"Google" Reklam Kontentinin Təkmilləşdirilməsi

"Google" Reklam Kontentinin Təkmilləşdirilməsi

“Google” patentlərində “kontent” dedikdə veb-saytın deyil, orada yerləşdirilən reklamların kontenti nəzərdə tutulur. 

 

İnternetdə gündəlik istifadə veb-saytlara yerləşdirilən reklamların effektiv olduğunu deməyimizə əsas verir. “Google”un bu patenti bununla əlaqəli olaraq reklam məlumatının təqdimatı və kontentin təkmilləşdirilməsi haqqındadır.

 

Belə ki, biz istər hansısa mövzu, istərsə də məlumat almaq məqsədilə video və audio faylları və veb-saytları internet üzərindən araşdırırıq. Bu resurslara giriş etdikdə hər dəfə reklamları axtarış nəticələri səhifələrində görürük. Nəticədə axtardığımız məlumatla birlikdə reklam haqqında da məlumatımız olur.

 

Məsələn, veb-saytda reklamların göstərilə biləcəyi müəyyən sahələr mövcud olur. Bu sahələr ya veb-saytda əvvəlcədən müəyyən edilir, ya da axtarış nəticələri ilə birlikdə təqdim edilir. Tutaq ki, maşın alqı-satqı veb-saytımız var. Bu veb-saytda maşın təmirilə bağlı şirkətin reklamı olduqda, istifadəçi maşınla maraqlanmaq üçün sayta daxil olanda həmin şirkəti də görür. Əgər reklam keyfiyyətli və diqqət çəkən olarsa, istifadəçi reklama nəzər yetirir və maşın təmiri şirkəti potensial müştəri qazanır.

 

Reklam kontenti üçün sahələr

 

“Google”un bu patenti reklamlar və axtarış nəticələri daxil olmaqla ümumi kontentin səhifələr arasında necə paylaşıldığını izah edir. Google patentlərində reklamlara "kontent" kimi istinad edir. Beləliklə, Google patentində "kontent" termini ümumiyyətlə ödənişli axtarışa aiddir və "kontent sahəsi" reklamın göstərilə biləcəyi sahədir. 

 

Kontent təkmilləşdirilməsinə fokuslanan bu patentin reklamla bağlı əsas göstərişləri belədir:

 

 Saytdakı reklam yerləri rezervasiya sistemi və ya auksion vasitəsilə kontent sponsorlarına ayrıla bilər. 

 

Yəni, sizin veb-saytınızda reklam vermək istəyən şirkət öz reklamlarının nümayişi üçün ödəmək istədikləri məbləği sizə təklif edirlər. Daha sonra auksion keçirilir. Bu zaman domenlər, təklifin detalları və səhifədə təqdim olunan reklam ilə bağlı amillər, eyni zamanda reklamın məzmunu üçün qəbul edilən sorğu əsasında veb-saytınızda reklama yer verirsiniz. Bu reklam istifadəçi hər saytda daxil olduqda onun qarşısına çıxır İstifadəçiyə eyni vaxtda həm reklam, həm də axtarış nəticələri birlikdə təqdim olunur.

 

Patentin innovativ aspekti kompüter vasitəsilə istər reklam, istərsə də axtarış nəticəsinə nəzarət edə bilmək və istədikdə onları təkmilləşdirmə imkanının olmasıdır. 

 

Patentin digər xüsusiyyətləri bunlardır: 

 

1. Təkmilləşdirilmiş kontent axtarış nəticəsini öz mətninə əlavə etməklə yaradılır. 

 

Məsələn, axtarış nəticəsində hər hansısa restoran şəkli varsa, reklamda da həmin şəkildən istifadə edə bilərik.

 

2. Reklam axtarış nəticəsində olan kontentdən komponentlər ala bilər.

 

Yəni, axtarış nəticəsində tapılan restoranın başlığını və ya linkini də reklam kontentinə əlavə edə bilərik. 

 

3. Reklama mətn, şəkillər və ya bu kimi maraqlı bir çox qrupdan əlavələr etməklə kontent genişləndirilə bilər. 

 

Yəni restoranın menyusu, əlaqə vasitələri və ünvanı da reklama daxil edilsə, istifadəçilərə daha çox məlumat verə bilərik. Bu, həm də daha rahat müştəri qazanmağa təkan verəcək.

 

4. Təkmilləşdirmə kontent üçün sayt bağlantılarının yaradılmasını əhatə edə bilər. Bu, axtarış nəticəsinin nəzərdən keçirilməsini və kontentin üçün uyğun sayt bağlantılarının yaradılmasını əhatə edir.

 

5. Hər biri üçün müəyyən edilmiş URL-lər vasitəsilə iki kontent elementinin əlaqələndirilməsi və həmin URL-lərdən və başlıqlardan əldə edilən sayt bağlantılarının yaradılması bura aiddir. 

 

Daha aydın desək, iki fərqli restoran haqqında məlumatı özündə cəmləşdirən bir veb-sayt ola bilər. 

 

Reklam kontentini nə zaman təkmilləşdirmək lazımdır?

 

Reklam kontentinin təkmilləşdirilməsi vaxtı bunlara əsasən təyin olunur:

 

  • Reklam və axtarış nəticəsi eyni vaxtda eyni ekranda görünürsə, deməli kontenti təkmilləşdirmək vaxtı deyil. 

 

Yəni, əgər istifadəçi “səhər yeməyi üçün restoran” axtarırsa və axtarış nəticələrilə birlikdə səhifədəki reklam görünürsə, deməli istifadəçi eyni zamanda axtarış nəticələrinə və reklama daxil ola bilir.

 

  • Eyni vaxtda görünmə, axtarış nəticələrini və reklam istifadə olunan cihazın ekranının bükülmə xətti ilə müəyyən edilə bilər.

 

Daha aydın desək, əgər istifadəçi telefondan axtarış edirsə, bu zaman axtarış nəticələri və reklam eyni vaxtda görünəcək şəkildə ekranın kənar xəttinə qədər yerləşirsə, yəni istifadəçi eyni ekranda həm axtarış nəticələrinə, həm də reklama baxa bilirsə, bu o deməkdir ki, təkmilləşdirmə vaxtı deyil.

 

  • Paralel görünürlük axtarış nəticəsi girişinin yeri ilə müəyyən edilə bilər.

 

Yəni, əgər istifadəçi “ən yaxşı film saytları” üçün axtarış aparırsa, bu zaman axtarış nəticələri və filmə baxmaq üçün saytın məzmunu eyni səhifədə yerləşirsə və istifadəçi hər iki məlumatı bir baxışda əldə edə bilirsə, eyni vaxtda görünmə əldə edilir. Paralel görünürlük olduqda isə təkmilləşdirməyə ehtiyac olmur. 

 

  • Təkmilləşdirmə, axtarış nəticəsi ilə reklam ilk səhifədə olmadıqda edilə bilər.

 

“Google” bu təkmilləşdirmə patentinin innovativ aspektləri və üstünlükləri

 

  • Kontent idarəetmə sistemləri kimi sistemlərdə istifadə edilə bilən bir konsepsiya

 

  • Rahat və hər kəsin istifadə edə biləcəyi idarəetmə sistemi

 

  • Təkmilləşdirilmiş kontent istifadəçilər üçün daha həyəcanlı və cəlbedici olur ki, bu da sayt-istifadəçi əlaqəsini artırır

 

  •  Reklamlar və axtarış nəticələri arasında məzmun və istifadəçi interfeysi uyğunluğu yaxşılaşır

 

Muzaffar Garakhanli

Digər yazılar

Veb-sayt Bloklarının Hansı Xüsusiyyətləri Var?

Veb-sayt Bloklarının Hansı Xüsusiyyətləri Var?

Unibank Sosial Media Analizi (2020 Dekabr)

Unibank Sosial Media Analizi (2020 Dekabr)

Saytınızdakı İstifadəçi HƏRƏKƏTLƏRİNİ izləmək üçün 10 PROQRAM

Saytınızdakı İstifadəçi HƏRƏKƏTLƏRİNİ izləmək üçün 10 PROQRAM