SEO-da “Minor Contextual Bridge” Önəmi

SEO-da “Minor Contextual Bridge” Önəmi

SEO strategiyalarından olan “Minor Contextual Bridge” veb səhifələr və ya məzmunlar arasında daha az əhəmiyyətli, lakin tematik olaraq əlaqəli bağlantıları təsvir edir. Bu hiperlinklər PageRank və reputasiya transferinə birbaşa təsir göstərməsə də, istifadəçilərə asanlıqla bir səhifədən digərinə keçməyə imkan verməklə veb-sayt daxilində naviqasiya təcrübəsini zənginləşdirir. 

 

Daha sadə desək, yemək reseptləri yayımladığımız veb-saytda hansısa resept bloqundan inqrediyentlərin qida dəyəri haqqında məlumat verən bloqa link ilə keçid versək, bu “minor contextual bridges” hesab olunur. 

 

Həmin link vasitəsilə istifadəçi maraqlandığı kontentlə az əlaqəli olan mövzuya yönəlir və nəticədə saytda uzun müddət vaxt keçirir ki, bu da “Google”nin saytımızı qiymətdirməsi üçün önəmli amildir.

 

SEO-da "Minor Contextual Bridges" sayta hansı üstünlükləri verir?

 

SEO üçün kiçik kontekstual hiperlinklər dolayı yolla veb saytın ümumi göstəricilərinə təsir göstərməklə onun sıralamada önə gəlməsinə kömək edə bilir. Belə ki, bu bağlantılar istifadəçi təcrübəsini və sayt naviqasiyasını təkmilləşdirməklə axtarış motorlarının saytı etibarlı sayt kimi tanımasına və buna görə də saytın reytinqinin qalxmasına səbəb olur. 

 

Gəlin bu linklərin sayta qazandırdığı üstünlüklərə daha detallı nəzər salaq:

 

  • İstifadəçi təcrübəsinin təkmilləşdirilməsi

 

Axtarış motorları üçün istifadəçilərin veb sayt təcrübəsi olduqca önəmlidir. İstifadəçi sayta gələndə axtardığı məlumatı asanlıqla tapmalı və onu maraqlandıra biləcək digər məzmunlara daxil ola bilməlidir. “Minor contextual bridges” bu keçidləri təmin etməklə istifadəçiyə saytda rahat naviqasiya etməsinə kömək edir ki, bu da istifadəçi məmnuniyyətini artırır, onun sayta davamlı ziyarət etməsinə səbəb olur. Bu amillər isə axtarış sistemləri tərəfindən müsbət amil kimi qəbul edilir.

 

  • “Low bounce rates”ə təsir edir

 

Sözü gedən konsepsiya sayt daxilində maraqlı keçidlər təqdim etməklə, istifadəçilərin saytda daha çox vaxt keçirmələrini və sayt daxilində daha çox səhifəyə daxil olmasını təmin edə bilərsiniz. Bu, saytın sıçrayış sürətini əhəmiyyətli dərəcədə azaldır. Axtarış motorları aşağı çıxış nisbətləri olan saytın kontentini daha lazımlı hesab etdiyi üçün istifadəçilər ona uyğun axtarış edərkən nəticələrdə həmin məzmun daha çox təqdim olunur. 

 

  • Saytda SEO-nu gücləndirir

 

Kiçik kontekstual hiperlinklər də saytda SEO üçün vacib amildir. Məzmun arasında məntiqi əlaqə yaratmaqla “Google”a saytınızın strukturunu və məzmununu daha yaxşı anlamağa kömək edə bilərsiniz. Bu bağlantılar həmçinin xüsusi açar sözlərlə əlaqələndirilə bilər və həmin əlaqələr axtarış motorlarının səhifənizi müvafiq sorğular zamanı daha tez tapmasına kömək edir.

 

  • Səhifə səlahiyyətinin paylanması

 

Hər bir veb-saytın öz səlahiyyəti olur. “Minor contextual bridges” veb səhifələr arasında bu səlahiyyətin "flow" olmasına səbəb ola bilər. Belə ki, hiperlinklər istifadəçilərə əlavə məlumat vermək üçün onları başqa səhifəyə yönləndirikdə yönləndirilən səhifənin normal olaraq trafiki və reytinqi artır. Bu artım hədəf səhifənin də səlahiyyətli olmasına səbəb olur, onun nüfuzunu və veb-saytın ümumi SEO performansı yaxşılaşır.

 

Səlahiyyətin paylanmasına “minor contextual bridges”in bu rolları var:

 

  • Təbii səlahiyyət axını. Kiçik kontekstual körpülər yüksək səlahiyyətli səhifələrdən aşağı səlahiyyətli səhifələrə təbii səlahiyyət axını təmin edir ki, bu da həmin səhifələtin görünürlülüyünü artırır.
  • Səhifə əlaqələrinin gücləndirilməsi. Bu bağlantılar sayəsində sayt daxilində səhifələr arasında əlaqələr güclənir. Həmin əlaqələri anlamaq, axtarış motorları saytın ümumi mövzu bütövlüyünü daha yaxşı başa düşür ki, bu da saytın ümumi nüfuzunu artırır.
  • İstifadəçi naviqasiyasının dəstəklənməsi. İstifadəçiləri dəyərli və uyğun məzmuna yönləndirən kontekstual linklər onlara saytda daha uzun müddət qalmaq və daha çox səhifəni ziyarət etmək imkanı verir. Bu, sayt trafikinə və qarşılıqlı əlaqəyə, habelə səlahiyyət axınına müsbət təsir göstərir.
  • SEO müxtəlifliyinin və əhatəsinin genişləndirilməsi. Kontekstual hiperlinklər vasitəsilə dəstəklənən səhifələr saytdakı məzmunun müxtəlifliyini artırır və saytın axtarış sistemlərində daha geniş açar sözlər diapazonunda sıralanmasına imkan verir.

 

  • Uzun quyruqlu açar söz imkanları

 

Bu növ bağlantılar uzun quyruqlu açar söz strategiyaları üçün də yaxşı imkanlar təqdim edir. Uzun quyruqlu açar sözlər adətən xüsusi axtarışlara istinad edir və daha yüksək dönüşüm nisbətlərinə malikdir. Kiçik kontekstual körpülərlə siz istifadəçiləri bu xüsusi məzmunlara yönəltməklə daha çox trafik və niş mövzulara maraq cəlb edə bilərsiniz.

 

“Minor contextual bridges” işləməsinə nümunə üzərindən baxaq:

 

Tutaq ki, reseptlər yayımlanılan saytda "Ən yaxşı çörək bişirmə üsulları" haqqında bloq oxuyuruq. Bloqun daxilində qarşımıza “Ən yaxşı mayalar hansılardır” adlı keçid çıxır. Bu link adından da göründüyü kimi, çörək bişirməklə birbaşa əlaqəli deyil, lakin çörək bişirməklə maraqlandığımız üçün bizdə maraq yarada biləcək mövzulardandır. Kontekstual linklərin də əsas mahiyyəti budur: məzmunla az əlaqəli, lakin maraqlı ola biləcək məzmuna keçid olması. 

 

Bu linki kliklədiyimiz zaman eyni veb-saytda mayalarla bağlı ətraflı məlumat verilən bloga keçid edəcəyik. Nəticədə həmin bloq trafik əldə edir və mən həmin bloqu oxuyarkən saytda daha uzun müddət vaxt keçirmiş oluruq.

 

Qeyd edim ki, “minor contextual bridges” birbaşa SEO performansına böyük təsir göstərməsə də, istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə təkmilləşdirməklə veb-saytların dolayı yolla optimallaşmasına kömək edir. Bu bağlantılar istifadəçilərə saytda daha uzun müddət qalmağa, daha çox məzmun kəşf etməyə və buna görə də onların sayta olan davamlılığını artırmağa kömək edir.

Muzaffar Garakhanli

Other articles

Irshad Electronics Social Media Analysis (November 2020)

Irshad Electronics Social Media Analysis (November 2020)

Super Practical Content Marketing Lesson (Part 2)

Super Practical Content Marketing Lesson (Part 2)

Veb-sayt Bloklarının Hansı Xüsusiyyətləri Var?

Veb-sayt Bloklarının Hansı Xüsusiyyətləri Var?