“Current Search Activity” Necə Tətbiq Olunur?

“Current Search Activity” Necə Tətbiq Olunur?

“Current Search Activity” istifadəçilərin axtarış sistemlərində apardıqları axtarışları və vaxt keçdikcə həmin axtarışlardakı dəyişikliklərin yoxlanma prosesidir. Bu yanaşma “Google” kimi axtarış sistemlərində gündəlik edilən milyardlarla axtarışın təhlilini əhatə edir. Təhlil nəticəsində əldə etdiyimiz "hansı mövzuların trend olması", "hansı məhsul və ya xidmətlərə tələbatın artması" və "insanların müəyyən mövzular haqqında ən çox axtardıqları axtarışlar" kimi məlumatlara əsasən məzmun hazırlamaqla veb-saytı buna uyğun optimallaşdırıb, orqanik trafiki artıra bilərik.

 

“Current Search Activity” necə tətbiq olunur?

 

İstifadəçi datasının toplanması:

 

  • Axtarış motorları. “Google” və “Bing” kimi platformalar daim istifadəçi axtarış datalarını özündə saxlayır. Saxlanılan datalara işlənən açar sözlərin tezliyi, istifadəçilərin axtarışı etdiyi coğrafi yerləri, istifadə etdikləri cihazların növləri və axtarış vaxtları kimi müxtəlif məlumatlar daxildir.
  • Veb analitika alətləri. “Google Analytics” kimi sistemlər vebsaytlarda edilən axtarışlar və bu axtarışların mənbələri haqqında ətraflı məlumatları toplayıb bizə verir. 
  • SERP araşdırması. Axtarış motorunun nəticələri istifadəçilərin axtardıqları məlumatı necə tapmaq istədikləri barədə ipucları verir. SERP araşdırması aparmaq üçün nəticələrini bilmək istədiyimiz açar sözü axtararaq üst sırada çıxan ən yaxşı məzmun növlərini (bloqlar, videolar, məhsul siyahıları) və “snippet”ləri (ümumi məlumatlar, tez-tez verilən suallar) əldə edə bilərik.

 

Toplanılan dataların təhlili:

 

  • Axtarış sorğu hesabatları. “Google Analytics” kimi alətlər istifadəçilərin veb-saytımıza hansı axtarış sözləri ilə gəldiyini göstərən hesabatlar təqdim edir. Bu hesabatları nəzərdən keçirərək, istifadəçilərin saytımıza necə daxil olduğunu və hansı mövzularda daha çox məlumat axtardıqlarını müəyyən edə bilərik.
  • A/B testləri. Müxtəlif başlıq, təsvir və məzmun formatları ilə testlər keçirməklə ən yaxşı nəticələr əldə edən yanaşmaları müəyyənləşdirmək və daha sonra məzmun strategiyamızı bu yöndə qurmaqla.
  • Mövzu izləmə alətləri. Bu alətlərlə internetlə müəyyən mövzuların və ya açar sözlərin aktuallığını ölçə bilirik. Mövzu izləmə alətlərilə internetdə ən çox paylaşılan və müzakirə edilən məzmunu tapa və bu məzmunların hansı xüsusiyyətlərinə malik olduğunu təhlil edib öz məzmunumuzda da tətbiq edə bilərik. 

 

 

"Query Intent Analysis". Real vaxt rejimində istifadəçinin axtarış niyyətinin anlaşılması və istifadəçi davranışında dəyişiklikləri izləyən sistemin bizə verdiyi məlumatlarla açar söz strategiyasını optimallaşdırırıq. Nəticədə isə veb-sayt sürətli indeksləşdirmə və yüksək görünürlük üçün axtarış sistemlərinin cari tələblərinə uyğunlaşdırılmış olur.

 

“Current Search Activity”nin tətbiqi dinamik prosesdir və onun nəticəsinin yaxşı olması sektorun dəyişkənliyindən aslıdır. Bununla belə yuxarıda qeyd etdiyim təhliləri düzgün yerinə yetirib davamlı tətbiq etməklər axtarış sistemlərində əhəmiyyətli irəliləyiş əldə edə bilərik. 

 

“Current Search Activity”nin SEO-da əhəmiyyəti

 

Hədəf auditoriyasının düzgün anlaşılması. “Current Search Activity”nin istifadəçilərin nəyi, nə vaxt və nə üçün axtardıqları barədə verdiyi məlumatlarla hədəf auditoriyamızın davranışlarını düzgün anlaya və onlara uyğun məzmun hazırlamaqla potensial müştərilər əldə edə bilərik. 

 

Məzmun strategiyasının gücləndirilməsi. Hansı mövzuların trend olduğunu və istifadəçilərin hansı suallara cavab axtardığını bilmək məzmun strategiyamızı bu istiqamətdə formalaşdırmağa imkan verir. Bunun nəticəsində məzmunumuz daha uyğun və cəlbedici olur.

 

Açar söz strategiyasının optimallaşdırılması. Cari axtarış fəaliyyətini davamlı təhlil etməklə hədəf açar sözləri və SEO strategiyamızı yeni saxlayırıq və bununla da axtarış sistemləri məzmunumuz hər zaman yeni olduğu sıralamada bizi önə salır və orqanik trafikimiz artır. 

 

Rəqabətli üstünlük. Bazarda mövcud tendensiyaları və axtarış fəaliyyətlərini izləyərək, onları düzgün tətbiq etdikdə rəqiblərimizdən bir addım öndə oluruq.

 

Dönüşüm nisbətlərinin artırılması. İstifadəçilərin cari axtarış fəaliyyətlərinə əsaslanaraq məzmunumuzu optimallaşdırmaq saytımıza daha uyğun ziyarətçiləri cəlb edir. Bunun sayəsində də istifadəçilərin dönüşüm nisbətləri artır və sayta ziyarət davamlı olur.

 

SEO performansının təkmilləşdirilməsi. “Current Search Activity”ə əsaslanaraq məzmunumuzu və açar söz strategiyamızı davamlı yeniləmək və optimallaşdırmaqla SEO performansımızı daim təkmilləşdirmək imkanımız var.

 

Müştərilərlə əlaqələrin gücləndirilməsi. İstifadəçilərin ehtiyac və maraqlarına cavab vermək brendə sadiqliyi və müştəri münasibətlərini gücləndirir. Onların maraqlarına uyğun və axtarışlarına cavab ala biləcəkləri məzmunu yaratmaq uzunmüddətli perspektivdə marka və biznesimizin dəyərini artıra bilərik. 

 

Bir sözlə, “Current Search Activity”ni təhlil etmək SEO səylərimizi hədəf auditoriyamızın real vaxt ehtiyacları ilə uyğunlaşdırmaq, orqanik trafiki artırmaq və rəqəmsal marketinq strategiyamızı gücləndirmək üçün effektiv bir yoldur. Bu yanaşmanın effektiv nəticəsini görmək üçünsə rəqəmsal mühitin davamlı dəyişməsini nəzərə alaraq davamlı tətbiq etmək önəmlidir.  

 

“Current Search Activity”nin tətbiqinə nümunə üzərindən baxaq:

 

Tutaq ki, e-ticarət saytı işlədirik və saytda əsasən bağ, bağçılıqla əlaqəli ləvazimatları satırıq. Aydın məsələdir ki, il boyu təbiətdə fəsil dəyişkənliyi olduğu üçün istifadəçilərin fəsilə görə axtardığı əşyalar və ya ləvazimatlar fərqli ola bilər.

 

Yaz ayının əvvəllərində artıq insanlar açıq havada olmağa, təbiətdə vaxt keçirməyə çalışdığına görə satışlar daha çox olur və bu zaman saytımızı optimallaşdırsaq, satışlarımız əhəmiyyətli dərəcədə artacaq.

 

Bəs “Current Search Activity”ilə optimallaşdırmanı necə edə bilərik? 

 

“Google Trends” və digər alətlərdən istifadə. Bu alətlərdən istifadə etməklə yaz aylarında "bağçılıq", "bağ alətləri" və "açıq hava mebeli", “bağ mebelləri” kimi açar sözlərin axtarış həcminin artdığını müşahidə edirsiniz.

 

Bu, həmin dövrdə insanların bağçılıqla bağlı bu məhsullara marağının artdığını göstərir.

Məzmun və məhsul strategiyasının uyğunlaşdırılması. Trenddə olan açar sözləri müəyyənləşdirdikdən sonra onları istifadə etməklə bloq yazılar hazırlayıb saytda yayımlamalıyıq.

 

Məsələn, “Bağ alətlərindən necə istifadə etmək lazımdır?”, “Bağ mebelləri seçərkən nələrə diqqət yetirməliyik?” və s. 

 

Hər bloqda haqqında danışdığımız məhsula sayta həmin məhsulun özünə keçid edəcək link də qoya bilərik. Yəni ““Bağ mebelləri seçərkən nələrə diqqət yetirməliyik?” bloqunda, bağ mebeliləri olan hissənin linkini verməklə istifadəçi təcrübəsini artıra, eyni zamanda axtarış sistemi tərəfindən yaxşı anlaşılıb həmin mövzuda olan axtarışlarda öndə çıxa bilərik. 

 

Endirimlər və sosial media reklamları. Yaz temalı endirim kampanyaları təşkil etməklə və sosial mediada bu məhsullar haqqında postlar paylaşmaqla potensial müştərilərin diqqətini cəlb edərik.

 

Nəticə. Bu proseslərin hər birini düzgün etdikdən sonra bağ məhsulları axtaran müştərilərin təlabatlarına cavab verən saytımız olur ki, bu da onların istifadəçidən müştəriyə çevrilməsinə səbəb olur. 

 

 

Muzaffar Garakhanli

Other articles

Who is a Social Media Specialist and what is it called? What do you need to know?

Who is a Social Media Specialist and what is it called? What do you need to know?

In the cooperation between Be digital and UNEC training was conducted.

In the cooperation between Be digital and UNEC training was conducted.

Azercell Social Media Analysis (2020)

Azercell Social Media Analysis (2020)