Sorğu Təsnifatının Axtarış Sistemindəki Üstünlükləri

Sorğu Təsnifatının Axtarış Sistemindəki Üstünlükləri

Axtarış sistemlərində “Query Classification" konsepsiyası, yəni "Sorğu Təsnifatı" axtarış nəticələrinin keyfiyyətinə təsir edən mühüm aspektdir. Bu, istifadəçinin sorğusu əsasında ən uyğun və qənaətbəxş məlumatın müəyyən edilməsini nəzərdə tutur. İstifadəçinin axtardığı söz bir neçə məna və ya assosiasiyaya malik olduqda onun axtardığı sözlə bağlı məlumatları tapması çətinləşir. Belə hallarda bu patent istifadəçi datasından istifadə etməklə prosesi asanlaşdırır.

 

Bəs bu təsnifat necə qurulub və məlumatların toplanıb, lazım olduqda istifadəsi hansı hansı prosesləri əhatə edir? Gəlin onlardan danışaq.

 

Veb-sayta əsasən sorğunun təsnifatı

 

Tutaq ki, biz axtarış sisteminə "yaquar" yazıb axtarırıq. Bu zaman axtarış motoru bu sorğunu potensial mənaları əsasında təsnif etməlidir, “yaquar” sözünün də iki mənası olduğu üçün təsnifat belə olur:

 

1.Heyvan kateqoriyası

Bu zaman heyvan "yaquar" haqqında məlumat təqdim olunur. Bura onun yaşadığı yer, gündəlik fəaliyyətindən tutmuş davranış xüsusiyyətlərinə qədər hər şeyi daxildir.  

 

2.Avtomobil markası

Eyni zamanda sistem avtomobil markası "Jaguar" haqqında təfərrüatları axtarır, onun ən son modellərini, istifadəçi rəylərini və xüsusiyyətlərini araşdırmaq araşdırıq təqdim edir.

 

Yəni bir söz müxtəlif mənalarda olsa belə, axtarılanın təqdim olunması üçün sorğunun bütün mənaları təsnif edilir. 

 

Veb skaner ilə məlumatların toplanması

 

Axtarış motorları internetdəki səhifələrdən məlumat toplamaq üçün veb skanerlərdən istifadə edir. Buraya səhifə başlıqlarından, alternativ mətndən və fayl adlarından məzmun çıxarmaq daxildir. Bu məlumatlar daha sonra istifadəçi sorğuları zamanı səmərəli axtarış üçün indeksləşdirilir. 

 

Daha sonra istifadəçi sual verdikdə, axtarış sistemi kitabxana rolunu oynayaraq ən uyğun səhifələri tez tapmaq və təqdim etmək üçün bu indeksdən istifadə edir. Məsələn, "ən yaxşı telefonlar" axtarışı edən istifadəçinin məlumatlarından istifadə olunaraq, onun bu axtarışı hər verdikdə ən çox daxil olduğu sayt birinci görünür.

 

Sorğu təsnifatı üçün istifadəçi davranışı məlumatı

 

Axtarış motorları sorğu təsnifatını artırmaq üçün istifadəçi davranışı məlumatlarını təhlil edir. Bu, istifadəçinin axtarış nəticələri ilə qarşılıqlı əlaqəsini, məsələn, səhifəyə sərf olunan vaxt (uzun kliklər və qısa kliklər) və hətta hər hansısa məhsul alacaqsa saytdan, həmin məhsulu alanadək məhsul olan saytda olma məlumatları kimi amillərin izlənilməsini əhatə edir.

 

Nəticə statistikasının keyfiyyəti

 

Mətn istifadəçilərin axtarış nəticələrindən nə dərəcədə razı qaldıqlarını ölçmək üçün “Nəticələrin Keyfiyyəti Statistikası”ndan istifadəni də təqdim edir. Burada istifadəçilərin səhifədə daha çox vaxt keçirdiyi uzun kliklər uyğunluğu, qısa kliklər isə uyğunsuzluğu göstərir. Habelə saytda istifadəçi hərəkətlərinin izlənilməsi və satınalma qərarı məlumatları da istifadəçi məmnunluğunun təyin edilməsinə kömək edir.

 

İstifadəçilərə qərar vermə imkanı

 

Bu patentin istifadəçilərin axtarış nəticələrinə təsir etməsinə icazə verməsi mühərrikin istifadəçi seçimlərinə uyğun olmasını təmin edir. Əgər istifadəçilər ardıcıl olaraq axtarışlarında konkret obyektləri seçirlərsə, axtarış sistemi öz nəticələrində həmin obyektlərə üstünlük verir.

 

Yəni, “qələm” axtaran biri axtarışlarında tez-tez göz qələminə aid saytlardan istifadə edibsə, axtarış motoru istifadəçi yenidən “qələm” sözünü axtaranda bu cür nəticələri digərlərindən daha çox təqdim edəcək.

 

Semantik Veb yanaşması

 

“Google”, bu patentə “Semantik Veb” yanaşmasını tətbiq edir və eyni sözləri istifadə edən, lakin fərqli niyyəti olan axtarışları izləmək üçün hazır datadan istifadə edir. Bu, yalnız istifadə olunan sözləri deyil, həm də axtarış nəticələrində göstərilən səhifələrə axtarış edənlərin reaksiyalarını başa düşməyi əhatə edir.

 

Belə ki, istifadəçi “maşın” sözünü axtarış etdikdə, fərqli istifadəçilərin fərqli niyyətlərinin ola biləcəyini başa düşür. Yəni kimsə maşın almaq, başqa biri isə maşın təmirilə maraqlana bilər. Bu səbəbdən də sistem “maşın” sözü olan bütün kateqoriyaları təqdim etmək üçün sıralayır. Bu zaman istifadəçi hansına daha çox maraq göstərsə, sonrakı axtarışda, yaxud da səhifə yeniləndikdə o daha çox göstərilir.

 

Axtarış nəticələrinin fərdiləşdirilməsi

 

Sorğunun təsnifatı “Google”a axtarış nəticələrini fərdi istifadəçilər üçün uyğunlaşdırmağa kömək edir. Müəyyən bir axtarışdan sonra istifadəçilərin adətən nəyi seçdiyini başa düşmək "Google"un daha uyğun məzmun təqdim etmək qabiliyyətini yaxşılaşdırır.

 

Qısacası, bu patent istifadəçi təcrübəsinin təkmilləşdirilməsi, axtarış nəticələrinin fərdiləşdirilməsi və keçmiş axtarış fəaliyyətləri əsasında istifadəçi davranışının proqnozlaşdırılmasında sorğuların təsnifatının vacibliyini vurğulayır. Onun nəticəsində istifadəçilərə lazım olan saytlar təqdim olunur və saytlar onların maraqlı olduğu istifadəçilərin qarşısına çıxdıqları üçün trafikləri də artır.

Muzaffar Garakhanli

Digər yazılar

“Frame Semantics”in Əlaqədə Olduğu Dil Modelləri. SEO-ya Təsiri

“Frame Semantics”in Əlaqədə Olduğu Dil Modelləri. SEO-ya Təsiri

Code Academy Sosial Media Analizi (2020)

Code Academy Sosial Media Analizi (2020)

“Main Entities and Attributes” Tətbiqi Və Doğruluğunun Yoxlanılması

“Main Entities and Attributes” Tətbiqi Və Doğruluğunun Yoxlanılması