Biznesinizi Koronavirusdan qorumanın 13 DİJİTAL YOLU

Biznesinizi Koronavirusdan qorumanın 13 DİJİTAL YOLU

Hazırkı vəziyyətdə ilk olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi təhlükəsizlik tədbirlərini görməlisiniz. Bir çox şirkət yayılmış virusdan özünü və işçilərini qorumaq üçün xüsusi siyasət yürüdür. Məsələn, bu günə qədər virusun yoluxma hallarının ən çox baş verdiyi ölkələrdən olan İtaliya ipoteka ödənişlərinin dayandırılması üçün banklarla razılaşma əldə edib.

Bəs şəxsi biznes sahibləri və ya kiçik müəssisələr bu problemlə başa çıxmaq üçün hansı yollardan istifadə etməlidir?

Bu vəziyyət panikaya düşmək üçün heç də doğru vaxt deyil. Marketinq və “SEO” xidməti verən bir çox şirkət müştərilərinin müqavilələrini dayandırıb bir sonraki xəbərdarlığa qədər marketinq işlərinin dayandırılmasının daha düzgün olduğunu düşünür. Halbuki hal-hazırkı vəziyyət bunun tam əksini tələb edir. İstər məhsul  satışı edin, istər kiçik bir restoran sahibi olun və ya e-ticarətlə məşğul olun baş vermiş bu hadisə hər kəsə təsir göstərəcək. Ən qorxulu tərəfi isə iqtisadi təsirləri haqqında böyük qeyri-müəyyənliyin olmasıdır, amma dəqiq olan budur ki, sağalacağıq.

Əyri bir xətti düzləşdirmək hadisələrin həcmini və sosial mühitdəki təsir dərəcəsini azaltmaqla qalmayıb eyni zamanda həmin hadisələri zaman içərisində adət halını almış şəkildə ələ ala bilmək üçün zərərin təsirini azaltma üsulu olaraq bilinir. Orqanik axtarış heç kəsin uduzmayacağı bir oyun kimidir. Qazanclarınız və ya məğlubiyyətləriniz “SERP”lərdə başqalarının qazanc və məğlubiyyətləri ilə düz mütənasibdir.

Ödənişli axtarış və sosial media paylaşımlarını auksion olaraq görə bilərik və bura rəqabətcil məkandır. Əgər fəal deyilsinizsə, o zaman geridə qalacaqsınız. ABŞ Kiçik Biznes İdarəsinə görə ildə 1 ilə 5 milyon dollar arasında satış edirsinizsə, ümumi gəlirin 7-8%-ni reklam və marketinqə xərcləməlisiniz. 100000 dollar ümumi gəlirə görə üçün hər il reklam və marketinq üçün ən azı 7000 dollar büdcə ayırmalısınız. Hal-hazırda böyüməyi gözə almırsınızsa, ən azından olduğunuz mövqədə qalın. Hazırkı vəziyyət üçün pullu reklamları azaltmaq məntiqlidir.

İşinizi insanalara xidmət göstərən bir restoran olaraq düşünün və hal-hazırda insanlar gələ bilmirlər, ona görə də xidmət göstərməyinizin də bir mənası yoxdur. Ancaq “SEO” və marketinq uzun və çox mərhələdən ibarət bir strategiyadır.  İşinizi axsatmamalı, məlumatların ardıcıl ötürülməsini təmin etməli, auditoriyanız üçün keyfiyyətli mzmun yaratmaq üçün investisiya qoymalısınız.

 

Coronavirus pandemiyasının işinizə vurduğu zərərin bərpası üçün 13 “SEO” və Marketinq Strategiyasını təqdim edirəm.

 

 1. İşçilər və müştərilərinizlə görüşün

Bu vəziyyətdə ən yaxşı yol video zənglərdir. Bunun üçün “Zoom” və ya “Google Hangouts” istifadə edə bilərsiniz. Xidmətləriniz, məhsullarınız, iş prinsipiniz və s. haqqında mılumat verin. Səs transkripsiyalarında da istifadə edə bilərsiniz. Bunun üçün “Otter.ai” tətbiqindən istifadə edə bilərsiniz. Önümüzdəki aylarda bu transkriptlər, video və blog yazılarınız, sosial media postlarınız sizin üçün zəngin məlumat mənbəyi olacaqdır.

 2. Məzmunlarınızı bir daha gözdən keçirin

Ətraflı məzmunu nəzərdən keçirmək üçün çox zaman lazımdır, amma yaranmış vəziyyət heç də əldən veriləcək bir fürsət deyil. Yeni bir Google cədvəli və ya Excel səhifəsi yaradın və hər məzmun üçün qeydlərinizi yazın. Məsələn:

Veb səhifələr;

E-poçtlar;

Bloq yazıları;

Təqdimatlar;

Xaricdə yayımladığınız məqalələr.

Hətta işi birazda irəli götürərək rəqiblərinizin də saytını incələyə, özünüz üçün nəticə çıxara bilərsiniz. Məsələn, hansı məzmun daha çox paylaşılıb daha çox backlink alıb və s.

 3. Vebinarlar təşkil edin

Gündəlik verilən sualları toplayıb onlara ətraflı şəkildə izah verən bir vebinar  hazırlamaq insanlar üçün həm faydalı, həm də maraqlı olacaqdır. Bütün il boyu davamlı çalışıb indi boş oturmaq sizi də ruhdan salırsa bu fürsəti dəyərləndirməlisiniz. “B2B” 91% mütəxəssis tərəfindən ən sevilən və ən öyrədici marketinq taktikası olduğunu düşünülür.

 4. Korporativ fayllarınızı yoxlayın

İnzibati işlər: Sənədləri təmizləyin, artıq ehtiyac duymadığınız faylları silin, müqavilələrinizə göz gəzdirin.

Veb sayt: Keçmiş kontentlərinizi artıq faydalı deyilsə silin, bəzilərini yenidən düzəliş edib paylaşın.

Vebinarlar və Podkastlar: Bəzi sahələri və gələcəyə dair fikirlər hazırlaya biləcəyiniz işləri araşdırın.

Kitablar: Oxumaq istədiyiniz sahəyə aid kitabları seçin və oxuyun.

 5. Müxtəlif növ “SERP”ləri hədəf alın

Çox sayda kiçik biznes sahibləri kimi axtarışlarda yer almaqğa fokuslandığınız üçün  daha dərin analiz etmə zamanınız olmaya bilərdi. Ancaq daha dərindən düşünmək və hər detalı incələmək üçün indi bol vaxtınız var. Öz sahənizə uyğun bir çox video və yazı tapa və faydalana bilərsiniz.

 6. Videolar Çəkin

Videolar təkcə özləri belə “SEO” üçün əla vasitədir. Qeyd etdiyimiz kimi “Otter.ai” ilə evdən işləyən işçilərinizə  videolar vasitəsilə tapşırıqları izah edə və ya onların işlərini izləyə bilərsiniz.

 7. Müştərilərinizə geri dönüş strategiyanız üzərində işləyin

İnternet şirkətlərin cavab vermədiyi mesajlarla doludur. Geri dönərək keçmiş mesajlara baxa və içlərindən həqiqətən cavablamalı olduqlarınızı seçərək birbaşa cavab verə və ya həmin suallar ətrafında kontent yaza bilərsiniz. Hazır vaxtınız varkən gələcəkdə bu cür mesajlara cavab verə biləcək bir işçi axtarışına da çıxa bilərsiniz. Hazırkı vəziyyətdə isə şablon bir mesaj yaradıb göndərə bilərsiniz. Həmçinin mənfi rəylərə də xüsusi həssaslıqla yanaşmalı və geri dönüş etməlisiniz.

 8. Digital Marketinq planınızı təkmilləşdirin

İnsanların market alış-verişindən onlayn alış-verişə keçə bilməsi üçün mağazanızı 7/24 onlayn hala gətirin. Ən azı bir illik plan qurun. Uzaqdan işləməyin əhəmiyyətini anlayın və əməl edin.

 9. Yerli müştərilər üçün “Google My Business” profilinizi yeniləyin

Xüsusi saatlarda işləyirsiniz? Google yerli müəssisələrin “Google My Business”ə sahib olan müəssisələrdə baş verən hər dəyişikliyi anında istifadəçilərə xəbər verməsini istəyir. Saat və iş təsvirini yeniləyin, Google yeniləmələrini və təklifləri bölüşün. İnsanlar sizə müraciət etmək üçün istifadə edəcəkləri əlaqə məlumatlarınızın düzgün olduğundan əmin olun.

10. Saytınıza sevgi göstərin

Veb saytınızın mükəmməl olmadığını bilirsiniz. O zaman bunun üçün lazımi dəyişiklikləri edin. Saytınızı hər kəsin axtardığında tapacağı və oxuyaraq faydalanacağı bir hala gətirin.

 11. Saxta backlinkləri tapın

Saxta backlinklərin zərəri faydasından daha çoxdur. İlk baxışda saxta backlink almaq daha asan görünsə də, bu, sizin axtarışda geriləmənizə təsir edəcək. Məsələn, saxta şəkildə backlink alan bir sayt “Google” cəzasından sonra həmin 1900-dən çox saxta linki qaldırdıqdan sonra bir neçə həftə ərzində “Google”da ilk üç sırada yer alıb. Bir digər belə nümunə isə saxta backlinklər aldıqdan sonra orqanik trafikin 82%-ni  itirmişdir.

 12. Sosyal yardım strategiyası düşünün

Pandemiya zamanı müştərilərinizlə əlaqə qurmağın məqsədəuyğun olub-olmaması tamamilə sizin iş növünüzdən, müştərilərlə mövcud münasibətlərinizdən və ünsiyyətin məqsədindən asılıdır. Müştərilər sizdən müntəzəm olaraq e-poçt, mesajlaşma və ya sosial media vasitəsilə onlarla əlaqə qurmağınızı gözləyir. Bu əlaqənin kəsilməsinə imkan verməyin. Bu zaman büdcənizi azaltmaq barədə qərar vermək seçimdən daha çox məcburiyyətdir. “SEO” və onlayn marketinq insanlarla əlaqə və etibar qurmaq üçün bir yoldur və çətin dövrlərdə bunu davam etdirməyə hazır olmalısınız.

 13. Müştərilərinizi daha yaxından tanıyın

Müştərilərinizi bir daha gözdən keçirin. Onlar haqqında bildikləriniz nələrdir? Sizi seçməyən potensial müştərilərin sizi seçməmə səbəbini düşünün. Saytınıza daha çox hansı ölkədəki insanlar daxil olur? Mobil yoxsa kompyuter vasitəsilə girişə üstünlük verirlər və s. kimi məlumatları incələyin.

 

Həmçinin unutmayın, ilk olaraq oksigen maskasını özünüz taxmalısınız.

 

Muzaffar Garakhanli

Digər yazılar

“Google Hummingbird Update”in SEO-ya Təsirləri

“Google Hummingbird Update”in SEO-ya Təsirləri

"Snippet"lər Nəyə Əsasən Təyin Olunur? Qiymətləndirilmə Prosesi

"Snippet"lər Nəyə Əsasən Təyin Olunur? Qiymətləndirilmə Prosesi

GOOGLE 20+ MARAQLI STATİSTİKA (2019-cu il üçün)

GOOGLE 20+ MARAQLI STATİSTİKA (2019-cu il üçün)