Урок контент-маркетинга (часть 3)

Урок контент-маркетинга (часть 3)

Kontent marketinq dərsi 3-cü hissə

 

Məzmunun Tanıtımı

 

Əksər şirkətlərin məzmun marketinqində uğursuzluqla üzləşmələrinin səbəbi tanıtım (promotion) strategiyalarının olmamasıdır. Bəzən kontent yazmaqla və ya sosial mediada paylaşmaqla işlərinin bitdiyini və geri dönüşüm əldə edəcəklərini düşünürlər. Lakin bunun nəticə verməsi üçün inanılmaz dərəcədə şanslı olmağınız lazımdır. Səbəb isə internetin məzmunlarla dolu olmasıdır. Sizin yazdığınız kontent mükəmməl olsa belə minlərlə məqalə içərisində itib bata bilər.

kontent marketinq dərsi

Beləliklə işiniz məzmunu yazmağa başladığınız gündən o məzmunun auditoriyanıza çatdırdığı günə qədər davam edir. Tövsiyə edərdim ki, insanların məzmunları nəyə görə paylaşdığını anlamağa çalışasınız. Çox nadir hallarda bir paylaşım ardıcıl paylaşımlarla nəticələnir. 

 

Bu dəfə sizə kontentlərinizi oxucularınıza çatdırmağın yollarından bəhs edəcəm.

 

Auditoriya qurmaq

 

Həm məzmun strategiyasının qurulması, həm də ideyanın tapılması mərhələsində rəqib analizləri etmişik.  Bu araşdırmaları öz niş auditoriyanızın maraqlarlarına cavab verən məzmuna çevirdikdən sonra maksimum dərəcədə çox oxucuya çatdırmağın yollarını axtarın.

 

İnfluenser Marketinq

 

İnfluenserlər öz böyük auditoriyası olan və bu auditoriyaya çatmaq üçün vasitələri olan insanlardır. Sizin çatmağa çalışdığınız insanlar onları dinləyir və ya izləyir. Bu həm auditoriyanızı qurmaq üçün bir yoldur, həm də markasını tanıtmaq istəyən marketoloqlar üçün yaxşı alternativdir. Düzgün planlama apararaq influenser marketinqindən kontent markentinq strategiyanızın bir hissəsi kimi istifadə edə bilərsiniz.

 

Followerwonk istifadə edərək Twitter “bio”ları analiz edib öz niş auditoriyanızı tapa bilərsiniz. 

 

“Followerwonk”dən influenser marketinq üçün necə istifadə edə bilərsiniz:

 

  1. Twitter hesabınız vasitəsi ilə “Followerwonk”ə daxil olun;
  2. “Select bios” düyməsini seçin;
  3. Axtarış qutusuna açar sözü daxil edin;
  4. Hansı influenserlə işləyəcəyinizi seçmək üçün izləyicilərin sayı kimi mövcud statistikalardan istifadə edin.

 

Tvitterdə yazdığınız mövzu ilə əlaqəli ola biləcək nüfuzlu şəxslər və ya təşkilatları tapın. Həm yüksək sosial nüfuz, həm də çox sayda izləyici yaxşı göstəricilərdir. Lakin sosial nüfuzu izləyici sayından daha önəmli hesab etmək olar, çünki bu, aktiv (engaged) auditoriyanın göstəricisidir. Həmçinin, izlədikləri insanlardan (following) daha çox izləyicisi (follower) olan məşhurlara üstünlük verin. Çünkü bəziləri avtomatik geri izləmə (follow-back) vasitəsi ilə izləyici saylarını artırırlar.

 

Rəy Marketinqi

 

Şərh marketinqi həm müştərilərlə əlaqə qurmaq, həm də məzmunun təbliği üçün istifadə oluna bilər. Bir çox hallarda bunu qeyri-peşəkar şəkildə, tapdıqları istənilən məqaləyə uyğunsuz şərhlər yazmaqla etməyə çalışırlar. Lakin bu, doğru yanaşma deyil və saytlar tərəfindən silinir. Bunun yerinə internetdə sizin yazılarınızla maraqlana biləcək, əlaqəli mövzularda yazılar yazan insanları taparaq onlarla əlaqəyə keçməyə çalışın. Həmişə olmasa da, bəzən söhbət əsnasında öz məqalələrinizin linklərini də paylaşmağa imkan yaranır.

 

Şərh marketinqinin ən önəmli cəhətlərindən biri də odur ki, hər hansısa mövzu ətrafında maraqlanan və məlumatlı biri kimi tanınmağa başlayırsınız. Əgər yazdığınız şərhlər diqqət çəkərsə, insanlar sizin başqa yazılarınızı da oxumaq istəyəcəklər. Unutmayın ki, nüfuzlu şəxslərin yazılarına rəy bildirərək daha böyük auditoriyaya çata bilərsiniz.

 

Rəy marketinqinə necə başlamalı

 

Bu elə də çətin deyil.

 

1. İlk öncə sizin sahəyə aid bloqlar yazan səhifələri tapın. Əgər belə bir siyahınız yoxdursa açar söz olaraq  “bloq” yazaraq axtarış edin və ya Google Blogs Search istifadə edin.  Adətən Blogpost və “Wordpress”də qurulan saytlar axtarış nəticəsində ön sıralarda çıxır və domen nüfuzları (domain authority) yüksək olur. Buna səbəb “subdomain”lərindən güc almalarıdır. Belə hallarda səhifə nüfuzu (page authority) və keçid linklər müqayisə etmək üçün daha yaxşı göstəricidir. Lakin baxmalı olduğunuz təkcə statistik məlumatlar deyil, həm də bu bloqlar ətrafında gedən müzakirələr və şərhlərdir. Nəticələri gözdən keçirərək markanıza uyğun olanları seçin.

2. Daha sonra seçdiyiniz bloqların şərh bölməsində müzakirəyə töhvə verəcək rəylər yazın. İlk başda keçid linklər paylaşmamağa çalışın.

 

Qonaq paylaşımları (Guest Postings)

 

Məqalələrinizi təkcə öz saytınızda dərc etmək məcburiyyətində deyilsiniz. Guest Posting ilə başqa saytlar üçün unikal kontent yarada və həmin saytlarda dərc edə bilərsiniz. Şərh marketinqində olduğu kimi “guest posting”dən də qeyri-peşəkar şəkildə istifadə edərək başqa saytlarda keyfiyyətsiz məzmun paylaşaraq keçid linklər almağa çalışanlar var.

Doğru istifadə edildiyi halda guest posting auditoriyanızı genişləndirmək və domen nüfuzunu (authority) artırmaq üçün çox effektiv vasitədir. Guest posting zaman alan bir taktika olsa da, yüksək nəticələr verə bilər. Bunun üçün sahənizə uyğun olan etibarlı saytlar tapmağa çalışın.

 

“Guest Posting”ə necə başlamalı

 

Guest posting rəy marketinqinə bənzəyir.

 

1. Güclü səhifə və domen nüfuzu (authority) olan saytlar tapın;

2. Həmin saytda bloqlara rəylər yazaraq əlaqələr qurun;

3. Saytların redaktorları ilə maraqlı ola biləcək məzmun ideyaları paylaşaraq fayda verməyə çalışın. İlkin mərhələdə “backlink”lər almaq yox, nüfuz qazanmağınızı məsləhət görərdim;

4. Dərc etdirdiyiniz məqalələrin tanıtımını edin;

5. Bunları təkrarlayın.

 

 

Təbliğat /PR

 

Auditoriyanızla əlaqə qurmağın daha bir yolu jurnalistlər və ya bloq müəlliflərinin sizin haqqınızda yazılar dərc etmələridir. Onlara sahənizə uyğun, özünüz haqqında maraqlı olan məlumatları verin. Əksər hallarda xüsusi istəkləri olacaq. Məsələn, KİV nümayəndələri xəbər mahiyyətli, daha öncə açıqlanmamış məlumatlar istəyə bilər. Bloggerlər isə öz oxucuları üçün pulsuz xidmətlər və ya xüsusi endirim təkliflərinə üstünlük verə bilər. Buna görə də əməkdaşlığa başlamadan öncə qarşı tərəfin tələblərini gözdən keçirin.

 

Təbliğat /PR ilə məzmunu necə tanıtmaq olar?

 

Media nümayəndələrinin məşğul insanlar olduqlarını nəzərə alaraq öz təbliğat komandanız üçün doğru jurnalisti tapmağa çalışın. Bunun üçün Followerwonk istifadə edərək Twitter “bio”larında “yazar”, “jurnalist”, “redaktor” olduqlarını qeyd edən şəxsləri nəzərdən keçirib sizin sahənizə uyğun məqalələr yazanları seçin. Daha sonra isə onların diqqətini çəkməyə çalışın:

 

1. Empatya quraraq onların nə ilə maraqlana biləcəklərini tapın;

2. Jurnalistlər hər kəsin paylaşdığı yox, daha fərqli və diqqət çəkən məlumatlar paylaşmaq istəyirlər. Sizin haqqınızda yazmağın onlara nə qazandıracağını düşünün.

 

Sosial Media

Məzmunun auditoriyanızın maraqlarına uyğun olması yetərli deyil, onu oxucularınıza çatdırmalısınız. Sosial media bunun üçün güclü vasitədir.

 

Sosial media və məzmun komandanız birlikdə fəaliyyət göstərməlidir. Sosial media həm məzmununuzun təbliğatı, həm də yeni oxucular qazanmaq və onlarla əlaqə qurmaq üçün işinizə yarayacaq. 

 

Sosial Media vasitəsi ilə məzmunu necə tanıtmaq olar

 

Sosial media ilə məzmunlarınızın tanıtımını etmək elə də çətin deyil:

 

1. Doğru sosial media şəbəkəsini seçin. Bəzi məzmunları “Facebook”da, bəzilərini “Instagram”da, bəzilərini isə hər ikisində paylaşmaq əlverişli ola bilər. Auditoriyanızı tanıyın və onların harada nə görmək istədiklərini bilin. Əgər bilmirsinizsə, test edin;

2. Postlarınızı doğru zamanda paylaşın. Facebook, Twitter, və “Linkedin”də performansınızı analiz etmək mümkündür. Sprout Social, Hootsuite və ya Buffer kimi vasitələrdən də istifadə ederək auditoriyanızın ən aktiv olduğu günü və saatı müəyyənləşdirin;

3. Həştaqlərdan istifadə edin. İkidən çox olmamaq şərti ilə sahənizə uyğun həştaqlərdən istifadə edərək məzmununuzu konkret hədəf kütlənizə çatmasına səbəb ola bilərsiniz.

 

Ödənişli tanıtım

 

Pullu tanıtımlara display, sosial media, axtarış (search) və digər reklam növləri daxildir və klik başına ödənişə (Pay Per Click) əsaslanır. Reklam qurmadan öncə büdcənizi təyin edin. Büdcənin məbləği hansı reklam kanalından və hansı strategiyadan istifadə edəcəyinizi müəyyənləşdirəcək.

 

Ödənişli sosial media reklamları

 

Hamımızın bildiyi kimi, hal-hazırda bizim haqqımızda ən çox datası olan platformalar sosial media kanallarıdır. Buna görə də reklam büdcəmizin bir qismini sosial media tanıtımları üçün ayırmağa dəyər. Sosial media platformlarının əksəriyyəti öz hədəf auditoriyanızı qurmağa imkan verir. Hətta elektron poçt listinizi əlavə edə, daha öncə sizin paylaşımlarınıza reaksiya verənlərə bənzər (look alike) auditoriya qura və hədəfləyə bilərsiniz.

 

 

Tvitterdə tanıtım reklamlarını necə qurmaq olar

 

1. Tvitterdə yeni reklam kompaniyası yaradın. Hesabınızda Twitter Ads düyməsini seçin. Əgər məqaləniz veb saytınızdadırsa, “veb sayt klik” və ya “geri dönüşüm (conversion)” düyməsini seçin. Beləliklə sizin səhifənizə klikləmiş auditoriyanı hədəfləmiş olacaqsınız.

2. Hədəfləmə metodunuzu seçin. Twitter bir neçə hədəfləmə yolları təklif edir. Test edərək konsepsiyanıza ən uyğun olanını müəyyənləşdirin.

3. Reklam qurarkən hər zaman video və ya şəkil əlavə edin. Vizualların olduğu paylaşımlar hər zaman daha çox reaksiya alır.

4. Hər bir kompaniyada birdən çox reklam yaradaraq müxtəlif elementləri test edin.

 

Ödənişli axtarış (search) reklamları

 

Ödənişli axtarış reklamları axtarış motoru nəticə səhifəsinə (SERP) reklamlar yerləşdirməkdən ibarətdir. Ən çox Google Ads və Microsoft’s Bing Ads platformalarından istifadə olunur.

 

Ödənişli axtarış reklamlarını necə qurmaq olar

 

1. Açar sözlərin siyahısını yaradın. Açar sözlər istifadəçiləriniz bu sözlərlə axtarış etdiyi zaman axtarış nəticələrində sizin reklamınızın çıxmasını şərtləndirir. 

2. Büdcənizdən asılı olaraq açar sözünüzlə eyni olan sözləri (exact match) hədəfləyə bilərsiniz. Bu dəqiq hədəfləmədir və CPC daha aşağı olacaq. Lakin trafikinizin də aşağı olacağını nəzərə almalısınız.  Açar sözünüzün müxtəlif versiyalarını (broad match) hədəfləyərək isə daha geniş kütləyə çata bilərsiniz, amma bu dəqiq hədəfləmə olmayacaq və CPC daha baha başa gələcək.

3. Cəlbedici reklamlar yaradın. Reklamlarınız həm digər reklamlara, həm də orqanik axtarış nəticələrinə qarşı rəqabətdə olacaq. Reklamlarınızda maksimum dərəcədə spesifik olub oxucuların sorğularına cavab verən kontent istifadə edin.

4. Trafiki doğru səhifəyə çəkdiyinizdən əmin olun. Oxucuların reklamınıza klinkləməsi yetərli deyil. Açılan səhifədəki məzmun və məlumatlar reklamınızda vəd etdiyinizə uyğun olmalıdır.

 

Display reklamları

 

Banner reklamları olaraq da adlandırılan display reklamları Google Display Network və Facebook Atlas serverleri vasitəsi ilə yerləşdirilir. Rəqəmsal marketinqdə display reklamlarının konsepsiyası bir qədər fərqlidir.

 

Display reklamları adətən yenidən hədəfləmə üçün istifadə olunur. Saytınızı daha öncə ziyarət etmiş istifadəçilər vebdə gəzərkən sizin reklamlarınız ilə qarşılaşırlar. Məsələn, əgər Amazonda hər hansısa telefon elanına klikləmisinizsə, oxuduğunuz bloqlarda, xəbər saytlarında və hətta elektron poçt qutunuzda belə həmin telefonla bağlı reklamlarla qarşılaşa bilərsiniz.

 

Yenidən hədəfləmədə reklamın müddətini və intervalını müəyyənləşdirə (customization) bilərsiniz. Hədəfləmə zamanı müştərilərinizin sizi tamamilə unutmaması ilə onları bezdirməmək arasındakı balansı qorumaq lazımdır. Bu balans fəaliyyət göstərdiyiniz sektordan da asılıdır.

 

Display reklamları ilə məzmununuzu necə tanıtmaq olar

 

1. Hədəf auditoriyanızı müəyyənləşdirin;

2. Bu auditoriyanı hədəf alan reklam kompaniyası qurun. Auditoriya seqmentinizə daha öncə sizin məqalələrinizi oxuyan istifadəçilərinizi daxil edin;

3. Cəlbedici reklamlar yaradın. Yenidən hədəfləmədə kreativlik çox önəmlidir. Reklamınızın digərlərindən seçildiyindən əmin olun. Günümüzdə insanlar reklamlara daha az reaksiya verməyə başladığına görə istər dizaynlar, istərsə də hərəkətə keçirici başlıqlar (call to action) diqqət çəkən olmalıdır.

 

Elektron poçt marketinqi

 

Yeni istifadəçilərinizin məzmunlarınıza abunə olmasını təmin etmək onların geri dönəcəyindən əmin olmaq üçün əla yoldur. Bunun üçün onların email ünvanlarını toplayın. Bloqlarınız ilə maraqlananlara yeni yazılarınızı və ya ay ərzində ən çox oxunan kontentlərinizi yollaya bilərsiniz.

 

Müntəzəm olaraq eyni formata malik məzmunlar (məsələn, bloq) dərc edirsinizsə, oxucularınıza avtomatik abunə olmaq imkanı yaradan “RSS feed”dən istifadə edə bilərsiniz. Mən bunun üçün FeedPress tövsiyə edərdim. FeedPress performansınızı analiz etməyə, abunəçilərinizi izləməyə imkan yaratmaqla yanaşı, markanıza uyğun e-mail şablonları da təklif edir.

 

“RSS feed”in qurulması istifadə etdiyiniz CMS-dən asılıdır. Əgər WordPress və ya Drupal istifadə edirsinizsə, çox güman ki RSS-ə artıq qoşulmusunuz, sadəcə olaraq XML URL-ni əlavə etməli olacaqsınız. Xüsusi bir CMS istifadə edirsinizsə, İT mütəxəssislərin köməyinə ehtiyacınız olacaq.

 

Məzmun paylama şəbəkələri (Content Distribution Networks)

 

Məzmun paylama şəbəkələrinin nəticələrini daim görürük. Hər hansısa məqaləni oxuduqdan sonra qarşımıza çıxan “oxşar məqalələr/ yazılar” bölməsi də buna nümunədir. Taboola, Outreach kimi şirkətlər tərəfindən təklif olunan bu cür tanıtımlar ödənişlidir. Məzmun paylama şəbəkələrinin ən böyük üstünlüyü geniş oxucu kütləsinə çatmağa imkan yaratmasıdır. Spesifik bir auditoriyanı da hədəfləyə bilərsiz.

 

Sindikasiya

 

Tamaşaçı kütləsini genişləndirməyin ən yaxşı yollarından biri də məzmunun daha böyük bir auditoriyaya sahib, daha nüfuzlu bir sayt tərəfindən sindikatlaşdırılmasıdır. Bunu reallaşdırmaq üçün ilk addım, insanların həqiqətən sindikatlaşdırmaq istəyəcəkləri keyfiyyətli məzmunu yazmaqdır. İkinci addım isə yuxarıda bəhs etdiyimiz tanıtım kanallarından istifadə etməkdir.

 

Məzmun sindikasiyası ilə bağlı əsas narahatlıqlarından biri axtarış motorları üçün təkrarlanan məzmun problemi yaradıb yaratmayacağıdır. Bu haqlı bir narahatlıqdır, ancaq SEO etiketləmənizi doğru şəkildə etmisinizsə, belə bir problemlə qarşılaşmayacaqsınız. Bu səbəbdən etibarlı saytlarla əməkdaşlıq etdiyinizdən əmin olun.

 

Təbriklər, artıq test edərək sizə ən uyğun və ən çox oxucu gətirən taktikanı seçə və öz məzmununuzu maksimum dərəcədə geniş auditoriyaya çatdıra bilərsiniz.

 

 

Bölüm 8

 Məzmunun Təhlili və Hesabat

  

Hədəf auditoriyanızı nə qədər yaxşı tanımağınızdan, məzmununuzun keyfiyyətinin nə qədər yüksək olmağından asılı olmayaraq, kontent marketinqində inkişaf üçün hər zaman yer var. Populyar olacağını düşündüyünüz yazılar dərc olunduqdan dərhal sonra heç gözləmədiyiniz şəkildə uğursuzluğa düçar ola bilər. Buna görə də səbəbləri araşdırmaq, nə baş verdiyini başa düşmək lazımdır.


Kontent marketinqi çox iş və maliyyə tələb edir. Müdirləriniz və ya müştərilərinizin verdiyi “Bu investisyadan nə qədər qazanc əldə edirik?” sualı ilə tez tez qarşılaşacaqsınız. İşin ən vacib tərəflərindən biri də müvəfəqiyyət və uğursuzluqlarınızı məzmun marketinqinin ümumi biznes hədəflərinizə çatmağınıza nə qədər kömək etdiyini ölçməkdir.

Nəyi analiz edirik?

Rəqəmlər özlüyündə heç nə ifadə etmir. Hər şey sizin hansı rəqəmlərə (metrics) önəm verdiyinizdən və necə şərh etdiyinizdən asılıdır.

Məsələn, marketinq menecerinizinin hesabat zamanı bunları dediyini düşünün:

“Bu il trafikdə 300 % artım olub. Oxucuların səhifədə keçirdiyi vaxt 2 dəqiqədən çox, bloqlara gələn reaksiya sayı isə 2 dəfə artıb” - mükəmməl səslənir, elə deyilmi?

Mükəmməl ola bilər. Amma o da ola bilər ki, bloq meneceri 30-a yaxın off-site görüş keçirib və komanda üzvlərinin 4-ü konfransı tərk edib. Daha sonra geri gələrək açıq olan səhifəni yenidən klikləyiblər. Beləliklə saytda keçirilən ortalama vaxt dəfələrlə artıb və ya yazarlarınız bloqlara gələn rəylərin hamısını cavablayıb və rekasiya sayının 2 dəfə artmasına səbəb olub.

Önəmli olan rəqəmlər deyil, sizin yanaşmanız və analizlərinizdir. Müştəriniz və ya müdirinizə rəqəmləri göstərərkən onların “Bunlar nə ifadə edir?”, “Bu göstəricilər niyə yaxşıdır?” kimi suallarına cavab verə biləcəyinizdən əmin olmaq lazımdır.

Necə ölçməliyik?

Əvvəlcə kiçik şeylərdən başlayın. Analitika auditlə eyni deyil və daim davan edən bir prosesdir.

Göstəricilərinizini (metrics) hədəflərə (goals) əsaslandırın. Məqalələriniz vasitəsi ilə nəyə çatmaq istədiyinizi və onları ölçmək üçün hansı metriklərdən istifadə etməli olduğunuzu müəyyənləşdirin. Mən Məzmun Marketinq İnstitutunun müntəzəm olaraq nəşr etdiyi marketinq mütəxəsislərinin illik fəaliyyətləri, meyarları, büdcələri və trendlər barəsində araşdırmalarını oxumağınızı məsləhət görərdim. Bu məqalələrdə onların məzmun marketinqi üçün qoyduqları hədəfləri də tapa bilərsiniz. 5 ən əsas hədəflər aşağıdakılardır:

1. Marka məlumatlılığı (brand awareness). Potensial müştəriləriniz varlığınızı bilmirlərsə, markanızı seçə bilməzlər. Məhsullarınızı yeni auditoriyaya tanıtsanız, həmin insanlar satdığınız şeyə ehtiyac duyduqları halda sizin markanızı xatırlayacaqlar.

2. Reaksiya (engagament). Potensial müştərilərinizin paylaşımlarınıza rekasiya vermələri varlığınızdan xəbərdar olmaqlarından daha yaxşıdır. Bu sizə müştərilərinizlə emosional bağ qurmağa imkan yaradacaq.

3. Müştəriləri saxlama (retention) və müştəri sədaqətliliyi (loyalty). Kontentləriniz müştəriləri əldə tutmaq üçün ən yaxşı vasitələrdəndir.

4. Müştəri qazanma (lead generation). Yeni məqalələrinizlə bağlı bildirişlər almaq üçün oxucularınızdan e-mail ünvanlarını soruşaraq potensial müştərilər qazana bilərsiniz.

5. Satış. İnsanlara nə təklif etdiyinizi və hansı faydalar təmin etdiyinizi çatdırmaq satışlarınızın artmasına səbəb ola bilər.

Əsas göstəricilər (metrics)

İndi isə məzmun marketinq mütəxəssisləri tərəfindən tez-tez istifadə edilən metriklərə baxaq.

Trafik göstəriciləri

Hər hansısa məzmun marketinqi kampaniyasının əsas hədəflərindən biri insanları veb saytınıza gətirməkdir. Bu səbəbdən trafikin ölçülməsi müvəffəqiyyətinizi analiz etməyin ən əsas meyarlarındandır.

“Google Analytics”in düzgün quraşdırıldığından əmin olun

Saytınızın trafikini ölçmədən əvvəl “Google Analytics”i (və ya istifadə etdiyiniz hər hansı bir analitik platformanı) düzgün qurduğunuzdan əmin olmalısınız. “Google Analytics”i öyrənmək nisbətən asandır və pulsuz bir vasitə üçün böyük funksiyanallıqlar təklif edir.

Səhifədə keçirilən vaxt

Səhifədə keçirilən vaxt çox hallarda yalnış şərh edilsə də, ən dəyərli metrikalardan biridi. Oxucularınızın məzmununuzu hansı dərəcədə bəyəndiyini təxmin etməyə kömək edir. Əgər bir-birinə çox bənzəyən iki məqalənizin birində oxucularınız digərindən 1 dəqiqə daha çox vaxt keçiribsə, demək ki, ikinci məqalədə müəyyən problemlər var.

Saytdan çıxma dərəcəsi (bounce rate)

Bounce rate səhifənizə daxil olan istifadəçinizin heç bir fəaliyyət göstərmədən saytınızı tərk etməsini ölçür. Bu göstərici çox zaman saytınızın istifadəçilərin istəklərinə və ehtiyaclarına cavab verib vermədiyini görmək üçün istifadə olunur. “Bounce rate”in çox yüksək olması neqativ bir göstərici hesab oluna bilər, lakin tam əksinə də ola bilər. Ola bilsin ki, istifadəçiləriniz saytınıza daxil olan kimi istədiklərini tapsınlar və məmnun şəkildə tərk etsinlər. Bu kontekstdən və saytınızın konsepsiyasından asılı olaraq dəyişə bilər.

Bounce rate problemini aradan qaldırmaq üçün tənzimləmələrdən istifadə edərək vaxt intervalını dəyişə və saytınızın konsepsiyasına uyğunlaşdıra bilərsiniz. Əgər səhifənizi tez tərk edən istifadəçilər axtarış nəticələrindən (SERP) keçid ediblərsə, Googe saytınızın faydalı olmadığını düşünür və bu cür “bounce rate”lər “pogo-sticking” adlanır.

 

Aktivlik (engagament) göstəricisi

Oxucular saytınıza daxil olduqdan sonra ən önəmli olan onların aktiv olmaları, məzmununuzu bəyənmələri, şərh yazmaları və ya paylaşmalarıdır. Aktiv istifadəçilər saytınıza yeni oxucular qazandıraraq trafikinizi də artıracaqlar.

Sosial medianın saytınıza inteqrasiyası bunu asanlaşdıra bilər. Ancaq oxucularınızın saytı tərk etmədən də aktivlik göstərə biləcəkləri funksionallıqları saytınızda quraşdıra bilərsiniz.

  • Səslər / Alqışlar. Müntəzəm olaraq məzmunlar dərc edən bir çox saytlarda "səs vermə" üsulları var. Bu “bəyənmə (thumbs up)” və ya "səs ver (upvote)” şəklində ola bilər.
  • Rəylər. Şərh bölməsində gedən müzakirələr müştərilərinizlə əlaqələr qurmaq baxımından çox dəyərlidir. Lakin spam və təhqir edici ifadələrdən təmizlədiyinizə əmin olun. Əgər WordPress istifadə edirsinizsə, rəy bölməsi qurmaq çox asandır. Digər platformalardan istifadə edirsinizsə, Disqus və ya “Facebook”dan istifadə edərək şərh bölməsi əlavə edə bilərsiniz. Şərh bölməsi əlavə etdikdən sonrakı mərhələ aktivliyi doğru şəkildə ölçməkdir. Bloq müəllifinin rəylərini və ya eyni istifadəçi tərəfindən yazılan rəyləri ümumi saydan çıxaraq daha dəqiq nəticə ala bilərsiniz. 
  • Linklər. Baxmayaraq ki, spam linklərlə bağlı problemlər hələ də qalır Google keçid linklərini önəmli faktor kimi qiymətləndirməkdə davam edir. SEO-nun önəmini nəzərə alaraq, keçid linklərinizi izləməyə dəyər. Yeni məzmunlarınıza gələn linkləri Fresh Web Explorer vasitəsi ilə izləyə bilərsiniz. Köhnə kontentlər üçün isə Open Site Explorer tövsiyə edərdim.

Sosial Media göstəriciləri

Sosial media istifadəsinin nə qədər geniş olduğunu izah etməyə ehtiyac yoxdur. Markanız üçün sosial media hesabı yaradaraq performansınızı analiz etməyə dəyər. Sosial media analizləri üçün BuzzSumo əla bir vasitədir.

Xüsusi metrikaların qurulması (custom metrics)

Yuxarıda qeyd etdiyim göstəricilər ümumi analizlər üçün işinizə yarasa da, dərin bir tədqiqat üçün yetərli olmayacaq. Standard metrikaları bir-birilə birləşdirərək, daha yaradıcı yanaşaraq məzmun marketinqinizin müvəffəqiyyətini ölçən dəqiq göstəricilər əldə edə bilərsiniz.

Ortalama oxu dərinliyi 

(söz sayı / 300) / (səhifədə keçirilən vaxt)

Orta yaşlı bir adam dəqiqədə 300 söz oxuyur. Məzmunu oxumaq üçün orta yaşlı birinin nə qədər vaxt sərf edəcəyini məzmundakı söz sayını götürərək 300-ə bölməklə hesablayırıq. İnsanların səhifədə keçirdikləri vaxtın miqdarını bu səhifəni oxumaq üçün lazım olan vaxta bölərək isə oxuma dərinliyini müəyyənləşdirə bilərik.

 

 Maraq

(Ən azı iki bloq URL--nizin daxil olduğu istifadəçi keçidləri) / (Ən azı bir bloq URL-nizin daxil olduğu istifadəçi keçidləri)

Bu göstərici məqalələrinizin oxucularınızda daha çox yazılar oxumaq üçün maraq yaradıb yaratmadığını ölçür. Əksər analitik platformalar istifadəçilərin hansı səhifələrə keçid etdiyini göstərir. Bu sayı bloqlarınızı oxuyan istifadəçi sayına bölərək onların neçə faizinin birdən çox məzmun oxumaqda maraqlı olduğunu tapmaq mümkündür.

Bəyənmə, paylaşım və şərh yazma

Sosial mediada yazılarınıza gələn reaksiyanı bu 3 formada qruplaşdırmaq olar:

  • Bəyənmə: Facebook bəyənmələri + Twitter bəyənmələri + (Google+1lər)+ və sairə.
  • Paylaşım: Facebook paylaşımları + Twittlər + GooglePlus paylaşımları + və sairə.
  • Rəylər: Facebook rəyləri + Twitter rəyləri + GooglePlus rəyləri + və sairə.

Geri dönüşüm dərəcəsi, İnvestisiyadan gələn gəlirlər (ROİ)

Metriklər vasitəsi ilə hədəflərinizə çatıb çatmadığınızı ölçməyin yollarından bəhs etdim. Əksər marketoloqları narahat edən və cavablanması mühüm olan digər suallar isə aşağıdakılardır.

"Məqsədim məzmundan istifadə edərək yeni müştərilər cəlb etməkdir. Bəs bu müştərilərin məzmundan gəldiyini necə ölçmək olar?"

"Müdirim məzmun marketinqinin şirkətə nə qədər dəyər qatdığına şübhə ilə yanaşır. Məzmun marketinqi üçün ayrılan investisiyanın nə qədər gəlir gətirdiyini necə ölçə bilərəm?"

Dönüşümlərin (conversion) və ROI-nin ölçülməsi elə də asan deyil. Niyə? Standart marketinq qıfını təsəvvür edin. Əksər məzmun marketinq səyləri birbaşa geri dönüşüm qazandırmadığı halda belə daha əvvəl şirkətiniz barədə eşitməyən auditoriyaları cəlb emək işinə yarayır. Dönüşümlərin məzmun marketinqindən gəlib gəlmədiyini bilmək üçün potensial müştərilərinizin qıf boyunca fəaliyyətini izləmək lazımdır.

Oxucularınızın əksər qismi qıfın yuxarı hissəsində aylarla qalacaq. Eyni zamanda 10 sadiq müştərinin 1 dəfə alış-veriş edən 100 müştəridən daha dəyərli olduğunu nəzərə alsaq, rəqəmlər heç də həmişə dəqiq nəticə vermir.

Ancaq bu onların heç bir əhəmiyyəti olmadığı anlamına gəlmir. Yaxşı bir təxminimizin olması yetərlidir. Google Analytics təxminlər irəli sürmək üçün bir neçə yol təklif edir. GA-nın "Conversion" bölümünə girsəniz, "Multi-Channel Funnels" altında "Model Comparison Tool" adlı bir bölmə tapa bilərsiniz. Bu, geri dönüşümlər haqqında təxminlər irəli sürməyinizə kömək edəcək.

 

 

Hesabat

Müştərilər və ya müdirlərinizə məzmun marketinqinizin nə dərəcədə müvəffəqiyyətli olduğunu göstərmək üçün hesabatlar verməyə ehtiyac duyacaqsınız. Bunu necə etməliyik:

Addım 1. Hesabatı kimin üçün hazırladığınızı bilin.

CEO, CMO, marketinq direktorları və marketinq menecerləri hamısı fərqli hesabatlara fərqli reaksiyalar verə bilər. Bir hesabatı necə tərtib edəcəyinizi düşünərkən empatiya qurun və xüsusi olaraq həmin şəxs üçün hazırlayın. Onların əsas iş hədəfləri nədir və sizin işiniz onların bu hədəflərə çatmasına necə kömək edə bilər?

Addım 2: Onlardan nəyə əhəmiyyət verdiklərini və hansı növ məlumatları görmək istədiklərini soruşun.

Onlardan görmək istədiklərinin siyahısını əldə etdikdən sonra bu dataları Google Analytics vasitəsi ilə toplaya biləcəyinizdən əmin olun. Hesabatdan bir gün öncə metrikalar quraraq yetərli qədər data əldə edə bilməzsiniz. Buna görə müdirinizin hesabatda hansı məlumatları görmək istədiyini çox öncədən öyrənməyə çalışın.

Addım 3: Panellər qurun.

Hesabatlarınız üçün “Google Analytics”də xüsusi bir panel və ya “Excel”də cədvəllər qura bilərsiniz. Fərqli auditoriya üçün çoxsaylı panellər yaratmaq istənilən sorğuya uyğun məlumatları tez bir zamanda ixrac etməyə imkan verir.

Bu günə qədər eşitdiklərinizi unudun J

Yoxlamadan, standartlardan kənara çıxmadan, risklər etmədən nəyin doğru olub olmadığını bilməyəcək və bəlkə də çox böyük şansları, gəlirləri qaçıracaqsınız. Yeni şeylər təcrübədən keçirərkən bəzən uğursuzluğa uğramaq kifayət qədər normaldır.

İan Lurie tərəfindən irəli sürülmüş konsepsiyaya baxaq:

Məzmununuzun 70 %-i ümumi, SEO-nu dəstəkləyən, məzmun marketinqinin əsas standartlarına cavab verən olmalıdır.

20 %-i ilk 70 %-ə bənzəsə də, müəyyən dərəcədə fərqlənə, yeni auditoriyaya yönələn məzmunları əhatə edə bilər.

Qalan 10 %-i ilə isə risk edə bilərsiniz J. Yaradıcı, yenilikçi olmağa çalışın. Əgər işləsə 20 və ya 70 %-in bir parçasına çevrilə bilər. Çox zaman uğursuluqla nəticələnsə belə bunu mütləq etməli olduğunuzu unutmayın.

 

Bölüm 9

Təkrarlama, Baxım və Böyümə

 

Bütün mərhələləri keçib məqalənizi dərc etdikdən sonra işiniz bitirmi? Əlbəttəki, yox 

 

Məzmunuzun uğurlu olması üçün diqqət etməli olduğumuz 3 şey daha var. Məzmunun yenidən təqdimatı, evergreen kontentlər, sosial dinləmə və bunların nəticəsində bazarda mövqeyinizi genişləndirmək və gücləndirmək.

 

Məzmunun yenidən təqdimatı

 

Məzmunu yenidən hazırlamaqla eyni ideyanı müxtəlif formalarda, müxtəlif kanallarla, müxtəlif auditoriyalara çatdırmaq mümkündür. Mükəmməl məzmun ideyalarınız varsa, bu yoldan istifadə edə bilərsiniz. Ancaq bu eyni məzmunu kopyalayaraq LinkedIn, Pinterest kimi platformlarda paylaşmaq demək deyil, çünkü bu oxucularınız üçün əlavə dəyər yaratmır. Bu səbəbdən aşağıda qeyd olunanları nəzərə alaraq öncədən planlamaq və faydalı məzmun yaratmaq daha əlverişlidir.

 

  • Deyək ki, yaxşı bir təqdimata çevrilə biləcək araşdırma məqaləniz var. İlk öncə qrafik və illustrasiyalardan istifadə edərək məqaləni yazın, daha sonra isə ən önəmli hissələrindən ibarət təqdimat yaradıb keçid linki verərək “Slide Share”də paylaşın.
  • Bloqunuz üçün çox maraqlı infoqrafiya yaratmısınızsa, dizayn mərhələsində Facebook və Tvittterdə paylaşa biləcəyiniz versiyalarını da qurun.
  • Əvvəlki müştərilərinizlə əməkdaşlıq etdiyiniz zaman interaktiv məzmunlar yaratmısıznızsa, bunu bloq şəklinə salıb dərc edərək potensial müştərilərinizə sizinlə işləməyin üstünlüklərini göstərə bilərsiniz.

 

İmkanlar sonsuzdur və bir məzmun ideyası çoxsaylı şəkildə təqdim oluna bilər. İdeyalarınıza yenidən qayıdıb baxmaqdansa, beyin fırtınası sessiyaları zamanı “Bu ideyanı bir neçə formada təqdim etmək mümkündürmü?” sualını verərək işinizi asanlaşdırmağınızı tövsiyə edərdim.

 

Evergreen məzmunlar

 

Zaman keçsə də, köhnəlməyən məqalələrinizin olması çox böyük uğurdur. Bu bəzən planlı, bəzən də plansız şəkildə baş verə bilər.

Evergreen kontentlərin belə vaxtaşırı yenilənməyə ehtiyacı var. Google Trends vasitəsi ilə istifadə etdiyiniz açar sözün hələ də trend olub olmadığını yoxlaya və yeniləri ilə əvəzləyə bilərsiniz.

 

Sosial Dinləmə (Social Listening)

 

Məzmun və SMM komandalarınız bir-biri ilə mütəmadi əlaqədə deyillərsə, çox şey itirə bilərsiniz.

 

Sosial mediada məzmunlarınız ətrafında gedən müzakirələr məqalələrinizin keyfiyyətini artırmaq üçün yeni ideyalar verə, eləcə də məzmunlarınızdan sosial media paylaşımlarınızın mətni kim istifadə edə bilərsiniz. Sosial media və məzmun komandalarınız birlikdə işləmirlərsə, həftəlik vaxt təyin edərək birgə müzakirələr aparin. Lakin unutmayın ki, bütün trafikiniz sosial mediadan gəlmir və məzmunlarınızı təkcə sosial media trendlərinə əsaslanaraq qurmamalısınız. “Google”dan gələn oxucuları və SEO-nu mütləq nəzərə alın.

 

Məzmun marketinqinin miqyasını genişləndirmək

 

Artıq məzmun marketinqində sizə uyğun olan strategiyanı və ROI-ı necə ölçməyin yollarını bilirsiniz. İndi bunun miqyasını genişləndirmək vaxtıdır. Bu, həftəlik yazdığınız bloq sayını bir anda 5-dən 20-ə qaldırmaq demək deyil. Yeni yazarlar və ya frilanserlərlə əməkdaşlıq edərək fərqli məzmun növlərini yoxlayın. Uğurlu alınanların üzərində çalışın.

 

  • Məzmun marketinqini genişləndirmək sizə təkcə trafik qazandırmayacaq, həm də məzmunun keyfiyyətini getdikə artırmağınıza kömək olacaq.

 

  • Güclü idarəetmə. Marketinq səyləriniz genişləndikcə idarəetməni də gücləndirin. İstər yazar, istərsə də digər pozisiyalara gənc əməkdaşlar yerinə təcrübəli mütəxəssilər götürməyə üstünlük verin.

 

  • Əməkdaşlarınızdan birinə indiyə qədər yaratdığınız bütün məqalələrdəki linkləri və alt təqləri vaxtaşırı yoxlayıb yeniləməyi tapşırın.

 

Məzmun marketinqinizin miqyası genişləndikcə yeni çətinliklərlə qarşılaşa bilərsiniz. Amma bu bütöv prosesin əyləncəli bir parçasıdır.

 

Məzmun macəralarınızda uğurlar! 

Muzaffar Garakhanli

Другие статьи

77 лучших SEO-трюков — способы повысить свой рейтинг

77 лучших SEO-трюков — способы повысить свой рейтинг

"Relationships Between Search Entities" Təhlili

"Relationships Between Search Entities" Təhlili

"Context Structure": Komponentləri Və Diskurs İnteqrasiya İlə Təkmilləşdirilməsi

"Context Structure": Komponentləri Və Diskurs İnteqrasiya İlə Təkmilləşdirilməsi