“Structural Semantics”in İndeksləşməyə Təsiri

“Structural Semantics”in İndeksləşməyə Təsiri

“Structural Semantics” veb-saytdakı bütün məzmunun mənasını və strukturunu ifadə etmək üçün istifadə olunan HTML işarələmə konvensiyaları və teqlər toplusudur. Bu semantik sistem məzmunu məntiqi strukturda təşkil etməyə və veb-saytın bütün bölmələrinin alqoritm tərəfindən aydın şəkildə müəyyən edilməsinə kömək edir.

Nəticədə isə axtarış sistemləri saytdakı məzmunu daha dəqiq indeksləşdirir və daha sonra axtarış nəticələrində təqdim edir.

“Structural Semantics” necə indeksləşməyə kömək edir?

“Structural Semantics” veb məzmununun tərtibatını və mənasını müəyyən etmək üçün istifadə edilən HTML işarələrinə əsaslanaraq belə çalışır:

HTML teqlərinin istifadəsiAydın məsələdir ki, struktur semantikanın əsası HTML teqlərindədir. Bu teqlər müəyyən bir məzmun parçasının nə olduğunu təsvir edir və səhifənin semantik strukturunu yaradır. Daha detallı nəzər salsaq;

• Başlıqlar,

teqlər. Bu teqlər səhifənin başlıq iyerarxiyasını təşkil edir. Səhifənin əsas məzmununu təmsil edən ən önəmli olan başlıq
ilə işarələnir. Bir neçə dəfə edilə bilsə də,
-in bir dəfə istifadə edilməsi məsləhətdir.

Daha az əhəmiyyət kəsb edən başlıqlar və yarımbölmələr azalan sıralama ilə
-dən
-a qədər qeyd olunur.

Bu, məzmunun struktur təşkilini və hər bir bölmənin kontekstdəki yerini aydın edir ki, onun nəticəsində istifadəçilər və axtarış motorları səhifənin struktur mənasını daha yaxşı anlaya bilir.

• Paraqraflar,
teqi. Paraqraflar məzmundakı fikirləri aydın ifadə etmək üçün məntiqi hissələrə bölünmüş mətn bloklarını təşkil edir. Mətni paraqraflara ayırmaq üçünsə
teqindən istifadə olunur. Bu teqlər səhifənin oxunaqlılığını artırır və mətndə naviqasiyanı asanlaşdırır.
• Siyahılar,
və
teqlər. Sıralanmamış (
) və sıralı (
) siyahılar elementləri düzgün formatda təqdim etmək üçün effektiv üsuldur.
teqi heç bir xüsusi sıra tələb etməyən siyahı elementləri üçün istifadə olunur, rəqəmlərlə və ya əlifba sıralamasına ehtiyac olduqda isə
etiketinə üstünlük verilir. Eyni zamanda siyahının olduğu bütün məzmunlarda oxunaqlılıq üçün
teqindən istifadə olunur.

HTML5 semantik teqlər.

, və
kimi teqlər məzmunun semantik mənalı hissələrini daha aydın şəkildə müəyyənləşdirir.

teqi, özünün fərdi məzmununu qeyd edir (məsələn, bloq yazısı və ya xəbər saytlarında məqalələr).

teqi, məzmunda tematik qruplaşmaları müəyyən edir və səhifənin müxtəlif mövzularını və ya bölmələrini təşkil edir.

, əsas məzmundan kənarda olan, lakin məzmunu tamamlayan və ya dolayısı ilə əlaqəli olan məlumat (məsələn, qeydlər, yan məlumatlar, reklamlar) üçün istifadə olunur.

və
teqləri, səhifənin yuxarı və aşağı hissəsində adətən naviqasiya keçidləri, müəllif hüquqları məlumatı, əlaqə məlumatı və s. kimi ümumi məlumatları və saytdakı bölmələri özündə cəmləşdirən hissələrdir.

Bu HTML teqləri və struktur işarələri sayəsində veb tərtibatçıları məzmunun mənasını və strukturunu daha aydın ifadə edə, axtarış motorlarına məzmunu daha yaxşı başa düşməyə, saytı daha effektiv indeksləşdirilməsinə kömək edir.

Axtarış motorları və məzmun emalı. Axtarış motorları veb səhifəni skanladıqda, məzmunun strukturunu və semantik əhəmiyyətini müəyyən etmək üçün HTML teqlərindən istifadə edirlər. Bu yolla məzmun daha uyğun axtarış sorğuları ilə uyğunlaşdırır.

Nümunə üzərindən baxaq:

Tutaq ki, saytımızda “Dünyanın ən yaxşı universitetləri” məzmunu var, bu zaman axtarış sisteminin saytımızı düzgün və dəqiq indeksləşdirməsi üçün strukturunu belə quracağıq:

• Səhifə başlığı (
). Başlığımız əsas mövzumuz olacaq, yəni;

Dünyanın Ən Yaxşı Universiteti

• Bölmələrin qaşlığı (
-dən artaraq
-adək). Başlığa əlavə olaraq ona uyğun və əsas başlığı açıqlayan altbaşlıqlar, yəni;

Azərbaycanın ən yaxşı universitetləri

Dünyanın ən əaxşı universitetinə qəbul

Dünyanın ən yaxşı universitetində təhsil haqqı

Məzun Olduqdan sonra iş imkanları

Dünyanın ən yaxşı universitetləri hansı şəhərlərdədir?

• Bölmələrin siyahısı (
və
). Həmin universitetlər tərəfindən təklif olunan kafedraların siyahısını təqdim edirik. Bu, məlumatlar sistemdən əlavə olaraq istifadəçi təcrübəsini də təkmilləşdirmək üçün əsas amildir. Məsələn;

Mühəndislik Fakültəsi

Tibb Fakültəsi

Biznesin İdarə Edilməsi Fakültəsi

• Paraqraflar, (
). Hər bölmədə yazılan mətn paraqrafa alınır. Məsələn;

Dünyanın ən yaxşı universitetində təhsil alan tələbələr universiteti bitirdikdən sonra dünyanın nüfuzlu şirkətlərində işə başlamaq imkanı əldə edirlər. Bu tələbələrin məzun olduqdan sonra iş axtarmaqla bağlı demək olar ki problemləri olmur, çünki nüfuzlu universitetlər tanınmış şirkətlərlə əməkdaşlıq edir və məzunlarını həmin şirkətlərə əməkdaş olaraq yönləndirir.

“Structural Semantics”in üstünlükləri

Daha yaxşı axtarış motoru optimizasiyası. Struktur semantika axtarış motorlarına səhifənin məzmununu daha yaxşı başa düşməyə və onu düzgün indeksləşdirməyə kömək edir. Bu, axtarış motoru nəticələri səhifələrində (SERPs) daha yüksək reytinqlərə və buna görə də daha çox görünürlüyə səbəb olur.

Eyni zamanda məzmunun düzgün semantikaya uyğunlaşdırılması işlənən açar sözlərlə istifadəçinin axtardığı açar sözlər arasında daha yaxşı uyğunlaşmaya imkan verir ki, bu da müvafiq axtarışlar üçün səhifənin aşkarlığını artırır.

Təkmilləşdirilmiş istifadəçi təcrübəsi. İstifadəçilər struktur semantikası sayəsində axtardıqları məlumatı daha asan tapa bilir, başlıq, alt başlıq və paraqraf teqləri kimi işarələmələr məzmunu aydın şəkildə təşkil edir.

Bunun bərabərində semantik işarələmələr veb səhifənin məzmununu daha yaxşı başa düşür.

Asan məzmun idarəetmə və yeniləmə. Struktur olaraq yaxşı quruluşu olan məzmunda ardıcıllıq bəlli olduğu üçün onu yeniləmək də rahatdır.

Platformalar arası uyğunluq. Struktur semantika məzmunun müxtəlif cihazlarda və ekran ölçülərində düzgün göstərilməsini təmin edən cavab verən veb dizayn təcrübələrini dəstəkləyir ki, bu da məzmunun müxtəlif brauzerlər və platformalarda ardıcıl olaraq təqdim etməyə kömək edir.

Təkmilləşdirilmiş məzmun. Bu yanaşma “Microdata” və “Rich Snippets” (schema.org) kimi texnologiyalarla inteqrasiyanı asanlaşdırır. Bu, axtarış motorlarına səhifə məzmununu daha ətraflı başa düşməyə və “rich snippets” kimi xüsusiyyətlərdən istifadə edərək istifadəçilərə daha keyfiyyətli axtarış nəticələri təqdim etməyə imkan verir.

“Structural Semantics”in bu üstünlükləri də daxil olmaqla bir çox üstünlüyü var ki, onlar veb-saytımı axtarış motorları və istifadəçilər üçün daha əlçatan və başa düşülən edir.

Muzaffar Garakhanli

Other articles

FREE "13 Chrome Extension" for SEO ANALYSIS

FREE "13 Chrome Extension" for SEO ANALYSIS

SEO Nədir? Texniki SEO İlə Ənənəvi SEO-un Fərqləri

SEO Nədir? Texniki SEO İlə Ənənəvi SEO-un Fərqləri

Ayhan Karaman and Muzaffar Garakhanli SEO Webinar (2021)

Ayhan Karaman and Muzaffar Garakhanli SEO Webinar (2021)