Saytınızdakı İstifadəçi HƏRƏKƏTLƏRİNİ izləmək üçün 10 PROQRAM

Saytınızdakı İstifadəçi HƏRƏKƏTLƏRİNİ izləmək üçün 10 PROQRAM

Saytınızda olan istifadəçilərin bütün hərəkətlərini qeyd edən 10 proqram.

Heatmap, yəni istilik xəritələri sayta daxil olan istifadəçilərin saytdakı hərəkətlərini başa düşmək üçün isti-sərin rəng spektrindən istifadə edir. Sözügedən hərəkətlərə kliklər, scrool da daxildir. Məsələn, istifadəçilər daha çox hansısa yerə klik edirlərsə, həmin yer “qaynar nöqtə” kimi təqdim edilir və həmin yerlər istifadəçinin daha çox gördüyü və marağına səbəb olduğu yer sayılır. Bu səhifələri təhlil edərək istifadəçinin saytda daha çox hara klik etdiyini, əsasən hansı tərəfə baxdığını təyin edə bilərsiniz. Bəs bunu hansı alət və ya proqramlarla etmək olar?

Proqramlar sizə video şəklində nəticələr göstərir: 

 

Hansı hissəyə daha çox baxılıb və kliklənməsi bu formada görünür:

Bu yazıda 10 alət və ya proqramla tanış olacaqsınız. Hansıki bu alət və ya proqram vasitəsilə siz saytınıza daxil olan istifadəçilərin hərəkətlərini analiz edə bilərsiniz.

SessionCam

SessionCam istifadəçiyə onlayn istifadəçi təcrübələrini optimallaşdırmaq və dönüşüm (conversion) nisbətlərini əhəmiyyətli dərəcədə artırmaq üçün inkişaf etmiş bir sessiya təkrarını, istilik xəritəsini (heatmap) və hərəkətlərin analizlərini detallı şəkildə göstərən bir proqramdır. SessionCam veb saytdakı bütün müştəri fəaliyyətlərini qeyd edir və izləyicilərə problem yaradan veb səhifələri müəyyənləşdirir. Bu proqram vasitəsi ilə saytda istifadəçilərin hərəkətlərinə video şəklində baxa və effektsiz olan, kliklənməyən, oxunmayan səhifələri aşkarlayıb aradan qaldıra bilərsiniz. Proqram ayrı-ayrı cihazlarla veb saytlara daxil olan fərqli müştəri seqmentlərinin performansını da müqayisə edir.  

Başlanğıc qiymətMövcud qiymət məlumatları üçün SessionCam ilə əlaqə saxlayın.

Demo:  mövcuddur

Pulsuz versiya:  mövcud deyil

Pulsuz sınaq müddəti:  21 gün

Veb sayt: www.sessioncam.com

 

Seevolution

SeeVolution yüksək və zəif istifadəçi fəaliyyət sahələrini, isti və soyuq xəritələri və səhifələrin aktiv analizini (bağlantılar, şəkil və kliklər) əks etdirən, izlənilən səhifələrinizin hamısını əhatə edən canlı analizlər təqdim edir. Saytınızı başqa hansısa alətlər (tool) vasitəsilə analiz etmək yerinə Seevolution ilə istifadəçilərinizin saytda nə etdiklərini, hara daha çox klik etdiklərini, hansı səhifədə daha çox qaldıqlarını müəyyən edib saytınızda olan əskiklikləri tamamlaya bilərsiniz.  

Başlanğıc qiyməti:  9$/ay

Pulsuz versiya:  mövcud deyil

Pulsuz sınaq müddəti:  14 gün

Veb saythttps://www.seevolution.com/

Capturly

Capturly əsas dinamik hərəkətlərə diqqət yetirir: dönüşüm və istifadəçilərin dönüşü. Ən yaxşı biznes qərarlarını vermək üçün sizə lazım olan bütün məlumatları analiz şəklində təqdim edir. Capturly alətində istilik xəritələri üç fərqli variantda olur: klikləməklə, səhifələri çevirmək və seqmentləşdirmə etməklə.

Capturly vasitəsilə saytınızda olan yeni istifadəçilərlə geri gəlməyən, itirdiyiniz istifadəçilər arasında analiz edə bilər, alınan məlumatlar ilə yeni istifadəçiləri daimi istifadəçiniz halına gətirə bilərsiniz.

Başlanğıc qiyməti:  29$/ay

Pulsuz versiya:  mövcuddur

Pulsuz sınaq müddəti:  14 gün

Veb sayt:  https://capturly.com/

MouseFlow

MouseFlow ilə klik, hərəkət, sürüşdürmə (scrool) və istilik xəritə özəlliklərindən istifadə edərək veb sayt ziyarətçilərinin davranışlarını izləyə, həm də analiz edə bilərsiniz. Bu proqramın ən böyük üstünlüklərindən biri veb sayt ziyarətçilərinin niyə sizin saytınızdan imtina etdiyini görməyə və anlamağa imkan verən analitik xüsusiyyətə sahib olmasıdır. Bu proqram vasitəsilə müxtəlif mənbələrdən saytınıza gələn insanların hərəkətlərini video və ya xəritə şəklində görə və məlumatları analiz edə bilərsiniz.

Başlanğıc qiyməti:  29$/ay

Pulsuz versiya:  mövcuddur

Pulsuz sınaq müddəti:  14 gün

Veb sayt: www.mouseflow.com

 

Clicktale

Clicktale bir veb səhifənin və ya tətbiqin içərisindəki hər hərəkəti izləyərək müştəri davranışına və verdiyi qərarı analiz etmənizə kömək edən proqramdır. Clicktale digər platformalardan fərqli olaraq 50 analitik proqrama inteqrasiya ola bilir. Bu proqram vasitəsilə saytınızda olan istifadəçilərin nə etdikləri və daha çox hara baxdıqlarına, itirilən istifadəçilərin niyə geri dönmədiklərinə, saytınızda nələri bəyənmədiyinə dair əsaslı cavabları tapa bilərsiniz.

Başlanğıc qiymət:  qiymət məlumatları üçün Clicktale ilə əlaqə saxlayın.

Pulsuz versiya:  mövcud deyil

Pulsuz sınaq:  mövcuddur

Veb sayt: www.clicktale.com

 

Lucky Orange

Lucky Orange sayta inteqrasiya edilməsi ilə yanaşı istifadəsi də asan olan alətdir. Bu proqram vasitəsi ilə istifadəçilərin hərəkətlərini video şəklində qeyd edə, mouse hərəkətlərinə və istilik xəritəsinə görə saytınızı istədiyiniz cür inkişaf etdirə bilərsiniz. Daima yenilənən Lucky Orange vasitəsi ilə saytınızda olan bütün məlumatları detallı şəkildə analiz edə bilərsiniz.

Başlanğıc qiyməti:  10$/ay

Pulsuz versiya:  mövcud deyil

Pulsuz sınaq:  7 gün

Veb sayt: www.luckyorange.com

 

Hotjar    

               

Hotjar saytınızda onlayn olan istifadəçələrin saytdaxili hərəkətlərini görməyinizə imkan verir. Hotjar vasitəsilə siz saytınızda insanların daha çox hara baxdıqlarını, hansı bölmələri görməkdə çətinlik çəkdiklərini görə və saytınızı istifadəçiyönümlü edə bilərsiniz.

Başlanğıc qiyməti:  29$/ay

Pulsuz versiya:  mövcuddur

Pulsuz sınaq:  15 gün

Veb saytwww.hotjar.com

 

FullStory

FullStory istifadəçilərin hərəkətlərini anlamağınız üçün tamamilə fərqli bir yanaşma təqdim edir. Bu alət marketinq, müştəri dəstəyi, məhsullarla bağlı çalışan qruplar üçün rəqəmsal analiz təcrübəsi rolunu oynayır. Proqram təminatı aparıcı SaaS məhsulları ilə inteqrasiya edilib və rəqəmsal təcrübə analitikası, inkişaf etmiş axtarış imkanları, saytda olan əskikliklərin daha detallı şəkildə göstərilməsini vəd edir.

Başlanğıc qiyməti:  849$/ay

Pulsuz versiya:  mövcuddur

Pulsuz sınaq:  14 gün

Veb saytwww.fullstory.com

 

Heatmap.com

Heatmap.com səhifəni yeniləməyə ehtiyac olmadan daima yenilənən istilik xəritəsi (heatmap) təqdim edir. İnterfeys 100% interaktivdir və analizlərə baxarkən belə sayta rahatlıqla baxa bilirsiniz. Bu yolla istifadəçinin saytdakı hərəkətlərini daha detallı araşdıra bilərsiniz.

Başlanğıc qiyməti:  100$/ay

Pulsuz versiya:  mövcuddur

Pulsuz sınaq:  mövcud deyil

Veb sayt:  www.heatmap.com

 

ContentSquare

ContentSquare hər hansısa müəssisə öz tətbiqləri, mobil və veb saytları ilə davranışlarını başa düşmələrinə kömək edən rəqəmsal təcrübə analitikası və optimallaşdırma platformasıdır. ContentSquare avtomatik tövsiyələr vermək üçün davranış məlumatları, süni intellekt və daha böyük datalardan istifadə edir. Əldə etdiyi məlumatlar əsasında isə istifadəçinin saytdakı hərəkətini optimallaşdırmaq üçün yol göstərir.

Başlanğıc qiymət:  mövcud qiymət məlumatları üçün ContentSquare ilə əlaqə saxlayın.

Demo:  mövcuddur

Pulsuz versiya:  mövcuddur

Pulsuz sınaq:  mövcuddur

Veb sayt: www.contensquare.com

Muzaffar Garakhanli

Digər yazılar

Məlumat Panelindəki Məlumatlar Nəyə Əsasən Təyin Olunur?

Məlumat Panelindəki Məlumatlar Nəyə Əsasən Təyin Olunur?

“Frame Semantics”in Əlaqədə Olduğu Dil Modelləri. SEO-ya Təsiri

“Frame Semantics”in Əlaqədə Olduğu Dil Modelləri. SEO-ya Təsiri

“Be digital” və UNEC əməkdaşlığı çərçivəsində təlim keçirildi.

“Be digital” və UNEC əməkdaşlığı çərçivəsində təlim keçirildi.