical Map" Nədir? Ən Çox Edilən Səhvlər

"Core Section of Topical Map" Nədir? Ən Çox Edilən Səhvlər

Кто такой специалист по социальным сетям и как он называется? Что вы должны знать?

Кто такой специалист по социальным сетям и как он называется? Что вы должны знать?