GOOGLE 20+ MARAQLI STATİSTİKA (2019-cu il üçün)

GOOGLE 20+ MARAQLI STATİSTİKA (2019-cu il üçün)

Google ilə əlaqəli çoxlu maraqlı faktlar var. Bu yazıda 20-dən çox maraqlı faktı təqdim edirəm. 

QEYD: Göstərilənlər 2019-cu ilin seo statistikalarını əhatə edir.

1. 2019-cu ildə müxtəlif axtarış motorlarında edilən axtarışların 75%-dən çoxu Google-a məxsusdur. Digər sıralarda isə Bing (9.97%), Baidu (9.34%), Yahoo (2.77%) axtarış motorları yer alıb.

2. Google-da ötən il təxminən 2.3 trilyon axtarış olub.

3. Adi günlərdə baş verən milyardlarla axtarışların 15%-i Google üçün yenidir.

4. Yalnız ilk beşlikdə olan nəticələr bütün klikləmələrin 67.60%-ni təşkil edir.

5. Google axtarış sistemi veb saytları sıralamaq üçün 200-dən çox amildən istifadə edir.  (DAHA DETALLI BU YAZIDA)

6. Yüksək keyfiyyətli məzmun və link yaratmaq (link building) veb saytınızı axtarışda ön sıralara çıxarmaq üçün Google tərəfindən istifadə olunan ən vacib iki faktordur.

7. Marketinq rəhbərlərinin 57%-i səhifədəki məzmunun yenilənməsi və dolğun olmasını ən effektiv SEO taktikası olduğunu söyləyib.

8. Google-da üst sıralarda olan saytlardakı məzmunun söz sayı ortalama 2416-dır.

9. Bütün səhifələrin 91%-i Google-dan trafik ala bilmir. Səbəb isə əsasən backlink və digər faktorların bir çoxunun olmamasıdır.

10. Saytların 55.24%-də backlink sayı 5-dən aşağıdır.

11. Bir saytda nə qədər çox backlink varsa, o, Google-da daha çox axtarış trafiki əldə edib.

12. 2019-cu ildə bütün dünyada onlayn trafikin 52%-ni mobil, 45%-ni isə masaüstü axtarışlar təşkil edib.

13. Marketoloqların 70%-i SEO-nu PPC-dən daha effektli hesab edir.

14. 1,3 milyondan çox müəssisə, veb sayt və qeyri-kommersiya şirkətləri Google reklamlarından istifadə ediblər.

15. "Haradan almaq olar" və "Mənə yaxın" mobil sorğuları son iki ildə 200%-dən çox artıb.

16. Yaxın mağaza axtaran istehlakçıların 72%-i beş mil məsafədə yerləşən bir mağazaya baş çəkib.

17. Smartfon istifadəçilərinin 87%-i gündə ən az bir dəfə axtarış motorlarından istifadə edir.

18. Google-da hər saniyədə 75 mindən çox axtarış olur.

19. Axtarış sorğularının 23%-i iki sözdən ibarətdir:

1 söz: 21.71%

2 söz: 23.98%

3 söz: 19.60%

4 söz: 13.89%

5 söz: 8.70%

6+ söz: 12.12%


20. Bütün axtarışların 50%-dən çoxuna heç bir klik olmayıb.

21. Şəkil axtarışı onlayn axtarışların 20%-ni təşkil edir.

22. İnternet istifadəçilərinin 75%-i axtarış motorlarının ilk səhifəsindən ikinci səhifəsinə keçməyib.

Muzaffar Garakhanli

Digər yazılar

The SEO Handbook: 120 Questions Answered by Experts

The SEO Handbook: 120 Questions Answered by Experts

"Query Context": "Query Definition" Və "Query Aspect" Yanaşmaları

"Query Context": "Query Definition" Və "Query Aspect" Yanaşmaları

Praktiki sınanmış SEO dərsi ( 2-ci hissə )

Praktiki sınanmış SEO dərsi ( 2-ci hissə )