"Representative Queries" Yanaşmasının Əhəmiyyəti

"Representative Queries" Yanaşmasının Əhəmiyyəti

İstifadəçilər axtarış motorlarında axtarış edərkən yazdığı ifadələri eynilə olduğu kimi veb-saytımızda istifadə etməyimiz mümkün olmaya bilər. Çünki mövcud açar sözlərdən əlavə olaraq, daha konrent, mövzuya yönələn ucun cümlələr axtarıla bilər ki, həmin cümlələri açar söz olaraq təyin etməyimiz saytımızın trafik əhatəsini daraltmaqla daha az axtarış nəticələrində təqdim olunmasına səbəb ola bilər.

 

Bəs istifadəçi uzun cümlələr və daha konret sözlər yazarkən axtarış motoru həmin sözləri məzmunumuzla əlaqələndirib saytımızı necə təqdim edə bilir? "Representative Queries" yanaşması ilə.

 

"Representative Queries", veb-saytların hədəf auditoriyasının sistemə axtarış üçün daxil etdiyi sözlərlə saytın məzmunu arasında əlaqə yaradan və saytımızı həmin sözlərə uyğun optimallaşdırmağa kömək edən vacib SEO yanaşmalarından biridir.  

 

"Representative Queries" yanaşması necə çalışır?

 

Veb-saytda istifadə edəcəyimiz və sorğulara uyğun açar sözləri müəyyən etməyə təsir edən “Reoresantative Queries”in işləmə prinsipi belədir:

 

Açar söz araşdırması. SEO alətlərindən istifadə etməklə məzmuna uyğun hansı açar sözlərin daha çox istifadə olunduğunu, saytımıza hansı açar söz axtarışlarının daha çox trafik gətirdiyini müəyyənləşdirməklə həmin açar sözləri tətbiq edə bilərik.

 

"Representative Queries"ın müəyyən edilməsi. Açar söz araşdırmasının nəticələrinə əsasən veb-saytın hədəf auditoriyasını ən yaxşı şəkildə təmsil edən və onların ehtiyaclarına cavab verən “representative” sorğuları müəyyən edilir.

 

Məsələn, biz logistika sahəsinə aid veb-sayt idarə edirik və açar söz araşdırmasına müəyyən etmişik ki, logistika ilə əlaqəli ən çox axtarılan söz “hava logistikası”dır.

 

Biz istəyirik ki, “hava logistikası” ilə əlaqəli istənilən axtarışda istifadəçilərin qarşısına bloqlarımız və saytımız çıxsın, bu zaman “Representative Queries” yanaşmasını tətbiq etməklə müəyyən edirik ki, hava logistikası haqqında məlumat axtaranlar bu axtarışları edirlər:

 

  •  “Hava logistikası xidməti qiymətləri”
  • “Hansı yüklərin daşınması qadağandır?”
  • “Hava logistikası təhlükəsizdirmi?” və s.

 

Məzmun yaradılması və optimallaşdırılması. “Representative Queries”ləri müəyyənləşdirdikdən sonra onlarla əlaqəli məzmun yaratmaq və ya saytımızda mövcud olan məzmunu həmin sorğulara əsasən optimallaşdırmaq lazımdır. 

 

Belə ki, logistika saytımızda “hansı yükləri daşımaq qadağandır?” mövzulu bloq hazırlaya, yaxud da saytdakı hansısa bölməsində onunla bağlı məlumatların olduğu məzmun yerləşdirə bilərik. Məzmunun  düzgün optimallaşması üçün başlığında, alt başlıqlarında və mətn daxilində araşdırma nəticəsində əldə etdiyimiz açar sözləri də istifadə etmək lazımdır. 

 

Alqortmin məzmunu təhlil etməsi. Məzmunu sayta yerləşdirdikdən sonra, sistem saytı analiz edir, onun hansı mövzuda olduğunu müəyyənləşdirir və istifadəçi həmin mövzuda axtarış etdikdə saytımızı nəticələrdə göstərir. 

 

"Representative Queries" yanaşması SEO-da hansı əhəmiyyəti

 

  • Hədəf kütləyə yönələn kontent. Bu yanaşmanı düzgün tətbiq etməklə bir başa hədəf kütləyə yönələn kontent yaradıb potensial müştəriləri sayta cəlb etmək olar. 
  • Orqanik trafik artımı. "Representative Queries"a uyğun məzmun yaraqla veb-saytın axtarış sıralamasında öndə olmasına səbəb olmaq olar ki, bu da orqanik trafikin əhəmiyyətli dərəcədə artımı deməkdir.  
  • Rəqabətdə üstünlüyü ələ almaq. Düzgün sorğuları müəyyən etməklə, eyni seqmentdən olan rəqiblərdən fərqlənib daha orjinal və faydalı məzmun təklif edə bilərsiniz. 
  • İstifadəçi təcrübəsinin təkmilləşdirilməsi. “Representative Queries” yanaşması ilə hazırlanan məzmunlar istifadəçi ehtiyacını qarşıladığı üçün bilavasitə olaraq veb-sayta olan istifadəçi təcrübəsini də təkmilləşdirir. Bunun nəticəsində istifadəçi saytda uzun müddət qalır ki, bu da orqanik trafiki artıran amildir. 
  • Dönüşüm nisbətlərinin artırılması. Hədəf auditoriyasının ehtiyaclarına uyğun məzmun təmin etməklə, istifadəçilərin veb saytda daha uzun müddət qalmasını təmin edə və dönüşüm nisbətlərini artıra bilərik. 
  • Brend səlahiyyətinin gücləndirilməsi. Sirr deyil ki, dijital mühitdə keyfiyyətli tanıtımın olması məhsul və xidmətin də keyfiyyətli olması fikrini yaradır. Yanaşmaya uyğun olaraq hədəfə kütləyə maraqlı olan və keyfiyyətli və dəyərli məlumatları özündə cəmləşdirən kontent brendin tanınmasına və nəticə olaraq da xidmət və məhsulunun satışına səbəb olacaq. 

 

Muzaffar Garakhanli

Digər yazılar

"Google"un IBM Patenti Bizə Nə Qazandırır?

"Google"un IBM Patenti Bizə Nə Qazandırır?

Taking SEO to the Next Level: Discovering DISAM for SERP Domination

Taking SEO to the Next Level: Discovering DISAM for SERP Domination

“Topical Borders” Necə Tətbiq Edilir?

“Topical Borders” Necə Tətbiq Edilir?