"Google" Veb-Saytı Kateqoriyalara Ayırarkən Nələri Nəzərə Alır?

"Google" Veb-Saytı Kateqoriyalara Ayırarkən Nələri Nəzərə Alır?

“Google”, axtarış nəticələrini istifadəçilərin maraqlarına uyğunlaşdırmaq və daha da əlverişli etmək üçün onları kateqoriyalara ayırır.

 

Ənənəvi formada, “Google”un axtarış motoru nəticələri səhifələrində (SERPs) əsas axtarış nəticəsinin altında göstərilən əlavə bağlantılar olan sayt bağlantıları var. Bu sayt keçidləri istifadəçi naviqasiyasını təkmilləşdirərək veb-sayt daxilində xüsusi səhifələrə sürətli çıxış təklif edir. Bununla belə, o, ənənəvi sistemi təmkilləşdirərək kateqoriyaları daha da zənginləşdirmək üçün xüsusi patent yaradıb. 

 

Belə ki, patent sayəsində siz konkret mövzu ilə bağlı məlumat axtardıqda, “Google” təkcə əsas sayt bağlantılarını göstərmir, həmçinin hər biri həmin veb-saytdakı məzmunla əlaqəli kateqoriyanı təmsil edən sayt bağlantılarının üstündə bir sıra nişanlar nümayiş etdirir. Bu innovativ yanaşma istifadəçilərin axtardıqları məlumatları daha dəqiq və qısa müddətdə tapmalarına səbəb olur.

 

Patentin əsas təsirləri

 

“Google”, həm AdSense reklamlarına, həm də axtarış motorlarının nəticələrinə (SERPs) birbaşa təsir edərək istifadəçilərin maraqlarına uyğun veb-saytları kateqoriyalara ayırır. 

 

Hər iki təsiri belə izah edə bilərik:

 

AdSense reklamları. “Google”un kateqoriyalara ayırma prosesi veb-sayta uyğun reklamların yerləşdirilməsinə imkan verir. Məsələn, səhiyyə sahəsinə aid saytda dərmanlar haqqında reklamların göstərilməsi istifadəçi təcrübəsini yaxşılaşdırır və reklamın effektivliyini artırır.

 

Axtarış motoru nəticələri (SERP). Kateqoriyalara ayırma, istifadəçilərə axtardıqları mövzulara daha uyğun olan nəticələri tapmağa imkan verir. Bu, axtarış nəticələrinin daha sürətli və daha dəqiq olmasına kömək edir.

 

Kateqoriyalaşma yanaşmaları

 

Patent ərizəsi “Google”un veb-saytları təsnif etmək üçün istifadə edə biləcəyi potensial üsullar haqqında məlumat təqdim edir. Sayt keçidlər və ya axtarış nəticələri kateqoriyaları üçün təsnifat prosesi açıq şəkildə paylaşılmasa da, bizə məlum olan və aşağıda qeyd etdiyim üsullardan istifadə edərək “Google” saytları təsnif edir:

 

  • Bütün terminlərin analizi

 

Veb səhifədəki hər termini potensial mövzu kimi təsəvvür edin. "Google" mövzu ilə əlaqəli həmin tərminləri tək-tək təhlil edir. Əgər termin müəyyən tezlik həddini keçərsə, o, əhəmiyyətli mövzu kimi tanınır. 

 

Belə ki, səhiyyə sahəsinə aid veb-saytda "reseptlər", "ən çox yayılmış viruslar" və "qripdən qorunmaq" kimi terminlər tez-tez işlənilibsə, onlar kateqoriya olaraq seçilir.

 

  • “Weighted Terms” 

 

Bütün terminlər eyni çəkiyə malik deyil. Bəzi terminlər səhifənin məzmunu ilə bir başa əlaqəli olduğu üçün onlar daha qiymətlidir. "Google" diqqəti cəlb edən bu ağırlıqlı terminlərə daha çox əhəmiyyət verir. 

 

Yəni, təhsil bloqunda "kitablar" sözü digər terminlərlə müqayisədə tez-tez görünürsə, bu, həmin səhifə üçün əsas kateqoriya sayıla bilər.

 

  • “Web Rarity Factor” 

 

İnternetdə çox az istifadə olunan, lakin konkret səhifədə tez-tez rast gəlinən terminlər dəyərli hesab olunur. 

 

Məsələn, "milli rəqslər" sözünü götürün. İnternetdə çox az istifadə olunan ifadə olsa da, Azərbaycandakı rəqslərlə bağlı veb-saytda bu söz çox işlənir və buna görə də "Google" onu əhəmiyyətli mövzu kimi tanıya bilər.

 

  • Səhifənin bağlantısı

 

Səhifəyə aparan lövbər mətni onun kateqoriyası haqqında dəyərli fikirlər təqdim edir.  Çoxsaylı keçidlər sayta işarə etmək üçün "Bakının maraqlı yerləri" kimi lövbər mətnindən istifadə edərsə, "Google" səhifənin Bakı haqqında olduğunu anlayır və onu kateqoriya olaraq seçir. 

 

  • Səhifənin başlığı

 

Səhifənin başlığı onun kateqoriyasına ən çox təsir edən amildir, deyə bilərik. Əgər səhifə "Azərbaycanın ən böyük şəhəri" adlanırsa, "Google" onu "Azərbaycan şəhərləri" kateqoriyası ilə əlaqələndirəcək.

 

  • Axtarış sorğusunun tarixçəsi

İstifadəçi axtarış sorğusunun tarixçəsinə əsasən ən çox axtarılan mövzular məyyən edilib kateqoriya olaraq seçir. Yəni, istifadəçi “maşın təmiri”, “maşın ustası” tipli axtarışlar edibsə, axtarışda ən çox işlənən “maşın” sözü seçiləcək. 

 

"Google"un kateqoriyalara ayırma prosesinin bu yanaşmaları çox vaxt təkbaşına deyil, bir-birini tamamlayaraq eyni anda istifadə olunur. 

 

Təbii ki, kateqoriyalarda yalnız bu yanaşmalar tətbiq olunmur. "Google" kimi axtarış motorları daha detallı və riyazi işarələrə fokuslanan alqoritmlərdən istifadə edərək saytları dərindən təhlil edir. Həmin üsullar açıq şəkildə paylaşılmasa da, yuxarıda qeyd etdiyim yanaşmaları etmək saytımızı istədiyimiz kateqoriyalara uyğunlaşdırmağımız üçün ən optimal üsuldur.

 

Muzaffar Garakhanli

Digər yazılar

"Inverted Index of the Web" Necə Çeşidləmə Edir?

"Inverted Index of the Web" Necə Çeşidləmə Edir?

Yeni Başlayanlar Üçün PRAKTİKİ KONTENT MARKETİNQ Dərsi(2021)

Yeni Başlayanlar Üçün PRAKTİKİ KONTENT MARKETİNQ Dərsi(2021)

"Related Search Activity": SEO Strategiyalarında Rolu

"Related Search Activity": SEO Strategiyalarında Rolu