Sosial Media mütəxəssisi kimdir, kimə deyilir? Nələri bilməlidir?

Sosial Media mütəxəssisi kimdir, kimə deyilir? Nələri bilməlidir?

Sosial Media mütəxəssisi kimdir, kimə deyilir?

Sosial media mütəxəssisi markanın adını tanıdan, marketinq fəaliyyətini gücləndirən şəxsə deyilir. Həmçinin satışları çoxaltmaq üçün müəyyən strategiya təyin etmək və bu strategiyanı həyata keçirmək və nəticələri izləməkdən məsul olan şəxsdir.

Sosial media mütəxəssisinin işi nədən ibarətdir?

Peşəkar mütəxəssislər ilk növbədə sosial media platformalarında düzgün məzmunu paylaşmalıdır. Daha sonra onlayn platformalarda yazılan müştərilərin şikayət və ya tənqidlərini tez və problemsiz şəkildə həll etməyi bacarmalıdır. Sosial media mütəxəssisinin digər öhdəlikləri isə aşağıdakı kimi sıralana bilər:

Hər gün mütəmadi olaraq maraqlı mətn, şəkil, video və s məzmunlar yaratmaq, redaktə etmək və paylaşmaq;

  • Axtarış, müqayisə və istifadəçiləri analiz etmək yolu ilə sosial media strategiyasını yaratmaq və həyata keçirmək;
  • Böhran zamanlarını düzgün idarə etmək, tənqid və neqativ xəbərləri təkzib edən yeni xəbər paylaşmaq;
  • Şirkətin və cəmiyyətin siyasətini dəstəkləyən sosial media səhifələri və profilləri yaratmaq;
  • Sosial media planını hazırlamaq və həyata keçirmək;
  • Sosial media trafikini və istifadəçi sayını öyrənmək üçün əldə edilən nəticələri doğru analiz etmək;
  • Sonrakı nəticələrə də müsbət təsir edəbilmək üçün bu məlumatlardan istifadə etmək;
  • Brendi doğru idarə edəbilmək, kampaniyalar təşkil etmək və sosial media hesablarının axtarış zamanı daha tez tapılması üçün digər şöbələrlə əməkdaşlıq etmək;
  • Sosial mediadakı yenilikləri daima izləmək.
  • Rəqib şirkətləri analiz etmək və ortaya çıxannəticəyə görə doğru strategiya müəyyənləşdirmək;
  • Rəqəmsal dünya trendlərini izləmək və ona uyğun reklamlar etmək;
  • Sosial media şəbəkələrində izləyicilərin sayını artırmaq üçün işlər görmək və uyğun strategiyalar təyin etmək;
  • Şirkətlə əlaqəli uyğun olmayan məzmunları, təəssüratları müəyyənləşdirmək və lazım olduqda bunlara müdaxilə etmək;
  • Məhsulların istifadəsi ilə əlaqəli axtarışlar etmək;
  • Peşəsi ilə bağlı yenilikləri izləmək və özünü inkişaf etdimək;
  • Xüsusi kampaniyalar təşkil etmək;
  •  

Hansı ixtisasla sosial media mütəxəssisi olmaq olar?

Sosial media mütəxəssisi olmaq üçün rəsmi təhsil meyarı yoxdur. Bəzi şirkətlər namizədlərin qrafik dizayn proqramlarına hakim olmağını əsas tələb olaraq qeyd edir. Həmçinin bəzi təhsil müəssisələrində sosial media və marketinq tədris edib sonda sertifikat verən proqramlar mövcuddur. Əlavə olaraq onlayn resurslardan istifadə edərək bu sahədə biliklərə sahiblənmək mümkündür.

 

Şirkətlərdə sosial media mütəxəssisindən hansı bilikləri tələb edirlər?

Sosial media mütəxəssisi məhsul və ya xidmətin tanıdılmasını, populyarlaşmasını təmin etdiyi üçün onun yaradıcı olması əsas üstünlükdür. Lakin bu iş tək yaradıcı olmaqla yekunlaşmır. Həmçinin:

Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqlarına sahib olmaq;

  • Prioritet işləri önə salmağı bacarmaq;
  • Komanda ilə işləməyi bacarmaq;
  • İşi deyilən zamanda təhvil vermək kimi bacarıqlara da sahib olmalıdır.

 

Sosial Media mütəxəssisinin aşağıda qeyd edilən alətlərdən istifadə etməyi bilməyi üstünlükdür

Crowdbooster

Hubspot

HootSuite

Dialogfeed

Buffer

Facebook (ADS manager)

Agora Pulse

Sendible

eClincher

Social Pilot

CoSchedule

MavSocial

Crowdfire

Edgar

Post Planner

 

Sosial Media mütəxəssisi olmaq üçün nə etmək lazımdır?

Universitetlərdə sosial media mütəxəssisi fakultəsi mövcud deyil. Bunun yerinə biznes, marketinq, ictimaiyyətlə əlaqələr, ictimaiyyətlə əlaqələr və təbliğat, ictimaiyyətlə əlaqələr və reklam və sair fakultələrdən məzun olan tələbələr sosial media və reklam agentliklərində sosial media mütəxəssisi olaraq işləyirlər. Hətta kurslarda Sosial Media Mütəxəssisliyi dərslərini keçərək sertifikat ala bilər və bu sahədə çalışa bilərsiniz.

Hər kəs sosial media mütəxəssisi olmağın asan olduğunu və bu sahədə çalışa biləcəyini fikirləşsə də, daim yenilənən onlayn dünyada trendi izləmək bir az çətindir. Yaxşı sosial media mütəxəssisi olmaq üçün aşağıdakı məsləhətləri dəyərləndirə bilərsiniz:

 

Bu sahədə təhsil vəya kurs alaraq mütəxəssis olun.

Oxumadan işin dərinliyinə varmadan sosial media mütəxəssisi olacağınızı fikirləşirisnizsə, yanılırsınız. Əlbəttə ki, işlədiyiniz zaman təcrübə əldə edərək özünüzü inkişaf etdirə bilərsiniz, ancaq əlinizdə bu sahə ilə əlaqəli bir sertifikatın olmağı sizin üçün avantajdır. Sosial media mütəxəssisliyi dərslərində markanın etibarının qorunması, markanın idarə edilməsi, sosial mediada hesabat, mobil marketinq, rəqəmsal kampaniya, reklam strategiyaları, böhranın idarə edilməsi və digər mövzularla tanış ola bilərsiniz. Bu təlimlərdən faydalanaraq və eyni zamanda çox çalışaraq yaxşı bir sosial media mütəxəssisi ola bilərsiniz.

 

Sosial media vasitələrinin hamısından xəbərdar olun.

Yalnız facebook və twitter-i bilmək kifayət deyil, bütün sosial media vasitələrindən xəbərdar olmalı və istifadə etməyi bacarmalı, istifadəçi profillərini, kampaniyaları və reklamları yaxından izləməlisiniz.

 

"Like" və "follower" qazanmağı bacarın.

Saxta hesablar açaraq və ya təbii olaraq izləyici və bəyənmə qazanmağı bacarmalısınız. Nə qədər izləyiciniz olsa, markanızı bir o qədər çox tanıtmaq imkanı əldə edirsiniz. Yaxşı bir sosial media mütəxəssisi izləyicilər qazanmağın yollarını bilməlidir.

 

Əlaqə yaradın.

Açdığınız sosial şəbəkələrdə istifadəçilərinizə yeni məlumatlar çatdırın.  Hər gün şirkətiniz və kampaniyalarınızla bağlı yeni paylaşımlar edin. Veb saytlarınızın ünvanını qeyd edin və şərhlərə cavab yazın. Sosial media hesablarınızdan sizinlə əlaqə yaradan insanların suallarını cavabsız qoymayın.

 

Hər şey haqqında məlumatlı olun.

Yaxşı bir sosial media mütəxəssisi olmaq istəyirsinizsə, hər şeydən məlumatlı olmalısınız. Brendiniz, təmsil etdiyiniz şirkət və ya sizi maraqlandıran məsələlər barədə məlumatınızın çox olmağı sizin üçün olduqca faydalıdır.  Bununla digər sosial media mütəxəssislərindən fərqlənə bilərsiniz.

 

Keyfiyyətli məzmun istehsal etməyi öyrənin.

Sosial media mütəxəssisi olmaq istəyirsinizsə, məzmun yazmaq qabiliyyətiniz olmalıdır. Maraqlı başlıqlar, videolar və gülməli sözlərlə izləyicilərin diqqətini cəlb etməklə markanızı daha yaxşı reklam edə bilərsiniz. Kampaniya üçün məzmunu hazırlamaqda ixtisaslaşmalısınız.

 

Təbii və mehriban olun.

Sosial mediada təbii olmağı bacarmaq çox vacibdir. Hiss etdiyiniz kimi yazmağı bacarmalı və oxuyucu ilə səmimi olmalısınız. Xitab etdiyiniz auditoriyanıza nə qədər yaxın olsanız bir o qədər uğurlu olacaqsınız.

 

Siyasi məsələlərlə məşğul olmayın.

Yaxşı sosial media mütəxəssisi şirkətin imicinə zərər verəbiləcək mövzulardan bəhs etməkdən çəkinməlidir. Siyasətdən danışmaq və bu barədə şərh yazmaq bir media mütəxəssisinin vəzifəsi deyil. Bu kimi hallar potensial müştərilərin markadan uzaqlaşmasına gətirib çıxara bilər.

Sosial mediada tanınan insanları izləyin və dəvətlərə gedin.

Brendlərin təşkil etdiyi dəvətləri izləməlisiniz. Yeni şirkətlər və insanlarla tanış olun və ətraf mühitinizi genişləndirin. Sosial mediada olan insanlar da internet kimi daim yeniləndiyi üçün sektordakı bütün insanları tanımaq sizə faydalı olacaq.

 

Muzaffar Garakhanli

Digər yazılar

5 Mistakes To Avoid in Your Sitemaps - by Onely.com

5 Mistakes To Avoid in Your Sitemaps - by Onely.com

SEO İnkişafında Java API-lərin Təsirləri

SEO İnkişafında Java API-lərin Təsirləri

“Main Entities and Attributes” Tətbiqi Və Doğruluğunun Yoxlanılması

“Main Entities and Attributes” Tətbiqi Və Doğruluğunun Yoxlanılması