“Semantic Similarity” Hansı Mövzuları Əhatə Edir?

“Semantic Similarity” Hansı Mövzuları Əhatə Edir?

"Semantic Similarity" veb səhifələrin məzmununun müəyyən bir mövzu və ya açar sözə nə dərəcədə uyğun və əlaqəli olduğunu qiymətləndirən yanaşmadır.

 

Bu yanaşma xüsusilə axtarış motorlarına məzmunun istifadəçi sorğularına nə dərəcədə uyğun olduğunu və buna görə də axtarış nəticələrində hansı ardıcıllıqla görünməli olduğunu müəyyən etməyə kömək edir.

 

 “Semantic Similarity”nin əhatə etdiyi mövzulara bunlar daxildir: 

 

  • Mətn oxşarlığı.  Yanaşma “Cosine Similarity”, “Jaccard Similarity”, BERT və ya GPT kimi modelərdən istifadə etməklə iki və ya daha çox məzmunları müqayisə edir və onların nə qədər oxşar olduğunu məyyənləşdirir. 
  • “Word Embeddings”. Söz daxiletmələri sözləri mənalarına görə sıralayır. Beləliklə, oxşar mənalı sözlər bir-birinə yaxın, fərqli mənalı sözlər isə bir-birindən uzaq qalır. Word2Vec, GloVe və FastText kimi üsullarla sıralanan sözlər sistem tərəfindən daha yaxşı anlaşıldığı üçün tərcümə saytlarındakı tərcümələr və axtarış nəticələri daha dəqiq təqdim olunur.
  • Semantik axtarış. İstifadəçi sorğularının və məzmununun semantik mənasını təhlil edərək daha uyğun axtarış nəticələrinin təmin edilməsi.
  • Məlumat axtarışı. Semantik oxşarlıqdan istifadə edərək təyin etdiyi müəyyən açar sözləri paylaşmasa belə, onları istifadə edib sorğuya uyğun məlumat tapmaq.
  • “Natural Language Understanding” (NLU). Semantik olaraq istifadəçi niyyətlərini, suallarını və ifadələrini başa düşmək və onlara cavab vermək.
  • “Machine Translation”. Orijinal və tərcümə edilmiş mətnlər arasında semantik məzmunu müqayisə edərək tərcümə edilmiş mətnin qiymətləndirilməsi.
  • Dillərarası semantik oxşarlıq. Müxtəlif dillərdə olan mətnlər arasında semantik oxşarlığın ölçülməsi.
  • Plagiatın aşkarlanması. Mətnlərin semantik məzmununu müqayisə edərək plagiatın olub-olmadığını müəyyən etmək.
  • Mətnin ümumiləşdirilməsi və yaradılması. Xülasələrin və ya yaradılan mətnin effektivliyini qiymətləndirmək üçün semantik oxşarlıqdan istifadə edərək mənbə materialın əsas semantik məzmununun qorunub saxlanmasını təmin etmək.
  • Suallara cavab sistemləri. İstifadəçi onlayn çata sözləri yanlış yazsa da, onların niyyətini anlayıb suallarını ən uyğun cavablarla cavablandırmaq.

 

“Semantic Similarity”nin SEO-da əhəmiyyəti nədir?

 

Semantik oxşarlıq axtarış motorlarına məzmunu daha yaxşı anlamağa və sıralamağa kömək etdiyinə görə SEO üçün əhəmiyyətli yanaşmadır. 

 

 “Semantic Similarity” yanaşmasının SEO-ya qazandırdığı üstünlüklərinə bunlar daxildir:

 

Axtarış sorğularını anlamaq. Axtarış motorları istifadəçilərin sorğularının mənasını və məqsədini başa düşmək üçün semantik oxşarlıqdan istifadə edir. Bu yolla, onlar semantik cəhətdən oxşar məzmunu axtarış sorğuları ilə uyğunlaşdıra və istifadəçilərə daha uyğun nəticələr təqdim edə bilirlər.

 

Məzmunun keyfiyyəti və uyğunluğu. Semantik oxşarlıq məzmunun mövzusunu və kontekstini daha dərindən başa düşməyi təmin edir. Axtarış motorları veb səhifənin yalnız müəyyən açar sözlərdən ibarət deyil, mövzu ilə bağlı ətraflı və uyğun məlumat təqdim edib-etmədiyini qiymətləndirir ki, bu da keyfiyyətli və hərtərəfli məzmunun önə çıxmasına kömək edir.

 

Uzun quyruq açar sözlər. İstifadəçilər adətən dəqiq nəticələr əldə etmək üçün daha uzun və əhatəli axtarış sorğuları yazırlar. “Semantic Similarity” yanaşması sayəsində axtarış motorları həmin uzun quyruqlu sorğuları və məzmunun semantik olaraq əlaqəli olub olmadığını daha yaxşı anlayıb, bu mövzulara yönəlmiş saytlar düzgün təqdim edirlər.

 

Dil müxtəlifliyi və semantik fərqlər. Yanaşma müxtəlif dillərdə və hətta dialektlərdə yazılmış məzmun arasındakı fərqləri tanıyaraq axtarış nəticələrini yaxşılaşdırır. O, həmçinin sinonim, omonim və çox mənalı sözlərin də mənasını düzgün anlayıb ona uyğun nəticələrin təqdim olunmasına kömək edir. 

 

Sıralama faktorları və alqoritm yeniləmələri. “Google” kimi axtarış sistemləri öz sıralama alqoritmlərini daim yeniləyir və təkmilləşdirir. Semantik oxşarlıq hər yenilənmə zamanı məzmunun keyfiyyətini detallı analiz edir və nəticələri daha yaxşı sıralayır.  

 

SEO-da semantik oxşarlığın əhəmiyyəti axtarış sistemlərinin daim təkmilləşən alqoritmasının və istifadəçilərin axtardıqları məlumatı daha tez və dəqiq tapmasını təmin etmək məqsədini əks etdirir. Buna görə də SEO strategiyalarını hazırlayarkən semantik oxşarlığın nəzərə alınması daha effektiv və uğurlu nəticələr əldə etməyin açarıdır.

 

Gəlin “Semantic Similarity” yanaşmasını veb-saytımıza necə tətbiq edə bilərik ona nəzər salaq

 

Tutaq ki, idman geyimlərinin satışı olan veb-sayt idarə edirik və saytımızda olan əsas məhsullar idman ayaqqabıları, idman geyimləri, yoqa ləvazimatlarıdır. Bu məhsulları müştərilərə çatdırmaq və bunların satışını artıracaq axtarışlarda çıxmağımız üçün saytımızda “Semantic Similarity”ə əsaslanan bu strategiyaları etməliyik:

 

1.Açar söz 

 

Edəcəyimiz ilk iş istifadəçilərin bu məhsulları axtararkən hansı sözlərdən istifadə etdiyini öyrənməkdir. Bu zaman "Yoqa paltarı", "idman ayaqqabısı" və "idman paltarı" kimi açar sözlərlə yanaşı, semantik əlaqələr üçün "tərlədən idman şalvarları" və "qaçış üçün ayaqqabılar" kimi uzun quyruqlu açar sözlərini də təyin etməliyik.

 

2.Məzmun yaradılması

 

Açar sözləri təyin etdikdən sonra həmin sözlərdən istifadə etməklə məhsulun üstünlükləri haqqında ətraflı və keyfiyyətli məzmunlar yaradıb sayta yerləşdirməliyik. Məsələn, “yoqa paltarı” açar sözünü işlətdiyimiz məzmunda yoqa geyimlərinin elastikliyindən, keyfiyyətli parçalardan hazırlanmasından və saatlarla yoqayla məşğul olunsa belə, dərini nəfəs aldırdığından və s. ətraflı izah edə bilərik.

 

3.Bloq yazıları

 

Alqoritmanın saytımızı tanımasının ən əsas amillərindən biri bloq yazılarımızın düzgün, keyfiyyətli və faydalı olmasıdır.

 

İdman geyimləri satışı olan veb-saytımızda “Sizə uyğun yoqa geyimini necə seçə bilərsiniz?”, “Qaçış performansını yaxşılaşdırmağın sirri: düzgün köynək” kimi maraqlı başlıqlarla bloq yazıları dərc etməliyik. Bu bloqlar potensial müştərilərə faydalı məlumat verir, eyni zamanda məhsullarımız haqqında semantik əlaqələri daha da gücləndirir ki, onun da nəticəsində açar sözlər axtarıldıqda saytımız tanınır və ilk sıralarda təqdim olunur.

 

3.İstifadəçi rəyləri və sual-cavab bölmələri

 

Veb-saytımıza müştəri rəyləri və sual-cavab bölmələri əlavə edib potensial alıcıları maraqlandıracaq sualları açar sözlərini işlətməklə cavabları ilə birlikdə həmin bölməyə yerləşdiririk. Eyni zamanda müştəri rəylərini nəzərə alıb məzmunumuzu daha da zənginləşdirməliyik.

 

"Semantic Similarity" yanaşması sayəsində veb-saytımız yalnız xüsusi açar sözlər üçün deyil, həm də zəngin semantik məzmunla optimallaşdırılır. Bunun nəticəsində də axtarış motorları tərəfindən saytımız uyğun axtarışlarda daha çox təqdim olunur.

Muzaffar Garakhanli

Other articles

13 DIGITAL WAYS TO PROTECT YOUR BUSINESS FROM COronavirus

13 DIGITAL WAYS TO PROTECT YOUR BUSINESS FROM COronavirus

Sorğu Təsnifatının Axtarış Sistemindəki Üstünlükləri

Sorğu Təsnifatının Axtarış Sistemindəki Üstünlükləri

Çox Mənalı Sözlərin Fərqləndirilməsi. “Context Vectors”

Çox Mənalı Sözlərin Fərqləndirilməsi. “Context Vectors”