Müştəri "Review"ları axtarış motoruna necə təsir edir?

Müştəri "Review"ları axtarış motoruna necə təsir edir?

Müştəri "Review"ları dedikdə, danışıq sistemi ilə istifadəçinin sual-cavab qarşılıqlı əlaqəsindən sonra verdiyi məlumatı qiymətləndirməsi nəzərdə tutulur.
 

Belə ki, əgər “Google”də “ən yaxşı kurs hansıdır?” sualını axtarsanız, braunzer kurslara aid əvvəlki istifadəçilərin sual-cavab rəylərini qiymətləndirir. Hər hansı bir kurs axtarışda ilk çıxırsa, ancaq həmin kursa mənfi rəylər çoxdursa, bu zaman “Google” alternativ olaraq sizə fərqli, əlaqələri və geri dönüşləri yaxşı olan kurs təqdim edəcək. 
 

Sistem cavabla bağlı rəyi müəyyən etməklə istifadəçinin sayta olan münasibətini ölçür. "Review"ları üçün olan şkalanı sayt söhbət bitdikdən sonra təqdim edir. Burada “bəyəndim”, “bəyənmədim”, “qənaət bəxşdir” və s. tipli ifadələr yer alır.
 

Müştəri "Review"ları veb-saytımıza qazandırdığı üstünlükləri belə qruplaşdıra bilərik:
 

  • Müştərilə ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi

 

Bu rəylər müştəri qazanmaqdan əlavə olaraq, həm də saytın sual-cavab qabiliyyətini təkmilləşdirməyə kömək edir. Sistem suallara verilən cavabları təkmilləşdirdikdə paralel olaraq istifadəçi təcrübəsini də yaxşılaşdırır.
 

Çünki istifadəçinin nələrdən narazı olduğunu dialoqa rəy zamanı bilmək və onu aradan qaldırmaq mümkündür. Bu proses müştərini saytda saxlamaq üçün əsas imkanlardan biridir.
 

  • İstifadəçi təcrübəsini gücləndirmək üçün təqib cavabının təmin edilməsi
     

İstifadəçi rəyi həll yolu ilə bağlı narazılığı göstərirsə, metod istifadəçi təcrübəsini gücləndirmək üçün təqib cavabını təmin edə bilər. Bu, istifadəçi ilə yarana biləcək anlaşılmazlıq halında daha yaxşı həll yolu tapmağa kömək edir.
 

Yəni, istifadəçi cavaba qarşı qeyri-müəyyən münasibət göstərdikdə, sistem istifadəçinin anlamasını təmin etmək üçün daha çox suallar və izah verə bilər. 
 

Müştəri "Review"ları harada tətbiq edilir?
 

"Review"lar şəbəkəyə qoşulmuş istifadəçi cihazı və serverləri əhatə edən mühitdə istifadə olunur. Gəlin onu parçalayaq:
 

1.Ətraf mühit komponentləri
 

Mühit istifadəçi cihazı və serverlərdən ibarətdir. Serverlərə "Review" hesab anbarı serveri, əks əlaqə təsnifatçısı serveri (geri dönüş hesab anbarı serveri ilə) və axtarış mühərriki serveri daxildir. 
 

2. İstifadəçi cihazı
 

Bu, mobil telefon, kompüter, planşet, noutbuk kimi baunzerə daxil olmaq üçün internetə qoşula biləcəyimiz hər hansısa bir cihaz ola bilər. İstifadəçinin saytla söhbəti adətən yazı vasitəsilə olsa da, audio və kamera ilə də mümkün ola bilər.
 

"Review" serverin qarşılıqlı əlaqəsi
 

  • Sual-cavab cütlüyü hesab “repository” serveri
     

O, "Review" balları haqqında məlumatları özündə saxlayır. Bu ballar daha sonra konkret cavabın konkret suala nə dərəcədə uyğun olduğunu qiymətləndirməyimizə kömək edir. İstifadəçi serverlərə qoşulduqda ballarını tənzimləyir. O, həmçinin istifadəçi qoşulmadıqda xalları oflayn rejimdə dəyişə bilər.
 

Yəni, "Azərbaycanın paytaxtı haradır?" sualına server əvvəllər ən çox hansı cavab verilib, istifadəçi hansı cavabı qiymətləndiribsə, həmin yeri təqdim edəcək. “Bakı” düzgün cavab olduğu və düzgün olduğu üçün ən çox həmin cavab istifadə olunduğu üçün server sizə onu göstərəcək. 
 

  • Əlaqə təsnifat serveri


İstifadəçi daxiletməsini istifadəçiyə təqdim etməzdən əvvəl konkret cavabla bağlı rəy kimi təsnif edir. Buraya müxtəlif növ istifadəçi rəylərini necə şərh etmək barədə məlumatı saxlayan “Əlaqə Hesabı Repozitoriya Serveri” daxil ola bilər.
 

Qısacası, əgər istifadəçi “Bu cavab faydalı oldu” şərhini yazırsa, server bunu müsbət rəy kimi təsnif edir.
 

  • Axtarış motoru serveri


Server aldığı suallara əsasən, adətən istifadəçilərin əvvəllər sorğularına cavab olaraq verdiyi nəticələri təqdim edir.
 

Yəni istifadəçi “Mənə Bakı şəhəri haqqında məlumat ver” deyə soruşarsa, server müvafiq məlumatları tapmaq üçün öz axtarış sistemindən istifadə edir.

 

  •  Əlavə funksiyalar


Digər serverlər veb-saytın kontentini təmin etmək, ödənişləri idarə etmək, alış-verişi asanlaşdırmaq və sosial şəbəkə xidmətlərini idarə etmək kimi müxtəlif vəzifələri yerinə yetirirlər.

 

Məsələn, bu server xəbər məqalələri kimi veb-sayt üçün kontent təmin edə və ya onlayn alış-verişi aktivləşdirə bilməsi aiddir.
 

İstifadəçinin aşağı qiymətləndirməsi
 

Əgər sayımızda istifadəçi "Review"larından  hər 10 dənəsindən 1-i aşağı baldırsa, bu o qədər də narahatlıq yaratmayacaq. Çünki istifadəçilə anlaşılmazlıqlar ola bilər və hər bir halda narazılıq müəyyən olunub aradan qaldırılmalıdır.
 

Lakin hər 10 qiymətləndirmənin yarsından çoxu aşağı qiymətləndirmə alıbsa, bu saytı axtarış sıralamasında geri salmaqla bərabər, onun müştəri etibarını qazanmasını da çətinləşdirəcək. Bu səbəbdəndə "Review"lar  izlənilməli və istifadəçilərlə əlaqələr təkmilləşdirilməlidir.
 

Muzaffar Garakhanli

Digər yazılar

Taking SEO to the Next Level: Discovering DISAM for SERP Domination

Taking SEO to the Next Level: Discovering DISAM for SERP Domination

Beynəlxalq Bank (IBAR) Sosial Media Analizi (2021)

Beynəlxalq Bank (IBAR) Sosial Media Analizi (2021)

“Google Trends” İlə SEO Strategiyalarının Qurulması

“Google Trends” İlə SEO Strategiyalarının Qurulması