"Google"un IBM Patenti Bizə Nə Qazandırır?

"Google"un IBM Patenti Bizə Nə Qazandırır?

Bəzən olur ki, istifadəçilərin axtarış sistemlərində etdikləri axtarışların nəticəsi qarşılarına çıxan cavablar ilə kifayət qədər əlaqəli olmur. Xüsusilə internet axtarış sistemlərindən gözlənilən nəticələri ala bilmədiyiniz zaman sual yaranır ki, bu vəziyyətin səbəbi axtarış sisteminin kifayət qədər yaxşı olmaması, yoxsa internetdə müvafiq kontentin olmamasıdır.

 

Bu kontekstdə yazılmış IBM patenti axtarış motorlarını idarə edən insanların müəyyən mövzulara uyğun axtarış motorunda məzmunun olmadığı vəziyyətləri necə aşkarlaya biləcəyini müzakirə edir. Patent üçün müraciət prosesi axtarış motorlarında axtarış edənlərin suallarına cavab tapa biləcəyi və ya mühərriklərin indeksləşdirmə səylərilə bu boşluqları doldurmağa imkan verən sorğulara təkliflər vermək şansı verir.

 

Bu prosesi inkişaf etdirən IBM tədqiqatçılarının səylərini nəticəsində olmayan kontentlər tapılır və əlavə edilir.

 

Bəs bu patent müraciətinin məzmunu necə olur?

 

O, axtarış edilən braunzerində olmayan məzmunu aşkar etmək üçün metod və sistem təqdim edir.

Sistemə axtarış sisteminə təqdim edilmiş sorğuları müəyyən edən çatışmayan məzmun sorğusu identifikatoru (401), çatışmayan məzmun sorğularını mövzu üzrə qruplaşdıran çatışmayan məzmun aşkarlama cihazı (110) və çatışmayan məzmun mövzusunun təfərrüatlarını təmin edən çıxış provayderi daxildir.

 

Gəlin olmayan konkentin aşkarlanması prosesilə tanış olaq

 

Prosesə bu addımlar daxildir:

▪︎ Axtarış motorunda heç bir uyğun məzmunu olmayan sorğuların müəyyən edilməsi

▪︎ Çatışmayan məzmun sorğularını mövzularına görə qruplaşdırmaq

▪︎ Çatışmayan məzmun probleminin təfərrüatlarının təmin edilməsi

 

Çatışmayan məzmunun hansı üsullarla müəyyən edilir?

 

İstifadəçi rəyi. Axtarış edənlərin rəyi ilə müvafiq kontenti tapa bilməyən istifadəçilərin aşkarlanması.

 

İstifadəçi davranışı. İstifadəçilərin axtarış nəticələrinə reaksiyasının təhlili. Bura kliklər, sürüşdürmələr və səhifədə sərf olunan vaxt daxildir.

 

Maşın öyrənməsi. Aşağı məmnunluq əlamətlərinə diqqət yetirən maşın öyrənməsinə əsaslanan yanaşma.

 

Axtarışın keyfiyyətini yoxlamaq axtarış sistemində məlumatın məzmununu və əhatə dairəsini yaxşılaşdırmaq yollarını tapmaq deməkdir. Bu üç addımı atmaqla çatışmayan məzmunu müəyyən etmək və bu çatışmazlıqları aradan qaldırmaqla axtarış motorlarının nəticələrini optimallaşdırmaq olar. 

 

Çatışmayan kontentin bilməyimiz bizə nə qazandırır?

 

IBM patentilə çatışmayan məzmun müəyyən edildikdən sonra həmin məzmuna uyğun kontent hazırlanıb istifadəçilərə təqdim olunur.  Axtarış edən istifadəçilərin maraqlandığı məzmunu hazırlamaq bizə bu üstünlükləri verir:

 

Sorğu təklifləri. Yəni istifadəçi hər hansısa mövzu üçün axtarış etdikdə sistem daha konkret və effektiv sorğu təklifləri verməklə istifadəçiyə istədiyi məlumatı daha tez tapmağa kömək edir. 

 

Eyni zamanda sorğu təklifləri də əlavə olunur ki, buradan da axtarış edən kontentlə bağlı öz gözləntilərini bildirməklə onları da kontentə əlavə etməyimizə imkan yaradır. Bunun nəticəsində veb-sayt istifadəçi tərəfindən davamlı istifadə olunur və əgər xidmət sahəsi varsa, istifadəçilə qarşılıqlı əlaqədə olmaq sayəsində potensial müştəriləri cəlb etmək daha rahat olur.

 

Veb-sayt qurucuları üçün məlumatın müəyyən edilməsi. Məsələn, şirkət daxilində müəyyən bir departamentin məlumatları çox vaxt axtarış motorlarına uyğun şəkildə təqdim edilmirsə, bu sistem sayəsində veb-sayt yaradıcıları bu çatışmazlığı aşkar edə və məzmunu daha əlçatan etmək üçün redaktə edə bilərlər.

 

Bu axtarış sistemlərində xoşagəlməz şəkildə təqdim olunan məlumatları aşkar etməyə imkan verir.

 

Kontent menecerlər üçün mövzuların tapılması. Hər hansısa veb-saytın kontent yaradıcıları onların məzmununun müəyyən bir mövzuda çatışmadığını görə bilərlər. Bu zaman sistemin təqdim etdiyi çatışmayan məzmunun aşkarlanması sayəsində onlar müəyyən mövzular üzrə daha çox məlumat əlavə etməklə məzmunu zənginləşdirə bilirlər. Bu veb-sayta daxil olan istifadəçilərin artmasına və məzmuna uyğun müştərilərin cəlbinə səbəb olacaq.

 

Eyni zamanda axtarış sisteminə əlavə olunan kontentlər onlarla əlaqəli olan əlavə kontentlərin də yaranmasına təkan verir ki, bu da istifadəçiləri istədikləri məlumatlara daha əlçatan edir.

 

Nəticə etibarilə korporativ axtarışda bu metodun üstünlükləri sorğu təklifləri, məzmunun redaktəsi və çatışmayan məlumatların aşkarlanması kimi sahələrdə əhəmiyyətli üstünlüklər təmin edir. Lakin bunların hər birini edən zaman məzmunun uyğunluğuna əmin olmaq lazımdır. Əks halda veb-sayta maraq azala və gözlənilən nəticə ilə qarşılaşılmaya bilər.

Muzaffar Garakhanli

Digər yazılar

“Google”un Panda Yenilənməsi Və Onun Veb-sayta Təsirləri

“Google”un Panda Yenilənməsi Və Onun Veb-sayta Təsirləri

"Query Log Sessions" Topladığı Data Və Onların İstifadəsi

"Query Log Sessions" Topladığı Data Və Onların İstifadəsi

SEO Nədir? Texniki SEO İlə Ənənəvi SEO-un Fərqləri

SEO Nədir? Texniki SEO İlə Ənənəvi SEO-un Fərqləri