Trafik Analizi Necə Aparılır? “Ripple” Effekti

Trafik Analizi Necə Aparılır? “Ripple” Effekti

Digital mühit gündəmdən asılı olaraq daim dəyişib yeniləndiyi üçün veb-saytların trafikinin təhlili istifadəçiyönümlülük üçün zəruridir. Trafik təhlili veb-saytın hansı ziyarətçiləri cəlb etdiyini, bu ziyarətçilərin niyə saytı seçdiyini və kontentlə istidadəçinin qarşılıqlı əlaqəsini anlamaqla trafikin artırılmasına kömək edən fəaliyyətdir. 

 

Veb-sayt dilinin yaradılması ilə başlayan və onun hədəf aldığı sektor, coğrafi mövqeyi və təklif etdiyi kontentin növü kimi mühüm xüsusiyyətlərini ətraflı şəkildə müəyyən edən təhlil prosesinin əsas məqsədi saytı insanlar üçün daha rahat və interaktiv platforma yaratmaqdır. 

 

İstifadəçiyönümlü fəaliyyət olan trafik təhlilinin ən yaxşı cəhətlərindən biri, sayta yeni ziyarətçi gətirməklə bərabər, həmin ziyarətçinin saytda uzun müddət qalmasına səbəb olmaq və istifadəçilə qarşılıqlı əlaqədə olmaqla potensial müştəri qazanmağa səbəb olmaqdır. 

 

Trafik analizi necə aparılır?

 

Ziyarətçi axını və veb-saytların davranışını ölçməyin ən yaxşı üsulu olan trafik analizinin gedişatını addım-addım izah edək: 

 

1.Analiz alətlərinin quraşdırılması

 

Trafiki təhlil etmək üçün ediləcək ilk iş saytı veb-analitika alətinə quraşdırmaqdır. Bunun üçün “Google Analytics”dən istifadə oluna bilər. Analiz alətləri veb-sayta gələn istifadəçinin davranışlarını, yəni saytda etdiyi hərələdi izləmək üçün saytınıza kiçik kod parçaları əlavə edir. Bu kodlar istifadəçilərin saytdakı hərəkətlərini qeyd edir və təhlil üçün bu məlumatları birləşdirir.

 

2.Ziyarətçinin trafik məlumatlarının toplanması

 

Quraşdırılmış analitik alət avtomatik olaraq sayta gələn hər bir ziyarətçilərin bu məlumatlarını toplayır:

 

  • ziyarətçilərin saytınızda keçirdikləri vaxtı;
  • baxdıqları veb-blokları;
  • kliklədikləri linkləri;
  • sayta necə çatdıqlarını (məsələn, birbaşa URL yazmaqla, sosial media vasitəsilə, və ya axtarış motorunun nəticəsi).

 

3.Məlumatların seqmentasiyası

 

Toplanmış məlumatlar daha ətraflı təhlil üçün müxtəlif seqmentlərə bölünür. Bu seqmentlərə, sayta gələn ziyarətçilərin coğrafi mövqeyi, istifadə etdikləri cihaz (mobil və ya masaüstü), trafik mənbəyi (orqanik axtarış, ödənişli reklamlar, sosial media) və ziyarət edilən veb-bloklarına görə qruplaşdırmaları aid edə bilərik.

 

4.Davranış təhlili

 

Bu mərhələdə istifadəçilərin veb-saytınızdakı davranışları ətraflı şəkildə araşdırılır. Hansı blokların daha çox ziyarət edildiyi, istifadəçilərin orta hesabla saytda nə qədər qaldığı və hansı məzmunun daha çox qarşılıqlı əlaqə əldə etdiyi kimi məlumatlar daha sonra saytın işini təkmilləşdirmək üçün istifadə olunur.

 

5.Dönüşüm izləmə

 

Trafik təhlilinin ən mühüm hissəsi geri dönüşlərin izlənməsidir. Konversiya müəyyən bir məqsədə çatan ziyarətçi kimi müəyyən edilir. Məsələn, saytda məhsul satışı varsa, alması, yaxud hər hansısa xidmət sahəsindən istifadəsi və s. Təhlil alətləri bu kimi dönüşümləri izləyir və hansı kanalların və məzmunun daha çox dönüşümə səbəb olduğunu müəyyənləşdirir.

 

Geri dönüşlərin üstünlüklərini belə sıralaya bilərik;

 

  • Effektivlik ölçüsü. Hansı marketinq kampaniyalarının və kanalların ən çox dönüşüm gətirdiyini göstərir. Bu məlumat sizə büdcənizi ən effektiv olduğu kanallara yönəltməyə imkan verir.
  • Məzmun optimizasiyası. Hansı blokların və kontentin istifadəçiləri hədəflədiyiniz hərəkətləri etməyə təşviq etdiyini anlamağa kömək edir. Bunun əsasında daha çox dönüşüm əldə etmək üçün məzmun strategiyanızı optimallaşdıra bilərsiniz.
  • İstifadəçi təcrübəsinin təkmilləşdirilmək. Dönüşüm nisbətlərini artırmaq üçün təhlil əsasında veb-saytınızın istifadəçi təcrübəsini təkmilləşdirə bilərsiniz. Yəni, satınalma prosesini asanlaşdırmaq və ya forma doldurma addımlarını azaltmaqla istifadəçi rahatlığını artırıb onu saytdan istifadə etməyə təşviq etmək olar.
  • ROI (investisiya gəliri) hesablanması. Marketinq kampaniyalarınızın dəyərini əldə etdiyiniz dönüşümlərlə müqayisə edərək, hansı kampaniyaların daha sərfəli olduğunu müəyyən edə bilərsiniz.

 

6.Hesabat və təkmilləşdirmə

 

Təhlilin son addımında toplanmış məlumatların hesabat və təhlili yer alır. Bu hesabatlar veb-saytın istifadəçi təcrübəsini, məzmun strategiyasını və marketinq fəaliyyətlərini təkmilləşdirmək üçün istifadə olunur. 

 

Məsələn, müəyyən bir səhifə zəif işləyirsə, məzmun və ya dizayn optimallaşdırılmalıdır, yaxud da satış zəifdirsə, məhsul seçimi artırılmalıdır, satın alma prosesi asanlaşdırılmalıdır və s.

 

Veb-saytda “Ripple” effektləri

 

Veb saytlardakı "Ripple" effekti dəqiq trafik təhlili və bu təhlillərdən əldə edilən məlumatların tətbiqi nəticəsində alınan nəticələrdir. Belə ki, trafikin təhlili saytın təkmilləşdirməli olan amillərini bizə bildirir və həmin amilləri aradan qaldırır. Bundan sonra olan təkmilləşdirmələr nəticəsində saytda geniş miqyaslı müsbət təsirlər müşadihə olunur, çox trafik əldə edilir, yəni saytda “Ripple” effekti yaranır. 

 

Veb-saytda yaranan “Ripple” effektləri:

 

  • İstifadəçi təcrübəsinin təkmilləşdirilməsi
  • Reklam xərclərinin optimallaşdırılması
  • Axtarış motoru sıralamasının artırılması
  • İstifadəçilərin ən çox maraqlandığı kontentin artırılması
Muzaffar Garakhanli

Other articles

“Cost of Retrieval”a Nələr Daxildir?

“Cost of Retrieval”a Nələr Daxildir?

Trafik Analizi Necə Aparılır? “Ripple” Effekti

Trafik Analizi Necə Aparılır? “Ripple” Effekti

“Semantic Relevance”nin Axtarış Nəticələrinə Təsiri

“Semantic Relevance”nin Axtarış Nəticələrinə Təsiri