ПРАКТИЧЕСКИЙ УРОК КОНТЕНТ-МАРКЕТИНГА ДЛЯ НАЧИНАЮЩИХ (2021)

ПРАКТИЧЕСКИЙ УРОК КОНТЕНТ-МАРКЕТИНГА ДЛЯ НАЧИНАЮЩИХ (2021)

Kontent marketinqə yeni başlayanlar üçün dərslik

“Kontent hər şeydir!” və ya “Kontent kraldır!” ifadələrini yəqin ki, çox eşitmisiniz. Elə mən də çox zaman bu ifadəni işlədirəm. Çünki kontent, yaxşı kontent həqiqətən də hər şeydir.

İstər yeni başlayan, istərsə illərdir bu sahədə olan və daim öyrənməyə meyilli mütəxəssis olun, istərsə də hər hansısa marketinq komandasının bir üzvü olub sadəcə bəzi məlumatları gözdən keçirmək üçün bu yazıya baxın. Fərq etməz, bu yazı hər biriniz üçündür.

kontent marketinq dərsi

Başladıq!

 

Bölüm 1.

Məzmun marketinq mövcud biznesim üçün faydalı olacaqmı?

 

Detallardan bəhs etmədən öncə kontent marketinq haqqında məlumat vermək istərdim.

Kontent marketinq nədir?

“Kontent kraldır!”, “Kontent hər şeydir!” kimi iddialı fikirlər rəqəmsal marketinq sahəsində çalışanlar arasında səs-küyə səbəb olur. Bu fikrin nə qədər gerçək olması ilə bağlı bir çox müzakirələr aparılır. Lakin məsələ məzmunun sosial media və SEO kimi digər marketinq sahələrindən bir qədər fərqli olmasıdır. Çünki bunların varlığı da məzmuna görədir. Yəni məzmun orda da öz sözünü demiş olur.

Gəlin, belə düşünək:            

Birincisi, məzmun olmasa, SEO mütəxəssislərinin axtarış motorları üçün optimallaşdıracaq bir nələrisə olmazdı. Yazılara əlavə edilən metadatalar  Google və Facebook kimi robotların məzmunu oxuya bilmələri, kontentin nədən bəhs etdiyini anlamarına kömək olur.

Rəqəmsal marketinq sahəsində çalışanların əldə etdikləri hər link hansısa məzmuna işarə edir və insanların axtarış motorlarına yazdıqları açar sözlər də məzmunu tapmağa xidmət edir.

E-məktub, tvit, saytların ana səhifəsi, məhsul barədə açıqlama – bunlar hamısı kontent nümunələridir. Bütün kontent nümunələri ilə bağlı ən yaxşı açıqlamalardan biri isə “Portent” şirkətinin təsisçisi Ian Lurie tərəfindən deyilmişdir:

“Məzmun daha da üst sıralarda yer almaq üçün yazdığımız yazılar və ya infoqrafikalar deyil. Məzmun hətta uzun-uzun yazdığımız məqalələr də deyil. Məzmun istifadəçiyə mesaj verən hər hansısa bir paylaşımdır”.

Məzmun marketinqin özülüdür. Bu sayədə cari və potensial müştərilərlə danışır, onlarla ünsiyyət qururuq. Şəklindən, formasından asılı olmayaraq bizi izləyənlərə dediklərimiz, bizi izləyənlərlə bölüşdüklərimiz məzmundur.

O zaman məzmun marketinqi nədir? Sualın cavabı olduqca sadədir.

Məzmun vasitəsilə şirkət və ya təşkilatın marketinq hədəfinə çatması üçün məzmun marketinqindən istifadə edilir. Marketinq hədəfiniz isə fərqli ola bilər -  cari müştərilərin saxlanılması, potensial müştərilərin əldə edilməsi, daha çox insanın markanızdan və ya məhsullarınızdan xəbərdar edilməsi və sair.

 

Bu yazının digər hissəsində qeyd edilən marketinq hədəflərinin uğulu icrası ilə bağlı üsullardan bəhs edəcəm.

 

Məzmun marketinqi işinizə necə faydalı ola bilər?

Bəzi şirkətlərin məzmun marketinqinə vəsait ayırmaqda tərəddüd etməsinin səbəblərindən biri məhz məzmun marketinqinin faydalarından xəbərsiz olmalarıdır.İnsanları təqdim edilən məhsul və ya xidmət barədə daha müsbət düşünməyə sövq etmək əlbəttə ki, çox yaxşı səslənir. Lakin nəticələr bütünlüklə qeyri-müəyyən olur. Belə olan halda məzmun marketinqinin faydaları barədə düşünmək sizə kömək edə bilər.

Məzmun yaratmaq auditoriyanıza, hədəf kütlənizə danışması üçün şərait yaradır. Sizin haqqınızda danışarkən məhsul və ya xidmətlə bağlı bir-birilərinə məlumatlar verir, tövsiyə edir və ya birbaşa hər hansısa linki paylaşırlar.

Markanız haqda belə fikirlərin formalaşması marketinq sahəsində qızıl qədər dəyərlidir.

 

Mövcud sahədə hörmət və ehtiram

“Son smartfonları ilə bağlı həqiqətən şübhəli idim. Lakin “X” adlı saytın onlar haqda yazması həqiqətən mükəmməl xarakterstikaya sahib smartfon olduğuna işarədir. Mütləq o məhsulu test edəcəm!”

 

Hədəf kütlənizin hörmətini, sizə, markanıza olan rəğbətini qazanmaq zaman tələb edir. Çünki burada ilk olaraq onlar sizə inanmalı, güvənməlidirlər. Əgər siz hədəf kütlənizə, mövcud auditoriyaya özünüzü isbat etsəniz – biliklərinizi (xidmət və məhsula görə dəyişir), dürüstlüyünüzü onlara sübut etsəniz, o zaman digərləri fikir qarışıqlığına səbəb olanda, siz tam əksinə insanların cari və potensial müştərilərin qərar vermələrinə müsbət yöndə kömək etmiş olacaqsınız.

 

Komanda koordinasiyası

"Salam! Yenicə tamamladığım bu təqdimat yazısını sosial mediada daha çox kütləyə təqdim etməyimdə kömək edə bilərsiniz?”

 

"Düşünürəm ki, bu bizim ilk əməkdaşlığımız olacaq!"

 

Məzmun marketinqi bütün marketinq kampaniyalarında rast gəldiyimiz bir təməldir. Saytınızda unikal məzmun yayımlamaq üçün kontent marketinq mütəxəssisləri ilə, cəlbedici illustrasiyalar yaratmaq üçün UX dizaynerlər ilə, bu məzmunları yayımlamaq üçün mövcud platformanızı daha da yaxşı vəziyyətə gətirməsi üçün veb developerlərlə əməkdaşlıq etməyiniz hər zaman uğurlu addım hesab edilir. Həmçinin dostluq-əməkdaşlıq nəticəsində ərsəyə gələn faydalı, unikal və cəlbedici məzmunu sosial platformalarda da yayımlanması üçün hədəf kütlənizin yer aldığı qrup və səhifələrlə əməkdaşlıq edə bilərsiniz.

 

Bunlarla yanaşı daha da nəzərəçarpan nəticələr əldə edə biləcəyiniz və daha asan olan üsullar da var.

Yuxarıda qeyd olunanlar qeyri-maddi üsullardır. Lakin indi maddi olanlardan bəhs edəcəm.

 

Sayt trafiki

Sayt trafiki əyani və ən vacib olan nüanslardan biridir. Mükəmməl məzmun yaratmaq daha çox insanın saytınıza daxil olmasına səbəb olacaq. Bu isə şirkət, məhsul və ya xidmətlə bağlı daha çox insanın məlumatlanması və daha çox müştəri deməkdir.

 

Təkmilləşdirilmiş SEO

 

Məzmunun SEO üçün nə qədər əhəmiyyətli olmasından çox danışa bilərik. Yəni bu faydalar sayılmayacaq qədər çoxdur. Bir sözlə, mükəmməl məzmun sizin haqqınızda “Google”a müsbət siqnallar ötürür. Google məzmunu incələyir, saytınızla bağlı daha çox müsbət məlumatlar əldə edir. Nəticədə isə axtarış sıralamasında saytınız üst sıralarda görünməyə başlayır.

Təbii ki, axtarış sıralamalarında ilk səhifədə görünmək üçün yalnız mükəmməl məzmun kifayət etmir. Əlavə olaraq çoxlu faktorlar da var. Bu barədə SEO mövzuları ilə bağlı bloqlarımda danışmışam. Bu faktorlarla bağlı siyahı olduqca uzundur. Amma əsas bir sual yaranır:

Məzmun olmasa, axtarış motorları üçün nələr optimallaşdırılacaq?

 

Böyük büdcə və ya böyük bir komanda olmadan məzmun marketinqində uğurlu olmaq mümkündürmü?

 

Əlbəttə ki, mümkündür!

 

Əgər davamlı şəkildə böyük həcmli, daha çox resurs və insan əməyi tələb edən məzmunlar yayımlamaq imkanınız yoxdursa, o zaman qısa, amma olduqca faydalı məzmunlar yaradın. Hər zaman qeyd etmişəm, əsas məsələ məzmunun həcmi yox, nə qədər fayda verməsidir. Əgər qısa məzmun belə hədəf kütlənizə fayda verirsə, o zaman doğru yoldasınız.

 

Müştəri və ya hər hansısa müəssisənin rəhbər şəxsini məzmun marketinqin faydalı olduğuna necə inandırmaq olar?

Biz məzmunun kral olduğunu nə qədər çox desək ki, marketinq sahəsində çalışan bir çox əməkdaşlar bunu sübut etməkdə çətinlik çəkirlər. Çünki əksər insanların məzmun marketinqi olaraq düşündüyü məzmun növləri – bloq yazıları, hər hansısa təlimatlar və bu kimi məzmunlar marketinq strategiyasında kölgədə qalır.

Lakin yadda saxlamaq lazımdır ki, insanların sizi tapmasına kömək edən məzmundur. Bu yazıda marketinq strategiyasında məzmunun yeri ilə bağlı da bir neçə məlumatı sizinlə bölüşəcəm.

 

Başlıqda qeyd edilən sualın cavabını tapmağa davam edək.

Əgər qərarverən şəxs məzmun marketinqi ilə bağlı məlumatlı deyilsə, o zaman inandırmaq çətin olacaq. Amma mümkünsüz də deyil! J

Qarşınızdakı şəxsə məzmun marketinqin önəmini sübut etmək istəyirsinizsə, o zaman bu barədə - məzmun marketinqin faydalarından danışarkən onların diqqətini çəkməlisiniz. Yəni izahınız maksimum inandırıcı və bir o qədər də məlumatlandıcı olmalıdır.

 

Qərarverən şəxsin məzmun marketinqinə dair olan gözləntilərindən, nəticələrdən danışarkən səmimi olun.

  • Markanı formalaşdırırmı?
  • Sosial platformalardakı addımlarınıza təsir edirmi?
  • Auditoriyanız böyüyürmü?

Qeyd edilən sualların cavablarına doğru və səmimi cavab versəniz o zaman qarşınızdakı şəxsi də məzmun marketinqin faydalarına inandırmış olarsınız.

 

Həmçinin rəqiblərinizi analiz edib “Onlar da bunu edir” deyərək nəticələrini göstərə bilərsiniz. Lakin bu zaman önəmli olan məsələ rəqiblərin etdiyini etmək deyil. Önəmli olan qərarverən şəxsə məzmun marketinqinin nə qədər önəmli olduğunu isbatlayıb fərqli strategiya üzərindən işə başlamaqdır.

 

İndi isə əsas suala gələk: məzmun marketinqi biznesim üçün doğru qərardırmı?

Əlbəttə ki, bəli. Unutmayın ki, məzmun hər nə qədər bəsit görünsə də, daha çox müştəri əldə etməyinizə səbəb olan ən əsas amillərdəndir. Dolasıyıyla məzmun marketinqi də qazandıracaq marketinq qoludur. Ona görə də bu mövzu ilə bağlı daima araşdırmalar etmək, oxumaq və tətbiq edib nəticələri izləmək lazımdır.

 

Bölüm 2.

Məzmun strategiyası

 

Artıq məzmun marketinqi ilə bağlı işlər görməyə başlayırsınız. Amma ilk olaraq bilməlisiniz ki, başlamamışdan öncə dha yaxşı nəticə əldə etmək üçün məzmun strategiyası hazırlamalısınız. Bu bölümdə məzmun strategiyası ilə bağlı məlumatlar əldə edəcəksiniz.

 

Məzmun strategiyası ilə məzmun marketinqi arasındakı fərq nədir?

Bir çoxları məzmun strategiyası ilə və məzmun marketinqi ifadələrini bir-birinin əvəzinə istifadə edir. Lakin bu düzgün deyil. Çünki hər iki ifadə fərqli anlayışdır. Marketinqdən kənar hər hansısa məzmun üçün də strategiya qura bilərsiniz. Lakin biz burada məzmun strategiyası dedikdə məzmun marketinq strategiyasını nəzərdə tutmuş olacayıq.

 

  • Məzmun strategiyası: Daxili təlimatlar və idarəetmə
  • Məzmun marketinq strategiyası (ortaq olanlar): Plan, hədəflər, auditoriya araşdırması, səs və üslub, ideya, xarici idarəetmə
  • Məzmun marketinqi: məzmun təqvimi, hazırlamaq, kurasiya, təbliğ etmək və təkrarlamaq

Məzmun strategiyası planla - məzmununuzun necə və niyə yaradılacağı, idarə ediləcəyi, sonda isə arxivlənəcəyi və ya yenilənəcəyi ilə əlaqələndirilir.

 

Məzmun marketinqi xüsusi olaraq marketinq məqsədləri üçün yaradılan məzmunun yaradılması, yenilənməsi, redaktəsi və bu kimi addımlara əsaslanır.

Bu hər hansısa bloq yazısından birbaşa məhsullar olan səhifəyə link vermək ola bilər. İnsanlara yalnız axtardıqları məzmunu yox, həm də satış strategiyası vasitəsilə onlara kömək edən məzmunu vermək lazımdır.

Məsələn, bir məzmun strategisti əməkdaşlıq etdiləri şirkətlərdən biri ilə aralarında cüzi də olsa bir problemin, güvənsizliyin olduğunu araşdırıb tapır. Daha sonra məzmun marketinq mütəxəssisi isə həmin əməkdaşlıq edilən şirkətin icraçı direktoru ilə müsahibə hazırlayır, onlarla bağlı məzmun yaradır və nəticədə sarsılan güvən bərpa olunur.

 

Bununla yanaşı öz strategiyanızı yaratmaq üçün atmalı olduğunuz addımlara nəzər salaq.

 

Plan: Hara getdiyinizi bilin.

Məzmun marketinq strategiyanız "nə edirik?" və ya "niyə bunu təkrar edirik?" kimi suallara rəhbərlik edən bir işıqdır. Şirkətinizə, auditoriyanıza və şərtlərinizə spesifik olan bu sualları cavablandırmaq üçün bir çərçivə yarada biləcək strategiya istəyirsiniz.

Bununla yanaşı şirkətiniz, auditoriyanız və şərtləriniz kimi dəyişkən strategiya da istəyərsiniz.

Şirkətin yaxın 3-5 illik planını qurun və bu plana uyğun hədəfə çatmağınıza kömək edəcək məzmunlar hazırlayın. Strategiyanın təməli budur. Bundan sonra məzmun strategiyasını təyin etmək üzrə işlərə başlaya bilərsiniz.

 

Hədəf kütlənizi təyin edin/tanıyın

Strategiyanı inkişaf etdirmək üçün növbəti addım kimlə danışdığınızı (və kimlə danışmaq istədiyinizi) müəyyənləşdirməkdir. Məsələn:

 

  • Demoqrafik məlumat (yaş, cins, yer və s.)
  • İnterneti əsasən hansı yöndə istifadə edirlər? (Hansı sayta çox daxil olurlar?)
  • İnsanlarla əlaqə qurmaq üçün hansı platformanı istifadə edirlər?
  • Kimlərin fikri onlara təsir edir?

 

Məzmun strategiyanızı təyin etmək üçün hədəf kütlənizlə bağlı bu əsas məlumatları bilməniz kifayətdir.

 

Məzmun auditi

Strategiyanızı yaratmaq üçün çox vacib olan addımlardan biri məzmun auditidir. Məzmun auditi dedikdə daha öncədən hazırlanan məzmunu təkrar incələmək, onu yenidən yoxlamaq nəzərdə tutulur.

Burada bir məzmun auditinin əsas addımları ilə tanış olacaqsınız.

 

Addım 1: Mövcud məzmunu inventarlaşdırın

Auditə başlamaq üçün əvvəlcə məzmunun bir inventarını yaradın. Əgər saytınız kiçikdirsə, bunu əlavə vasitələr olmadan manual olaraq edə bilərsiniz. Lakin əksər zamanlarda Screaming Frog adlı platformasından istifadə edilir.

 

Addım 2: Kontentinizi formatın düzgün qurun və optimizasiya edin

Mövcud məzmununuzu aşağıdakı meyarlara uyğunlaşdıraraq inventarınızı genişləndirin:

 

Mövzu

Məzmunun mövzusu nədir? Maarifləndiricidir, yoxsa satılan məhsul və ya xidmət haqqında danışılır?

Məzmun marketinqinizi əhatə edən və kifayət qədər yaxşı izah edən kateqoriyaların siyahısını hazırlayın və hər bir hissəyə bir və ya iki kateqoriya ayırın.

 

Uzunluq

Məzmununuz hansı uzunluqdadır və hədəf kütləniz arasında paylaşılırmı?

Ouxucuların, hədəf kütlənin hansı uzunluqda məzmunu oxuduqlarını, baxdıqlarını təyin edib ona görə məzmun yaratmaq lazımdır.

 

Uyğunluq

Mövzu faktiki işinizlə birbaşa uzlaşır, yoxsa məhsullarınızdan bəhs edir? Hazırlanan məzmunun nə dərəcədə uyğun olduğunu təyin etmək üçün öncədən ölçü şablonu hazırlayın. Daha sonra isə həmin kriteriyalara uyğun olub-olmamasını yoxlayın.

 

Aktuallıq müddəti

Bəzi məzmunlar daim aktual olduqları kimi bəziləri isə yalnız müəyyən zaman aralığında insanların marağına səbəb olur. Bu səbəbdən doğru zamanda doğru məzmun hazırlamağa diqqət edin.

 

Özəllikləri

Burada paylaşılan məzmunun hansı özəllikdə, hansı növdə olması əsas götürülür. Məzmununuz sadəcə yazıdan ibarətdir, ya videolar da var? İllustrativ şəkillərdən ibarətdir, ya infoqrafik məlumatlar üstünlük təşkil edir? Başlıq etiketləri, meta təsvirlər və sair varmı?

 

Addım 3: Uğur ölçümləri əlavə edin

Bütün bunları müəyyənləşdirdikdən sonra hər yazı üçün uğur ölçümləri əlavə edə bilərsiniz. Bunlar ilk strategiyanızda təyin etdiyiniz hədəflərə əsasən dəyişə bilər, lakin aşağıdakılar yaxşı bir başlanğıc hesab edilir:

  • Trafik
  • Reaksiyaların analizi (saytda keçirilən vaxt, ziyarət edilən səhifələr və sair)
  • Sosial media paylaşımları

 

Addım 4: Boşluğun harada olduğunu analiz edin

Nəyin inkişafa ehtiyacı olduğunu görmək üçün axtarışlar edirsiniz. Boşluqları, ehtiyac olunanı axtarmağı unutmayın. Yəni bəzən ən çox ehtiyac duyduğunuz məzmun hələ olmayan məzmundur.

 

Məqsədlərin təyini

Planı müəyyənləşdirdikdən və cari məzmununuzun bu plana nə qədər uyğun olduğunu gördükdən sonrakı addım boşluqları yox etməkdir. Bu isə məzmununuz üçün bəzi məqsədlər təyin etməkdir.

Hədəflərinizi mənalı, ölçülə bilən və zamana bağlı şəkildə formalaşdırın.  Məsələn, pandemiya dövründə onlayn təlimlər olan platformanın axtarışlarını daha da uğurlu edə bilərsiniz, nəinki sinif formasında dərslər keçən kursun.

Dərsin 2-ci hisəssində məqsədlərin, hədəflərin təyini ilə bağlı maraqlı və faydalı yazılar var. Onları oxuyaraq məzmun marketinq strategiyanız üçün 3-4 məzmuna yönəlmiş hədəf yaratmağınızı məsləhət görürük.

 

Tərzinizi marka ilə uyğunlaşdırın

Məzmun marketinq strategiyası tərtib edərkən həm də markanın stilini, səs tonunu və kimi vizual kodekslərin təyin edilməsi düzgün olar.

Yazıların ölçüsü və növündən asılı olmayaraq hansı sözlərin daima böyüklə yazılmasını, hansı fontdan və hansı rəng tonlarından istifadə edilməsini və sair standartları müəyyənləşdirib yolunuza o qaydalarla davam edin. Bu həm də hədəf kütlənizin sizi hər zaman tanımasına səbəb olacaqdır.

 

Strategiyanı necə sənədləşdirmək olar?

Məzmun marketinq strategiyası əhatəli və eyni zamanda qısa olmalıdır. Çox güman ki, ehtimal olunan hadisələri əhatə etmək və strategiyanın əsasını izah etmək istəyirsiniz. Eyni zamanda da bütün bu məlumatlara sahib olmaq üçün işigörən şəxs bütün bir ayını sərf etməməlidir. Yəni təlimat, strategiya qısa və açıqlayıcı şəkildə hazırlanmalıdır.

Həmçinin strategiya yazmağa başlamaq üçün şablonlardan istifadə edə bilərsiniz.

 

Məzmun və Marketinq Qıfı (Funnel)

 

Ənənəvi Marketinq Qıfından (Traditional Marketing Funnel) xəbərdar deyilsinizsə, elə indi öyrənməyə dəyər. Utopik bir dünyada markanızı tanıyan hər kəs sizin məhsulunuzu alardı, lakin əfsuslar olsun ki, reallıqda bu o qədər də asan deyil.

 Qıfın (Marketing Funnel) ideyası potensial müştəri bazanızın sizin həqiqi müştərinizə çevrilənə qədər azalması tendensiyasına əsaslanır. Ən yuxarı hissədə markanızın varlığından xəbərdar olan geniş insan kütləsi var (bu adətən geri dönüşüm prosesinin ilkin mərhələsi hesab olunur). Lakin qıf boyunca məhsul və ya xidmətinizi həqiqətən də almaq istəyənlərin sayı getdikcə azalır və onların çox kiçik qismi ödəniş etmək qərarına gəlir. Bir marketoloq olaraq sizin məqsədiniz bu qıfı maksimum dərəcədə silindrik hala gətirərək geri dönüşümü artırmaq olmalıdır.

Məzmun marketinqi (Content marketing) ilə bağlı yanlış yanaşmalar mövcud olsa da, düzgün qurulmuş strategiya vasitəsi ilə bu qıfın istənilən mərhələsində olan müştərilərinizə öz marketinq mesajınızı çatdıra və qıfın dar boğazını genişləndirərək alıcı sayınızı artıra bilərsiniz. Məzmun dedikdə saytınızda olan bütün məqalə və şəkillər nəzərdə tutulur. Məzmun marketinqinin 4 əsas mərhələsi var:

 

  1. Kəşf Etmə (Discovery) Mərhələsi - Qıfın Üst Hissəsi

Məqsəd: Dolayı yolla müştərilərin cəlb edilməsi (indirect customer acquisition), marka məlumatlılığının (brand awareness) artırılması.

Taktika: Öyrədici və viral məzmun.

 

Məzmun marketinqinin ilkin mərhələsində potensial müştərilər arasında (ümumiyyətlə bazarda) markanız haqqında məlumatlılıq yaratmağa çalışırsınız. Məhsulunuza təlabatın olmadığını aşkar etdiyiniz halda bazara həll edilməli bir problemin olduğunu aşılamalısınız.

Bu mərhələdə məzmun marketinqi vasitəsi ilə hədəf auditoriyanızda markanıza qarşı maraq yaratmalısınız. İnsanların sadəcə olaraq markanızın adını eşitmələrinin yetərli olmadığını bilməlisiniz. Əsas olan onların bu adı xatırlamaları və sizi etibar etdikləri markaların sırasına əlavə etmələridir (bu mərhələdə etibar etdikləri sadəcə sizin məqaləniz olsa belə).

İnbound marketinqinin başlıca hissəsi hesab olunan kəşf etmə mərhələsində məqsəd potensial müştəriləri istehlakçıya çevirməkdir. Buna nail olmaq üçün özünüzdən yox, auditoriyanızın ehtiyac duyduğu və öyrənmək istədiyi məsələlərdən bəhs edən faydalı kontent yaratmalısınız. Belə məzmun ilə siz insanlarda markanıza qarşı hörmət və minnətdarləq hissi yaratmış olacaqsınız. Nəticədə təklif etdiyiniz məhsul və ya xidmətin yararlılığı barədə müsbət fikir formalaşdıraraq ikiqat uğur qazana bilərsiniz.

Kəşf mərhələsində işinizə yarayacaq məzmun növləri bunlardır:

  • Blog yazıları;
  • Vebinarlar;
  • Böyük məzmunlar (oyunlar, alətlər, uzun məzmunlu məqalələr, paralaks skrollerləri (paralax scrollers));
  • Ətraflı təlimatlar toplusu;
  • Videolar;
  • Elektron poçt bülletenləri.

 

Dəyərləndirmə (Consideration) Mərhələsi - Qıfın Orta Hissəsi

Məqsəd: Birbaşa müştəri cəlb edilməsi (direct customer acquisition).

Taktika: Müştərinin problemləri üçün həll yollarının təklifi.

 

Dəyərləndirmə mərhələsindəki bir istehlakçı sizin markanızı təklif etdiyiniz həll yolları (məhsul və ya xidmət) ilə əlaqələndirməyə başlayır. Bu potensial müştəriləriniz üçün məhsulunuzu qiymətləndirməyə kömək edəcək məzmun yaratmaq baxımından ən doğru zamandır. Dəyərləndirmə mərhələsində auditoriyanız ilə birbaşa əlaqə quraraq onların sizin məhsulunuzun faydalılığından xəbərdar olduğundan əmin olmalısınız. Onların sizə hələ də güvənməyə biləcəklərini nəzərə alaraq satışçı obrazından maksimum dərəcədə uzaq durmalısınız. Dəyərləndirmə mərhələsi müştərinizə sizi rəqiblərinizdən fərqləndirəcək xüsusiyyətlərinizi göstərməyiniz üçün ən yaxşı fürsətdir. Həmçinin məhsulunuzun istifadə hallarını nümayiş etdirmək effektiv ola bilər.

Bu mərhələdə insanlar nələr axtarır:

  • Praktiki araşdırmalar (case studies);
  • Məhsulunuzu nümayiş etdirən məzmunlar;
  • Demo videolar;
  • Məhsul təsvirləri və məlumat vərəqələri.

 

Dönüşüm (Conversion) Mərhələsi - Qıfın dibi 

 

Məqsəd: Müştərilərlə əməliyyatlar.

Taktika: Məhsul təsvirləri və dəyər təklifləri (value proposition).

 

Nəhayət! Hər şey hazırdır və ziyarətçiləriniz alıcınıza çevrilməyə başlayır. Qıfın ən dar hissəsi əməliyyat (və ya dönüşüm) nöqtəsidir. Bu nöqtədə qıfın içərisində qalan insanların təklif etdiklərinizlə maraqlandıqlarını bilirsiniz, sadəcə onları tətiyi çəkməyə dəyər olduğunuza inandırmağa çalışmalısınız. Markanızın üslubundan asılı olaraq sərt satış (hard sales) və ya yumşaq satış (soft sales) strategiyasından istifadə edə bilərsiniz. Alıcınıza çevrilməkdə olan bu insanları aşağıda sadalanan yollarla təəccübləndirə bilərsiniz:

  • Əvvəlki müştərilərinizdən aldığınız referanslar (customer testimonials);
  • Rəylər və şərhlər;
  • Sadələşdirilmiş, başa düşülən və etibarlı satış prosesi.

Dönüşüm mərhələsindəki məzmun daha sadədir. Yaratdığınız məzmun müştərilərinizə verdiyiniz unikal dəyəri, eləcə də sizin məhsullarınızın bir-biri və ya rəqib alternativləri ilə müqayisəsini əks etdirən materialları əhatə edə bilər. Qıfın dib hissəsindəki kontent məzmun marketinqinin satış materialıdır.

 

Müştəriləri Əldə Saxlama (Retention) - Qıfdan Sonrakı Mərhələ

 

Məqsəd: Mövcud müştərilərin saxlanılması və dəstəklənməsi.

Taktika: Kömək, dəstək və məhsulunuzdan istifadəyə keçid mərhələsi (onboarding)

 

Müştəriləri əldə etdikdən sonra məqsəd onları saxlamaqdır. Məzmun marketinqi yenə də prosesin bir hissəsidir. Bu nöqtədə siz bir dəfəlik alıcıları təkrar müştərinizə çevirməyə (və ya abunəlik modeli ilə işləyən şirkətlər üçün abunəçiliyin ləğv olunması əvəzinə davam etdirilməsini təmin etməyə) çalışırsınız.

Aşağıdakı formalarda yaradılan bütün məzmun növləri bu yolda sizə kömək edə bilər:

  • Müştəriyə göstərilən dəstək və köməyin sənədləşdirilməsi;
  • Xüsusi təkliflər;
  • E-poçtla məlumatlandırma və izləmə (follow ups);
  • Effektiv məhsul UX (user experience - istifadəçi təcrübəsi).

Gördüyünüz kimi hər mərhələ fərqli yanaşma tələb edir. Twitter və Facebook paylaşımlarınızı fərqli versiyalarda etdiyiniz kimi (auditoriya, mühitin mədəniyyəti və tələblərinə uyğun olaraq) düzgün məzmun marketinqini düzgün mərhələdə istifadə etdiyinizdən də əmin olun. Yaratdığınız məzmun qıfın hansı mərhələsində olmasından asılı olmayaraq kiminlə danışdığınızı, qarşınızdakı auditoriyanın nə eşitmək istədiyini və əslində nə eşitməli olduğunu analiz edin.

Muzaffar Garakhanli

Другие статьи

"Context Structure": Komponentləri Və Diskurs İnteqrasiya İlə Təkmilləşdirilməsi

"Context Structure": Komponentləri Və Diskurs İnteqrasiya İlə Təkmilləşdirilməsi

Taking SEO to the Next Level: Discovering DISAM for SERP Domination

Taking SEO to the Next Level: Discovering DISAM for SERP Domination

БЕСПЛАТНОЕ «Расширение 13 Chrome» для SEO-АНАЛИЗА

БЕСПЛАТНОЕ «Расширение 13 Chrome» для SEO-АНАЛИЗА